Gün: Yanvar 15, 2019

Rusiyada dəhşət: 8 nəfər yanaraq öldü

Rusiyanın Voronej şəhəri yaxınlığında baş vermiş avtomobil qəzasında 8 nəfər yanaraq ölüb. Turkustan.info xəbər verir ki, dekabrın 15-də günorta saatlarında “Leksus” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qarşı yola çıxıb və “Toyota Prado” və “Mitsubişi Pajero” markalı avtomobillərlə toqquşub. Nəticədə avtomobillər alışıb, nəqliyyat vasitələrində olan sürücülər və sərnişinlər yanaraq ölüblər. Hadisə yerində […]

“Qarabağda vuruşanlar canidir?” – Ohanyandan Paşinyana…

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 2008-ci il 1 mart qırğınlarında ittiham edilməsinə münasibət bildirib. Turkustan.info xəbər verir ki, sabiq nazir gözlənildiyi kimi ittihamları qəbul etməyib. Ohanyan deyib: “Ermənistan və Qarabağı müdafiə edənlər cinayət törətməkdə ittiham olunurlar.  Bu, konstitusion haqlar baxımından ədalətli qərardır? Görünən budur ki, 1 mart hadisələrindən öz hədəflərinə […]

Kitabxanalar ləğv olundu – RƏSMİ

Azərbaycanın bütün ərazisini əhatə edəcək kitabxana sistemi yaradılacaq  Prezident İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Turkustan.info-nun məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədilə imzalanıb. Fərmanla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki […]

Bakı Nəqliyyat Agentliyi də hava ilə bağlı XƏBƏRDARLIQ etdi

Məlum olduğu kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti yanvarın Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Rəsmi məlumata görə, havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı, yolların buz […]

Strateji obyektlərin enerji təhlükəsizliyi: Necə qorunur?

Yayda Mingəçevirdə “Azərbaycan” İES-də baş vermiş qəza respublikanın enerji təhlükəsizliyinə risklərin mövcudluğunu göstərdi. Ötən il iyul ayının 3-də stansiyanın bloklarından birində baş vermiş partlayış nəticəsində ölkəyə elektrik enerjisinin verilişində ciddi problem yarandı. Strateji əhəmiyyəti olan qurumlarda problem xüsusi ilə kəskin formada özünü biruzə verdi. Xəstəxanalarda işıqların sönməsi ciddi çətinliklər yaratdı, […]

ASAN xidmətə daha bir mühüm səlahiyyət verildi – Martın 1-dən etibarən…

Prezident İlham Əliyev Konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Turkustan.info xəbər verir ki, fərmana əsasən ASAN xidmətə konsulluq xidməti […]

Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir – XƏBƏRDARLIQ

Ölkə ərazisində yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatında və Milli Hidrometeorologiya Departamentində Qərargahlar yaradılıb, Nazirliyin bütün qurumları səfərbər edilərək gücləndirilmiş iş rejiminə keçib.  Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. ETSN-nin Aparatında  yaradılan Qərargahdan […]

Qulu Məhərrəmli danışdı: “Bu qərar 12 il əvvəl verilməliydi”

“Arif Alışanovun vəzifədən azad edilməsi düzgün qərardır”. Bunu Modern.az-a AzTV rəhbəri Arif Alışanovun vəzifəsindən azad olunması haqqında danışarkən tanınmış telejurnalsit, professor Qulu Məhərrəmli bildirib. O qeyd edib ki, bu qərar 12 il əvvəl verilsə, daha yaxşı olardı: “Mən Arif Alışanov haqqında fikirlərimi çoxdan demişəm. Azərbaycan Televiziyası kimi tarixi ənənələri olan bir televiziyada […]

AZTV-nin yeni rəhbəri kimdir? – Dosye

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Arif Alışanov AZTV-nin sədri vəzifəsindən azad edilib.  Turkustan.info bu məqamda Alışanovun yerinə təyin edilən gənc kadr Rövşən Məmmədovla bağlı bəzi məlumatları təqdim edir. 1979-cu il təvəllüdlü Rövşən Məmmədov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. O, indiyə qədər “Günün nəbzi” və “Həftə” analitik […]

