Gün: Yanvar 17, 2019

1 ay spirtli içkidən imtina etmək nələrə səbəb olur? – ALİMLƏR AÇIQLADI

Britaniyanın Sasseks universitetinin tədqiqatçıları “Quru yanvar” müsabiqəsinin nəticəsini elan ediblər. Turkustan.info “ölkə.az”-a istinadən bildirir ki, aksiyada iştirakçılar 1 ay ərzində spirtli içki qəbul etməyiblər. Bu barədə “EurekAlert” portalı məlumat yayıb. Məlumata əsasən, aksiyada 800 nəfər iştirak edib. “Quru yanvar”dan sonra bir il ərzində alimlər iştirakçıların vəziyyəti ilə maraqlanıb qida vərdişlərində yaranan […]

İtkin düşən kapitanın axtarışı dayandırıldı

Yanvarın 7-də Türkiyənin Samsun şəhəri yaxınlığında gəminin qəzaya uğraması nəticəsində itkin düşən Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları dayandırılıb. Turkustan.info xəbər verir ki, bu barədə Azvision.az-a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib. Bildirilib ki, hər hansı bir xəbər gəldiyi təqdirdə müvafiq tədbirlər görüləcək. Qeyd edək ki, yanvarın 7-də […]

“Moskvada Qarabağ mövzusunda fərqli fikirlər səslənir” – Şərh

Azərbaycan prezidentinin apardığı siyasət nəticəsində Dağlıq Qarabağ münaqişəsinə dair rəsmi Bakının mövqeləri günü-gündən güclənir. Məhz bu diplomatik-siyasi fəaliyyətin nəticəsidir ki, bölgədə yeni reallıqlar yaranmağa başlayıb. Sözsüz ki, belə reallığın yaranmasında Azərbaycanın həyata keçirdiyi qlobal layihələr, böyük proyektlər də əhəmiyyətli rol oynayıb. Məhz bu layihələr səbəbindən Azərbaycan təkcə regionun deyil, dünyanın […]

Ramil Usubov daha iki rayona rəis təyin etdi

Dünən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun bir neçə iri şəhərlərin və paytaxtın digər polis idarələrinin bir neçə rəisinin dəyişdirməsi ilə bağlı məlumat vermişdik. Turkustan.info-nun “Unikal.org”a istinadən verdiyi məlumata görə, bu gün daha iki təyinat məlum olub. Belə ki, Ramil Usubovun müvafiq əmri ilə Şəmkir rayon Polis şöbəsinin rəisi Cəmil […]

Azərbaycan manatı xaricdə satılır: Alıcılar niyə artır?

İlk dəfə olaraq, xaricdə Azərbaycanın milli valyutası – manatın satışına başlanılıb.Azərbaycan manatı ilə “banknotes trading” (“əskinas ticarəti”) adlanan əməliyyat “PAŞA Bank” tərəfindən həyata keçirilir.Sözügedən bank ilk dəfə olaraq 2018-ci ildə Azərbaycan manatının xaricdə satışını təşkil edib. Qeyd edək ki, “əskinas ticarəti” xidməti xarici ölkələrdə geniş istifadə edilir.Xidmətin məğzi ondan ibarətdir […]

Kredit borclularını nə gözləyir?- Həbsxana, yoxsa…

Ötən il Azərbaycanda problemli kreditlərin həcmi bir qədər də artdı. 2018-ci ilin sonlarına olan məlumatlara görə, problemli kreditlərin həcmi təqribən 1,7 milyard manat təşkil edib.  Qeyd edək ki, Azərbaycan problemli kreditlərin həcminə görə, dünya ölkələri arasında ön sıralardan birini tutur. Rəsmi rəqəmlərə görə, ümumi kredit qoyuluşlarında problemli kreditlərin payı 16 […]

Prezident fərman verdi: Bu institutlar birləşir

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmanda mərkəzi icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması […]

Xəzərdə dalğanın hündürlüyü 9 metrə çatır – VİDEO

Xəzər dənizində dalğanın hündürlüyü 8.9 metr təşkil edir. Turkustan.info bildirir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva deyib. “Hava şəraitinin ən kəskin dövrü günün ikinci yarısı və axşama doğru proqnozlaşdırılmışdı. Küləyin maksimal sürəti məhz axşam saatlarında müşahidə olunub. Abşeron yarımadasında yerləşən hidrometeoroloji şəbəkədən […]

3 qurum ləğv edildi: 11 nazirlik və komitədə ixtisar – Fərman

Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi yaradılıb. Turkustan.info xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmana əsasən, Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi ləğv edilir və onun funksiyaları Nazirliyin Aparatına verilib. Bundan əlavə, Maliyyə Nazirliyinin Qiymətli Metallar və […]

