Prezident AzTV sədrini işdən azad etdi – YENİ TƏYİNAT (Foto)

Onun yerinə tanınmış jurnalist Rövşən Məmmədov (Raqifoğlu) təyin olunub

Prezident İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovu vəzifəsindən azad edib. 

Turkustan.info xəbər verir ki, bununla bağlı dövlət başçımız bu gün sərəncam imzalayıb: 

“A.N.Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, onun yerinə tanınmış jurnalist Rövşən Məmmədov (Raqifoğlu) təyin olunub.

Qeyd edək ki, R.Raqifoğlu bundan əvvəl Azərbaycan TV və Radio Verilişləri QSC-nin “İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın direktoru vəzifəsində çalışırdı. Daha əvvəl isə Lider TV-də İdman redaksiyasının rəhbəri olub. 

Картинки по запросу rövşən raqifoğlu

120 Baxılıb