Saakaşvilinin oğlu da “donuz qripi”nə yoluxdu

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin kiçik oğlu Nikoloz H1N1 virusuna – “donuz qripi”nə yoluxub. Turkustan.info xəbər verir ki, bu barədə Saakaşvilinin özü məlumat yayıb. O, oğluna bu diaqnozun Tiflisdə həkimlər (Luqar laboratoriyası) tərəfindən qoyulduğunu bildirib. Rəsmi məlumata görə, Gürcüstanda “donuz qripi”nə yoluxanların sayı 9 minə çatır, onlardan 42-i ağır vəziyyətdədir. Qurbanların […]

Qorxunc virus Ermənistanı cənginə alır – Mindən çox uşaq ölümlə üz-üzə

H1N1 virusu (“Donuz qripi”) Ermənistanda 1 nəfərin həyatına son qoyub. Turkustan.info xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya gətirilən 62 yaşlı kişidə “Donuz qripi” aşkar olunub. Qeyd edək ki, bundan əvvəl – dekabrın 29-da Ermənistanda təhlükəli virusun ilk qurbanı 55 yaşlı […]

Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri açıqlanıb

 Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanla yaradılmış Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri açıqlanıb. Bu barədə “Report”a Nazirlikdən bildirilib. Xatırladaq ki, yeni qurum Nazirliyin tabeliyində olmuş Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yaradılıb. Beləliklə, baytarlıq […]

Prezident AzTV sədrini işdən azad etdi – YENİ TƏYİNAT (Foto)

Onun yerinə tanınmış jurnalist Rövşən Məmmədov (Raqifoğlu) təyin olunub Prezident İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovu vəzifəsindən azad edib.  Turkustan.info xəbər verir ki, bununla bağlı dövlət başçımız bu gün sərəncam imzalayıb:  “A.N.Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında […]

Yeni yaradılan agentlik bu işləri görəcək – Açıqlama

“Aqrar Xidmətlər Agentliyinin yaradılması optimallaşmanı təmin edəcək”.  Turkustan.info bildirir ki, bu barədə “Qafqazinfo”ya məlumatı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin rəhbəri Vüqar Hüseynov verib. O bildirib ki, “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman prezident İlham Əliyevin həyata keçirdiyi aqrar siyasətin tərkib hissəsidir. Aparılan […]

Bakı metrosunda bu ştatlar ləğv edildi: 100-ə yaxın işçi ixtisara düşdü

“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov stansiyalarda təmizlik işləri aparan işçilərin ştatını ləğv edib. Turkustan.info xəbər verir ki, Z.Hüseynovun bu qərarı verməsinə səbəb metropolitenin stansiyalarında təmizlik işlərini özəl şirkətlərin birinə həvalə etməsidir. Z.Hüseynovun bu qərarı uzun illərdir metropolitenin stansiyalarında təmizlik işləri ilə məşğul olan yüzə yaxın insanın işsiz qalmasına  səbəb […]

“Azərbaycanda sosial ticarət, e-ticarətin bir addım önündə”

E-ticarəti bir addım qabaqlayan sosial ticarətin Azərbaycandakı varlığı ilə əlaqəli aparılan araşdırmanın nəticələrini paylaşan Paym.es-in qurucu ortağı Həsən Cabbarov bildirib ki, “əhali sayı ümumilikdə 9.8 milyon olan Azərbaycanda 2 milyon aktiv instagram hesabı var. İnstagramı satış üçün istifadə edənlərin sayı isə 254 min, instagram vasitəsi ilə Azərbaycanda həyata keçirilən sosial […]

Fədayə Laçın məhkəmə qərarından şikayət etdi

Müğənni Fədayə Laçın və onunla birlikdə təqsirləndirilən 12 nəfər apellyasiya şikayəti verib. Turkustan.info bildirir ki, bu barədə Modern.az-a F.Laçının hüquqlarını müdafiə edən Nurəngiz Qarayeva deyib. N.Qarayeva bildirib ki, təqsirləndirilən şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qaldıqları üçün hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Şikayət bu gün məhkəməyə təqdim olunub. […]

Əli Kərimliyə icazə verildi… Müsavata isə yox

Əli Kərimli və Milli Şuranın 19 yanvara təyin etdiyi mitinqə icazə verilib. Bunu AXCP sədri Əli Kərimli canlı yayında bildirib. O qeyd edib ki, 19 yanvar saat 15.00-a təyin edilən mitinqə BŞİH razılıq verib. Turkustan.info bildirir ki, BŞİH-dən də Cebhe.info-nun sorğusuna cavab olaraq mitinqə rəsmi icazə verildiyi vurğulanıb. Xatırladaq ki, bundan […]