Rayonlara güclü qar yağmağa başladı

Azərbaycanın bölgələrinə güclü qar yağmağa başlayıb. Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, Gədəbəy, Oğuz, Qusar və digər rayonlara yağan qarın hündürlüyü 10 santimetrə çatıb. Güclü qar bölgələrə yağmaqda davam edir. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq […]

Xəzərdə dalğanın hündürlüyü 7,5 metrə çatdı

Bakıda və Abşeronda küləyinin maksimal sürəti 30 m/s-ə, Sumqayıtda 40 m/s-ə çatıb Dalğanın hündürlüyü açıq dənizdə 7,5 metrdir. Turkustan.info-nun məlumatına görə, bu barədə “Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın saat 15:00-a olan məlumatında bildirilib. Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 30 m/s, […]

Alim Qasımov, Ədalət Şükürov, reper Qurd və başqalarının iştirakı ilə “Şəhidlər ölmürlər!” adlı video-çarx hazırlanıb – VİDEO

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin 29 illiyi ilə əlaqədar Xalq artisti Alim Qasımov, Əməkdar artist Ədalət Şükürov, reper Qurd, Nuray Rəhman ailə qrupu, Hakan Efe Can və digər körpə vətənpərvərlərin iştirakı ilə şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər ölmürlər!” adlı yeni […]

İki azərbaycanlı donuz qripinə yoluxdu – Gürcüstanda

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda “donuz qripi”nə 4 yoluxma halı qeydə alınıb. Turkustan.indo xəbər verir ki, xəstəliyə yoluxanların ikisi azərbaycanlıdır. Onlardan biri 39 yaşlı qadın, digəri isə 5 yaşlı uşaqdır. Həkimlər qadının vəziyyətini orta-ağır, uşağın durumunu isə ağır kimi qiymətləndirirlər. Xatırladaq ki, Gürcüstanda bu günə qədər “donuz qripi” adlandırılan […]

Azərbaycan gəmisi Xəzərdə qasırğaya düşdü – VİDEO

Bu gün Xəzər dənizində güclü külək böyük dalğalar yaradıb. Turkustan.info xəbər verir ki, Xəzər dənizindəki son vəziyyətlə bağlı adının açıqlanmasını istəməyən gəmi kapitanlarından biri tərəfindən qeydə alınan görüntülər Axar.az-ın redaksiyasına göndərilib. Görüntülər bir saat öncə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik: 85 Baxılıb

Rayon təhsil şöbələri ləğv edilib? — Nazirlikdən açıqlama

Təhsil Nazirliyi rayon və şəhər təhsil şöbələrinin ləğv edilərək onların bazasında regional təhsil idarələrinin yaradılmasına başlanılması ilə bağlı məlumatlara münasibət bildirib. Turkustan.info xəbər verir ki, nazirlikdən “Report”un sorğusuna cavab olaraq məlumatı nə təsdiq, nə də inkar etməyiblər. “Təhsil Nazirliyində bununla bağlı hər hansı məlumat yoxdur”, – nazirlikdən qeyd olunub. Qeyd […]

Azercell ilə rominqdə onlayn ol

“Azercell Telekom” MMC xaricə səyahət edən abunəçiləri üçün internet xidmətini sərfəli qiymətə təqdim etməklə yanaşı, həmçinin xidmətdən istifadəni daha da asanlaşdırıb. Müştərilərin xaricdə gözlənilməz xərclərlə üzləşmələrinin qarşısını almaq məqsədilə, Azercell hələ 2018-ci ilin iyul ayında rominqdə istifadə üçün nəzərdə tutulmuş mobil internet paketi təqdim edib. Turkustan.info xəbər verir ki, Hazırda, Türkiyə, Gürcüstan, […]

Bakıda güclü külək TIR-ı aşırdı – VİDEO

Bakı-Ələt yolunda güclü külək nəticəsində iki ağır yük maşını aşıb. Turkustan.info-nun məlumatına görə, hadisə bu gün günorta saatlarında baş verib. Görüntülərdən görünür ki, aşan yük avtomobilləri arasında az məsafə var. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları da gəlib. Həmin vaxt ərazidən keçən sürücü Zamin Musayev görüntüləri çəkərək, Modern.az–a göndərib.   77 Baxılıb

İlham Əliyev Nazirlər Kabinetinə 3 ay vaxt verdi

Dövlət başçısı yeni fərman imzalayıb  Prezident İlham Əliyev “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1426-VQD nömrəli Qanununun tətbiqi və “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli […]

Sabah hava necə olacaq? – Proqnoz açıqlandı

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək. Havanın temperature Bakıda və Abşeron […]

“Bu ildən etibarən kirayə mənzillərin qiyməti enəcək”

