“Müşərrəf Akayın səsimə bu qədər dəyər verməsi məni qürurlandırdı” – Çilənay Hüseynova ilə MÜSAHİBƏ

Bəstəkar-ifaçı Çilənay Hüseynova Turkustan.info-nun suallarını cavablandırır:

Çilənay xanım, daha bir ili geridə qoyduq. 2018-ci il Çilənay xanım üçün necə keçdi? Yaradıcılığınızda, şəxsi həyatınızda…

  • Öncəliklə xoş gördük əziz izləyicilərim. 2018 il geridə qoyduq ve bir il daha keçdi ömrümüzdən. Sevincli və kədərli bir il. Mənim üçün bu il xoş anlarla xatirəmdə qaldı, yaddaşıma köçdü. Həyat elədir ki, heç vaxt hər şey sən istəyən kimi olmur. Bu gerçəyi dərk edən insan həyatda qarşılaşdığı eniş-yoxuşları, uğurları və uğursuzluqları tebii qəbul edər. Necə ki, ilin dörd fəsli var. Bir gün günəş doğur, biz bundan xoş hal oluruq. Bir gün qar yağır insanın qayğıları artır. Bir də göyqurşağı möcüzəsi var. Bunların hər ikisini ifadə edən. İnsan həyatı kimi. Qısası, insan heyatı da bir növ fəsillər kimidir. Əsas odur ki qəlbimiz hər zaman hiss etsin döyündüyünü. Mən çalişiram ki, xoş günləri xatirəmdə saxlayım, kədərli anlari deyil. Bu baxımdan, 2018-ci ili də həyatımızdan gəlib keçən keşməkeşli bir il kimi yola saldıq.
  • 2018-ci il yeni bəstələrinizi və ifalarınızı təqdim etdiniz. Bu barədə mümkünsə.
  • Bəli, bu baxımdan 2018-ci lil uğurlu saymaq olar. Keçən ildə maraqlı bəstələrim oldu. Bunlardan “Sənsiz neylərəm”, “Xəyalın”, “Unutdun”, “Sevinc payım”, ”Sev”, “Ayrilığın sonu əzab”, “Təkcə sən”,  “Ayriliq”, “Səninlə”, “Darıxdım” və s.
  • Həqiqətən, məhsuldar bir il olub. Bir ildə bu qədər mahnıları bəstələmək, ifa etmək, yazdırmaq və dinləyiciyə təqdim etmək. Bütün bunlara görə yeni ilin başlanğıcında ötən ilə görə sizi təbrik etmək olar.
  • Çox sağ olun. Həqiqətən ağır prosesdir. Kənardan dinləyən üçün asan görünə bilər. Ancaq bir əsərin təqdimatı üçün mərhələləri keçmək lazımıdr.
  • Bildiyimiz və izlədiyimiz qədərilə ötən il səhnə çıxışlarınız da çox oldu. Konsertlərdə yer aldınız.
  • Bəli, ötən il bir çox konsert səhnələrində çıxışlarım oldu. İlk öncə akademik Teymur Bünyadovun 90 illik yublileyində onun bayatılarına bəstə etdiyim mahnı ilə çıxış oldu Muğam Mərkəzində. Sonra müxtəlif televiziya proqlarında qonaq oldum dəfələrlə. Ən sonuncu Gunaz Tv kanalinda 2 dəfə solo səhnə aldım. Bu mənim üçün çox dəyərli çıxış oldu. Bundan başqa Cümhuriyyətimizin 100 illiyinə həsr olunmuş konsertdə iki mahnı ifa etdim. “Ayrılıq” və “Ay Laçın” mahnıları. Çox uğurlu, yadda qalan anlar idi.
  • Elə son qeyd etdiyiniz ifalarınız haqda sual vermək istəyirəm. Muğam Mərkəzindəki həmin ifalarınız zamanı konsertdə iştirak edən Türkiyənin məşhur müğənnisi, əfsanəvi Müşərrəf Akayla birgə “Ayrılıq” mahnısını ifa etdiniz. Onun təqdirini və xeyir-duasını mötəbər kürsüdən aldınız. O anları necə xatırlayırsınız və hansı izlər buraxdı?
  • Düzünü deyim ki, mənim üçün möhtəşəm an idi. Çünki mən gözləmirdim ki, yenidən Müşərrəf xanım tərəfindən səhnəyə dəvət olunam. O söylədi ki, “Ayrılıq” mahnısını yenidən birgə duet oxuyaq. O an çox həyəcanlı idim, həm də xoşbəxt. Çünki, Müşərrəf xanım mənim üçün bir əfsanədir. Həm gözəlliyi, həm sənəti. Onun xeyir-duasını almaq, onun yaddaşında iz buraxmaq mənim üçün fəxrdir, qürurdur. Bu çıxışıma reaksiyaları sonrakı müddətdə də hiss edirdim.
  • Yeni başlanan illə bağlı nə kimi planlarınız var. Sirr deyilsə…
  • Bəli, mutləq ki var. Allah izn versə, izləyicilərimə yeni əsərlərimi təqdim edəcəm. Bu barədə artıq müəyyən işlərimiz var. Qoy, hələ sirr qalsın, surpriz olsun deyək.

Məhbubə/Turkustan.info

30 Baxılıb