Nazirliyin səlahiyyətləri azaldıldı – Ramin Quluzadənin bacarmadığı iş Ülvi Mehdiyevə tapşırıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərindən biri ləğv olunub.  Turkustan.info-nun məlumatıma görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.  “Güzəştli mənzil” sisteminin […]

Niyə ölkədə azyaşlı məhkumların sayı artır? – AÇIQLAMA

Uşaqlar tərəfindən törədilən cinayət ədliyyə sistemində ayrı mövzudur. Bu uşaqlarla necə davranaq – onları mühakimə etmək və ya reabilitasiyaya göndərmək lazımdır, onlar kimlərdir: qurban və ya cəllad? Bu sual birmənalı reaksiya doğurmur. Bir tərəfdən, uşaq nə etdiyini sonadək dərk etməyə bilər, digər tərəfdən, əgər o, uşaqlıqda cinayət törədirsə, böyüdüyü zaman […]

Deputat Tahir Kərimlidən daha bir TƏKLİF: “Ədavət və nifrət hisslərindən imtina edilməli…”

“Bu gün qloballaşma vahid din, ideya, mədəniyyət, idarəetmə sistemi kimi bütün dünya ölkələrini qapsamışdır. Müəyyən müsbət cəhətlərini inkar etmədən, getdikcə daha çox dərəcədə millətlərin və xalqların özünəməxsusluğu itməkdədir. Dünyanı idarə edənlər öncələr beynəlxalq dünya təşkilatları – BMT, UNECKO, Dünya Bankı və digərlərini yaratmaqla öz dünya hakimiyyətlərini həyata keçirirdilərsə, indi bunu […]

“Kor ərəbin mahnısı” Sənət Akademiyasının möcüzə səsində… Fotolar+video

“Film-klipimizin, yəni, “Kor ərəbin mahnısı”nın Naxçıvanda çəkilən hissələri artıq başa çatdı. Buna, yəni, çəkiliş truppama göstərdikləri böyük diqqət və qaygıya görə, başda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri  Vasif müəllim Talibov olmaqla, bütün zəhməti keçən dəyərli insanlara öz adımdan böyük təşəkkürümü və minnətdarlığımı bildirirəm”. Turkustan.info xəbər verir ki, bu sözləri […]

65 yaşınız mübarək, Ağalar Bayramov!

Söz! Görəsən, biz sənin borcundan çıxa bilərikmi? Görəsən, sənin qədər bizə xidmət edən ikinci bir şey varmı?.. Söz! Sən olmasaydın, biz sevgimizi necə anladardıq? Sən olmasaydın, qəzəbimiz qılınc kimi içimizi doğramazdımı?.. Bəli, sözlərin də sakiti, cəsuru, qorxağı, mehribanı, qəzəblisi var, lap elə içimizdə olan hisslər kimi… …Sözlərin toxdağlıq tapdığı, kəlmələrin […]

“Müşərrəf Akayın səsimə bu qədər dəyər verməsi məni qürurlandırdı” – Çilənay Hüseynova ilə MÜSAHİBƏ

Bəstəkar-ifaçı Çilənay Hüseynova Turkustan.info-nun suallarını cavablandırır: Çilənay xanım, daha bir ili geridə qoyduq. 2018-ci il Çilənay xanım üçün necə keçdi? Yaradıcılığınızda, şəxsi həyatınızda… Öncəliklə xoş gördük əziz izləyicilərim. 2018 il geridə qoyduq ve bir il daha keçdi ömrümüzdən. Sevincli və kədərli bir il. Mənim üçün bu il xoş anlarla xatirəmdə […]

Naxçıvanda ana və bala bəbirin görüntüləri qeydə alınıb – VİDEO

Naxçıvan Muxtar Respublikasının Həsən Əliyev adına Zəngəzur Milli Parkında  ana və bala bəbirin foto və videogörüntüləri qeydə alınıb. Turkustan.info-nun xəbərinə görə, fotolar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri birgə layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə 2018-ci ilin […]