Ölkədə kirayə evlərin qiymətində artım müşahidə olunur. Artım əsasən də paytaxt Bakıda daha çox hiss olunur. Ekspertlər bunu tikinti layihələrinin intensivləşməsi ilə bağlı rayonlardan paytaxta axının güclənməsi ilə əlaqələndirirlər. Həmçinin ali təhsil ocaqlarının əksəriyyətinin Bakıda olması da qiymətlərə təsirsiz ötüşmür. Paytaxtın bir çox yerlərində söküntü işlərinin aparılması və kirayədə olan […]

Külək 12 yaşlı uşağı dənizə atdı – VİDEO

Dənizdə güclü dalğa nəticəsində 12 yaşlı uşaq suya düşüb. Turkustan.info xəbər verir ki, hadisə Qara dənizin Krım sahillərində baş verib. Yaxınlıqdakı turistlərdən biri hadisəyə müdaxilə edərək uşağı xilas edə bilib. Video-görüntülərdən bəlli olur ki, anası ilə birlikdə dənizə baxmaq üçün yaxına gedən uşaq fırtınanın təsirindən dalğaların ağuşuna düşür. Uşaq uzun müddət […]

“Məktəblər niyə bağlanır, müharibə-zaddı?” – Hafiz Hacıyev

Ötən gündən başlayaraq hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar dövlət qurumları gücləndirilmiş iş rejiminə keçib. Orta məktəblərdə tətil elan olunub, ali təhsil ocaqlarında isə imtahanların vaxtı dəyişdirilib. Turkustan.info bildirir ki, Yenicag.az-a açıqlama verən Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev mövcud durumdan danışıb. O, bunun qurama bir oyun olduğunu iddia edib: […]

Astanada 20 Yanvar faciəsinin anım tədbiri keçirildi – FOTOLAR

Qazaxıstanın Astana şəhərində Azərbaycanın Qazaxıstnadakı səfirliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin dəstəyi ilə 20 Yanvar faciəsinin anım tədbiri keçirilib. Tədbirdə Bu ölkədə akkreditə olunan diplomatik korpusun, beynəlxalq təşkilatın rəhbərləri, ölkə ictimai xadimləri, icma üzvləri iştirak edib. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov 1990-cı ilin […]

Bakıdakı külək təhlükəli həddədir? – Açıqlama

Küləyin maksimal sürəti saniyədə 25 metrdən çoxdursa, artıq təhlükə deməkdir. Turkustan.info bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov bildirib. Onun sözlərinə görə, hər üç ildən bir Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur: “Bir […]

Goranboylu Ukraynada prezidentliyə namizəd oldu

Ukraynada yaşayan, azərbaycanlı, əslən Goranboy rayonundan olan Roman Nəsirov prezidentliyə namizədliyini irəli sürüb. Turkustan.info xəbər verir ki, Ukrayna parlamentinin keçmiş deputatı olan Nəsirov artıq sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Roman Nəsirov Fiskal Xidmətin keçmiş rəisi olsa da, korrupsiya əməlinə görə bu vəzifədən uzaqlaşdırılıb. Vəzifədən uzaqlaşdırıldıqdan sonra Nəsirov həbs də […]

Bu bükümləri düz bağırsağında Azərbaycana keçirdi – FOTO

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında idarənin Biləsuvar gömrük postunda İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb. Turkustan.info DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsiə istinadla bildirir ki, saxlanılan şəxs şifahi sorğu sual zamanı üzərində qadağan olunmuş hər hansı predmetin, o cümlədən narkotik […]

Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi

Bu gün günün ikinci yarısından sonra şimal-qərb küləyinin sürəti 33-38 m/ saniyəyədək qalxacaq. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. G.Məmmədova qeyd edib ki, gün ərzində küləyin sürəti axşama doğru daha da sürətlənəcək: “Əsasən güclü külək […]

Çörəyə kəskin tələbat: Piştaxtalar boşalıb

Dünəndən havanın kəskin dəyişəcəyinə dair xəbərlər cəmiyyətdə müəyyən qədər həyəcan doğurub.  Turkustan.info-nun əldə etdiyi məlumata görə, paytaxda bir çox ərzaq mağazalarında çörək və şama kəskin tələbat yaranıb. İnsanlar ehtiyatlı tərpənərək “qara gün” üçün hazırlıq görüblər.  ATV-nin əməkdaşı Pərvin Əsgərlinin və jurnalist Ruslan Rəhimovun sosial şəbəkədə paylaşdığı fotolar da deyilənlərin həqiqət […]

Deputatın mandatdan məhrum olunma qaydası… – Qanun dəyişdi

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Turkustan.info xəbər verir ki, burada Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsinin əsaslarının və bu məsələyə baxılması qaydasının dəqiqləşdirilməsidir. Nizamnaməyə 23-1-ci (Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsinin əsasları və bu məsələyə baxılması qaydası) maddəsi əlavə edilib. Maddəyə əsasən, […]

