Burnu ilə balabanda ifa edən sabirabadlı hər kəsi heyrətləndirdi – VİDEO

Sabirabad rayonu, Yolçubəyli kənd sakini İlqar Eyvazov bir çox musiqi alətlərini ifa etməyi bacarır. Onun ən maraqlı tərəfi isə balabanı burnu ilə ifa etməsidir.

Turkustan.info-nun “Xəzər” TV-yə istinadən məlumatına görə, 46 yaşlı İlqar Eyvazov Sabirabad rayonu Yolçubəyli kəndində yaşayır.

İlqar Eyvazov onda musiqiyə marağı babası, el aşığı olan Aşıq Qəribin oyatdığını deyir. 13 ildir musiqi ilə məşğul olan İlqar Eyvazov balabanla yanaşı, qarmon, nağara və saz, eləcə də nəlbəkidə ifa etməyi bacarır. Onun digər özünəməxsusluğu isə alışqan vasitəsilə simli alətlərdə musiqi çalmasıdır.

İlqar Eyvazov öz ifaları ilə Sabirabad rayonu ilə yanaşı, qonşu rayonlarda da məşhurdur.