Rüfət Aslanlı barəsindəki qalmaqallı şikayət təsdiqləndi – Rəsmi

“Bu gün verəcəyim açıqlama prosesin sonrakı gedişinə mane ola bilər”. Turkustan.info xəbər verir ki, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev son günlər mətbuatda Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq rəhbəri Rüfət Aslanlı ilə bağlı türk iş adami tərəfindən ona ünvanlanan şikayət məktubu barədə əməkdaşımızın sualına cavab verərəkən deyib. K.Əliyev […]

Hava kəskin dəyişir – Bakıya qar yağa bilər XƏBƏRDARLIQ

Temperatur 10 dərəcə aşağı enəcək “Yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir”. Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Ötən günlərlə müqayisədə havanın temperaturu kəskin -10 dərəcə aşağı enəcək.  Onun sözlərinə görə, havanın kəskin dəyişməsinə səbəb ölkə ərazisinə […]

Samir Adıgözəlli dövlət qeydiyyatından keçmiş yeni Siyasi Mərkəzin rəhbəri oldu

Tanınmış ictimai-siyasi fəal Samir Adıgözəlli bundan sonra yeni yaradılan quruma rəhbərlik edəcək. Azinforum.az-ın əldə etdiyi məlumata görə, Samir Adıgözəllinin rəhbəri seçildiyi qurumun adı İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzidir (İSBAM). Yeni Mərkəz rəsmi dövlət qeydiyyatından da keçib. S. Adıgözəlli Azinforum.az-a bildirdi ki, sədr seçildiyi Mərkəzin əsas fəaliyyət sferası siyasi […]

Kreml: Münaqişə uzun on illiklər davam edə bilər, hazırda sülh şansı yoxdur

Dmitri Peskov: “Sülhün təmin olunması Ukraynada müharibə partiyasının hakimiyyətdə qalıb-qalmamasından asılı olacaq” Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Donbas vilayətində münaqişənin uzun onilliklər müddətində “dondurulması” riskini dəyərləndirib. Turkustan.info Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Peskov bu barədə “Arqumenti i faktı” nəşrinə müsahibəsində danışıb.  “Bu, Kiyevdən asılı olacaq, orada müharibə partiyasının […]

Bakıda qadın intim fotoları ilə şantaj edildi – Metro polisinə şikayət

Bakı şəhər sakini olan qadın şantaj edilməsi barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Turkustan.info xəbər verir ki, yanvarın 14-də Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə polis şöbəsinə müraciət edən Bakı sakini həmin gün saat 16 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb etdiyini […]

Tərtərdə dəhşət – Ailəli qadınla mesajlaşana işgəncə verildi

Tərtər rayonunda SMS yazdığı qadının yaxınları tərəfindən döyülən şəxs özünə xəsarət yetirib. Turkustan.info xəbər verir ki, rayonun Ələsgərli kənd sakini 43 yaşlı E.Z. özünə bıçaqla xəsarət yetirdiyi üçün xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı onun həmkəndlisi 28 yaşlı qadınla mesajlaşdığı səbəbindən qadının əri 35 yaşlı Fariz Əliyev, qardaşları Ramin və Ruslan, əmisi oğlanları […]

ABŞ NATO-dan çıxa bilər – Tramp qalmaqal yaratdı

ABŞ prezidenti Donald Tramp ölkəsini NATO-dan çıxarmaq fikrinə qayıda bilər. Turkustan.info xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti yazır.   Qəzetin məlumatına görə, Tramp NATO-ya üzv digər ölkələrin hərbi sahəyə ayırdıqları vəsaitin həcmindən narazıdır. 2018-ci il ərzində Trampın bir neçə dəfə NATO-dan çıxmaqla bağlı açıqlama verdiyi məlumdur. Onun yüksək […]

Məhkumlar Mehmana görə aclıq keçirir? – Rəsmi cavab

Son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə cəza çəkdiyi dövr ərzində yeni cinayət əməli törətdiyinə görə barəsində cinayət işi başlanmış Mehman Hüseynova dəstək məqsədilə ayrı-ayrı penitensiar müəssisələrdə saxlanılan bəzi məhkumlar tərəfindən guya aclıq aksiyası keçirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilib. Penitensiar xidmət bildirir ki, tabeçilikdə olan istintaq […]

Bu dövlət qurumları ləğv edildi: işçilərin taleyi… – İqtisadçı

Prezidentin sərəncamı ilə ləğv edilən qurumlarda çalışanlardan dövlət qulluqçusu statusu olan şəxslər vakant yerlərdə yerləşdiriləcək. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, dövlət qulluqçusu statusu olmayanların da yeni açılan və sonradan açılacaq agentliklərdə təyinatı üzrə yerləşdirilməsi prosesi gedəcək. İqtisadçı struktur islahatlarının davamının olacağını […]

Korrupsiyaya görə 17 nəfər vəzifəsindən azad edildi

“Ötən il araşdırılması üçün aidiyyəti qurumlara göndərilmiş müraciətlər üzrə aparılmış xidməti yoxlamalar nəticəsində vəzifəli şəxslərin hərəkətlərində aşkar edilmiş cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 25 vəzifəli şəxsə xəbərdarlıq, 16 vəzifəli şəxsə töhmət, 3 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib, 17 nəfər isə vəzifəsindən azad edilib”. Turkustan.info “Report”a istinadən […]

Zamirə Hacıyevanın bir milyonluq üzüyü müsadirə olundu – FOTO

Britaniyanın aidiyyəti qurumları həbsdə olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın bir milyon funt sterlinqdən bahalı (təxminən 2,2 milyon manat – red.) briliyant üzüyünü müsadirə edib. Turkustan.info xəbər verir ki, bu haqda Telegraph məlumat yayıb. Məlumata əsasən, Cahangir Hacıyev 8,9 karatlıq briliyant üzüyü səkkiz il əvvəl “Harrods” […]

Gürcüstanda donuz qripindən daha iki nəfər ölüb

Gürcüstanda daha iki nəfər A qrip virusunun növü olan H1N1 “donuz qripi”ndən dünyasını dəyişib. Turkustan.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ölənlərdən biri 10 aylıq uşaqdır. Bu artıq laboratoriya tərəfindən təsdiq edilən 16-cı ölüm halıdır. Gürcüstan Səhiyyə nazirliyindən jurnalistlərə açıqlama verilərkən bildirilib ki, uşaq həmçinin qızılca xəstəsi olub. İkinci ölən şəxs […]

Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır

Zamirə Hacıyevanın oğurladıqları üzə çıxdıqdan sonra İngiltərədə daxili işlər nazirinin rəhbərliyi ilə Azərbaycandan gələn pul vəsaitlərini araşdırmaq üçün qrup fəaliyyətə başlayır; Anar Məmmədov bu ölkədə ən çox varidatı olan azərbaycanlı hesab olunur  Turkustan.info bildirir ki, bu barədə “Report” “Deutsche Welle”yə istinadən xəbər verir. Qrupa maliyyə naziri Filip Hammond və daxili […]

İcra hakimiyyətinə etiraz edən qadın öz başına kərpic vurub – Rüşvət qalmaqalı (Video)

Yasamal rayonu, İsmayıl Bəy Qutqaşenli küçəsi 10 ünvanında yaşayan Yaqubova Aynur İsfəndiyar qızı Yasamal Rayon İcra Hakimiyyətindən şikayətçidir. Anadangəlmə məhdudiyyətli oğlu ilə yaşayan Aynur Yaqubova, uzun müddət pul yığaraq evini genişlətmək qərarına gəlib. Bütün müsibətlər də bundan sonra başlayıb. Şikayətçinin bildirdiyinə görə, evinin ikinci mərtəbəsinə əlavə artırma etməyə başlayarkən, yerli […]

“25 vəzifəli şəxsə xəbərdarlıq, 16 vəzifəli şəxsə töhmət verilib” – Korrupsiya CİNAYƏTLƏRİ

2018-ci il ərzində Baş İdarə rəisi, Baş İdarə rəisinin müavinləri, idarə və şöbə rəisləri, Təşkilati və informasiya təminatı idarəsinin prokurorları tərəfindən ümumilikdə 1620 vətəndaş qəbul edilib.  Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, bunu Baş prokuror yaninda Korrupaiyay qarşı Mübarəizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib. O qeyd edib ki, korrupsiyaya qarşı […]

Azərbaycanda korrupsiya statistikası AÇIQLANDI – 222 cinayət işi, 61 vəzifəli şəxs…

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilib.  Turkustan.info xəbər verir ki, Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, hesabat dövründəiqtisadiyyatın […]

Pul ödəyin, bu ölkələrin vətəndaşı olun – SİYAHI

Hər bir ölkənin prosedurlarına uyğun olaraq, vətəndaşlığını almaq mümkündür. Uzunmüddətli yaşamaq, yerləşmək üçün müraciət etdikdə bir çox ölkə müvafiq vizanı tələb edir.  Amma vətəndaşlığı yalnız müəyyən pul müqabilində verən ölkələr də var. Fins.az pul qarşılığında vətəndaşlıq təklif edən 20 ölkənin siyahısını təqdim edir. Uruqvay Uruqvay balanslaşdırılmış iqtisadiyyatı və vətəndaşların sosial hüquqlarını […]

Nazir Səhlab Bağırovun vəzifəsini dəyişdi – BŞBPİ-dən getdi

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iki generalın yerini dəyişib. Turkustan.info unikal-a istinadən xəbər verir ki, Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub. Nazirin digər əmri ilə, Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev […]

Bu gün bıçaqladı, sabah baş kəsəcək – Qanlı olayla bağlı SOS – VİDEO

“Qardaşını bıçaqladı, atasının başını kəsdi, anasını doğradı…” Son vaxtlar sosial mediada bu cür xəbərlərin sayı durmadan artmaqdadır. Ötən həftə Nizami metrosunda 22 yaşlı gəncin ürəyindən bıçaqlanaraq öldürülməsi də gündəmin əsas mövzularından birinə çevrildi. Yeniyetmə və gənclər niyə bu qədər aqressivləşib, onları qanlı hadisələr törətməyə vadar edən hansı səbəblərdir? Cəmiyyətdə bu […]

Yerevanda azğın general Manvel Qriqoryanın həbsini TƏLƏB ETDİLƏR

Ermənsitanda Qarabağ müharibəsi veteranlarından ibarət olan “Yerkrapa” yarımhərbi təşkilatın rəhbəri,  Azərbaycan ərazilərinin işğalına başçılıq etmiş və Qarabağda soydaşlarımıza qarşı çoxsaylı hərbi cinayətlər törədərək “Artsax qəhrəmanı” adı almış general Manvel Qriqoryanın həbsini tələb edən insanlar etiraz aksiyasl keçiriblər. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki. etirazçılar  baş nazir Nikol Paşinyanla görüşmək istədiklərini […]

“Bir-birini təkrarlayan ali məktəblər, dövlət komitələri və nazirliklər də birləşdirilməlidir”

“Ölkə prezidenti tərəfindən bir neçə qurumun ləğv edilməsini ciddi islahatlara doğru atılan praktik addım kimi qəbul edirəm. Əlbəttə, bu qurumların ləğvini təəssüflə qarşılayanları başa düşürəm. Kimsə istəməz ki, indiki zamanda iş yerini itirsin, sabit maaşdan məhrum olsun. Ancaq onu da qəbul etməliyik ki, dövlət büdcəsinin xərclər yükünü bacardıqca yüngülləşdirmək lazımdır”.  […]

Burnu ilə balabanda ifa edən sabirabadlı hər kəsi heyrətləndirdi – VİDEO

Sabirabad rayonu, Yolçubəyli kənd sakini İlqar Eyvazov bir çox musiqi alətlərini ifa etməyi bacarır. Onun ən maraqlı tərəfi isə balabanı burnu ilə ifa etməsidir. Turkustan.info-nun “Xəzər” TV-yə istinadən məlumatına görə, 46 yaşlı İlqar Eyvazov Sabirabad rayonu Yolçubəyli kəndində yaşayır. İlqar Eyvazov onda musiqiyə marağı babası, el aşığı olan Aşıq Qəribin oyatdığını deyir. […]

ABŞ-da Azərbaycan həsrətiylə yaşayan alim…

Həzrəti Süleymandan sonra yer kürəsində bütün canlıların dilini bilən hələ ki, ikinci bir kimsə doğulmayıb. Doğrudur, biz həyatda çox dil bilən poliqlotlarla rastlaşmışıq, dünyada 24 dil bilən 100 nəfərdən biri elə bizim soydaşımız Yaqub Abbasovu nümunə gətirmək olar. Amma sirli, qədim dilləri bilən adamlar bu gün dünyada çox azdır. Onları […]