Pensiya, müavinət və təqaüdlərdə artım tempi məlum oldu

 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi qayğısı, dövlət başçısı tərəfindən bu məqsədlə imzalanan Fərman və Sərəncamlar nəticəsində 2018-ci ildə də sosial təminat sisteminin bütün istiqamətləri üzrə ödənişlərdə artım tempi davam edib. Turkustan.info bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Məlumata […]

Təbii fəlakətlər hər il Azərbaycana 250-300 milyon dollar ziyan vurur

“Hesablamalara əsasən, Azərbaycan ərazisində təbii proseslərdən dəyən orta çoxillik zərər təxminən 250-300 milyon dollardır ki, bu da ölkənin illik ümumi daxili məhsulunun 0,4-0,5 faizini təşkil edir”. Turkustan.info xəbər verir ki, bunu Trend-ə Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib. Şöbə müdiri bildirib ki, […]

Cüdo üzrə Amerika çempionu

2007-ci ildə ABŞ-ın Kaliforniya ştatının Ontario şəhrində keçirilən “Qış milli cüdo çempionatı”nda erməni güləşçini məğlub edərək, finala çıxmasına imkan verməyib. Hətta həmin güləşçinin erməni məşqçisi də onun əlini sıxaraq təbrik edib… Evinin harasına baxsan orada Azərbaycanla bağlı, Azərbaycanı xatırladan nəsə görəcəksən. 12 ildir ki, ABŞ-da yaşayır, zərrəcə dəyişilməyib. Nə görkəmində, […]

20 Yanvar faciəsinin 29-cu ili Sumqayıtda yad edildi: “Şəhidlər azadlığın uca heykəl daşıdır”

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi, “Dostluq” mədəniyyət evi və AYB-nin Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə “Şəhidlər azadlığın uca heykəl daşıdır” adlı xatirə gecəsi keçirilib. “Dostluq” mədəniyyət evinin bədii rəhbəri Gülnar Məmmədovanın aparıcılığı ilə keçən tədbiri giriş sözü ilə uşaq şöbəsinin müdiri Yeganə Hüseynova açaraq “20 yanvar” faciəsi […]

İlham Əliyev fərman verdi: Yeni dövlət agentliyi yaradılır

 Turkustan.info xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanla Dövlət Ekspertiza İdarəsinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyi yaradılır. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi […]

ADAU-da doktorantura və dissertanturaya sənəd verən namizədlərlə görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU)   fəlsəfə doktoru proqramı, dissertant hazırlığı və elmlər doktoru proqramı  üzrə təhsil almaq üçün müraciət edən  şəxslərlə görüş keçirilib. Görüşdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü,pofessor  İbrahim Cəfərov imtahanların və müsahibələrin  tam şəffaf və obyektiv keçiriləcəyini bildirib, bu məqsədlə müvafiq fənlər üzrə imtahan komissiyalarının yaradıldığını qeyd edib. Universitetdə  yüksəkixtisaslı […]

Əflatun Amaşovdan mətbuata ÇAĞIRIŞ: “Buna qətiyyən yol vermək olmaz!”

“Müxtəlif sosial şəbəkə profillərində yanvarın 17-də və 18-də Azərbaycandakı hava durumu ilə bağlı cəmiyyəti çaşdıracaq fikirlər yayımlanmaqdadır. Bildirilir ki, bu tarixlərdə təhsil müəssisələrində dərslərin dayandırılmasının səbəbi hava durumu deyil, təhlükəli xəstəlikdir. Təəssüf ki, bu fikirlər bəzi kütləvi informasiya vasitələrində də yer alır. Nəticə etibarilə ayrı-ayrı şəxslər tərəfindən məqsədli şəkildə dövriyyəyə […]

Güclü külək Bakını cənginə alıb

Bakıda əsən şimal-qərb küləyinin sürəti saniyədə 24 metrə çatır, Abşeron yarımadasında isə saniyədə 26 metr, arabir 30 metrə qədər şiddətlənir. Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərərgahdan məlumat verilib.  Dalğaların hündürlüyü “Günəşli” yatağında 3,8 metr təşkil edir. 68 Baxılıb

Gürcüstanda matəm elan edildi

Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı artıb. Turkustan.info xəbər verir ki, paytaxtın Diqomi rayonunda baş verən hadisə nəticəsində  4 nəfər ölüb, 5-i uşaq olmaqla 6 nəfər yaralanıb. İlkin məlumatlara əsasən, partlayış qaz sızmasına görə baş verib. Ölənlər arasında 4 yaşlı uşaq da var. O, xəstəxanaya çatdırılsa da, […]

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatdı

Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında keçirilən görüş başa çatıb. Turkustan.info xəbər verir ki, görüş 4 saatdan çox davam edib. Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı […]