Ç. İyn 19th, 2019

Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Azərbaycan vətəndaşı Şahbaz Quliyev ailəsinə məktub göndərib.
Turkustan.info xəbər verir ki, bu barədə azvision.az-a girovun qardaşı İlham Quliyev məlumat verib. Onun sözlərinə görə, Şahbaz məktubunda sağ-salamat olduğunu yazıb.
“Şahbazın məktubunu bizə 20 gün əvvəl veriblər. Qardaşım məktubda sağ olduğunu, narahat olmamağımızı, hər şeyin qaydasında olduğunu yazıb. Məktub təxminən bir neçə cümlədən ibarətdir. Bu dəfə bizə videogörüntü vermədilər. Məktub Şahbazın öz xətti ilə yazılıb”.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Paylaşılıb
CrestaProject