Gün: Yanvar 18, 2019

Azərbaycan səmasında Ay ətrafında nəhəng halqa müşahidə olunub

Şirvan şəhərində Ayın ətrafında nəhəng dairə müşahidə olunub. “Report”un Mil-Muğan bürosunun məlumatına görə, mütəxəssislərin bildirdiyinə görə, bu, halo dairə, yəni işıq mənbəyi ətrafında yaranan parlaq halqa və ya optik fenomendir. Halo adətən Günəş və Ayın ətrafında, hərdən isə küçə işıqları kimi digər güclü işıq mənbələri ətrafında yaranır. Çoxsaylı halo tipləri […]

Dünyanı bu pəhriz xilas edəcək – QİDALARIN SİYAHISI

Yeni kəşf edilən qidalanma üsulu həyatları xilas etmək və planet üçün fəlakətli nəticələrə səbəb olmadan 10 milyard insanı doydurmağı vəd edir. Turkustan.info bildirir ki, bu pəhriz növündə ət və süd məhsulları qadağan edilmir. Alimlərin fikrinə əsasən, növbəti onilliklərdə dünya əhalisinin sayı artacaq və bu insanları necə doydurmağın yolları araşdırılırdı. Çarə isə […]

Qadınlar üçün hamiləlik əleyhinə yeni mikroplastır icad olundu – 1 ay qoruya biləcək

Qadınlar üçün arzuolunmaz hamiləlikdən qorunmaq üçün yeni vasitə icad olunub. Bu, dərialtına mikrooynələr vasitəsilə yeridilən plastırdır.  Turkustan.info medicina.az-a istinadən bildirir ki, ABŞ texnoloji Universitetinin komandası daha uzun müddət təsir edən kontrasept hazırlaya bilib Aktiv maddələr plastırda yerləşir. Qadın bu plastırı bu plastırı bir neçə saniyə dəriyə sıxaraq saxlayır və mikroiynələr epidermisə […]

Xərçəngin və digər bütün xəstəliklərin səbəbi TURŞUDUR – Dünya şöhrətli alim AÇIQLADI

Dünya şöhrətli alman alimi, biokimyaçı, Nobel mükafatçısı Otto Varburq hesab edir ki, qələvi mühitində heç bir xəstəlik, hətta xərçəng də yarana bilməz. Varburq canlı hüceyrədə redoks proseslərini öyrənən alimdir. O, kimya və fiziologiyada geniş istifadə edilən bioloji obyektlərin öyrənilməsi üçün bir çox alət və cihazları inkişaf etdirib. Alim şiş hüceyrələrinin […]

“Aprel-may aylarında Azərbaycan hücuma keçə bilər…”

Ermənistan Müdafiə Nazirliyində ötən həftə bir sıra qapalı məsləhətləşmələr olub və “konkret məsələlər” müzakirə olunub. Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Ermənistanda nəşr edilən “İrates” adlı qəzet yazır. Bildirilir ki, həmin “konkret məsələlərdən” biri yazda, aprel-may aylarında Azərbaycanın Qarabağda hansısa lokal, hətta total hərbi əməliyyatlara başlamasının istisna edilmədiyi […]

Azərbaycana böyüklər üçün vaksinlər gətirilir – SƏBƏB

Avropa ölkələrində, eləcə də Azərbaycanla qonşu ölkələrdə qızılca xəstəliyinə yoluxanlarının sayının həddindən artıq olmasını nəzərə alaraq, ölkəmizə böyüklərin immunizasiyası üçün qızılca-məxmərək əleyhinə vaksinin gətirilməsi nəzərdə tutulur. Turkustan.info xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, artıq Səhiyyə […]

İran Suriyadakı partlayışda Polat Alemdarı günahlandırdı – FOTO

İranin “Press TV” xəbər agentliyi Suriyada baş verən partlayışla bağlı yeni məlumat yayıb. Agentliyin məlumatında 5-i amerikalı əsgər olan 20 nəfərin həlak olması ilə nəticələnən bombalı hücuma görə Polad Alemdar rolu ilə məşhurlaşan aktyor Necati Şaşmazın fotosunu paylaşıb. “Press TV” Necati Şaşmazı Türkiyə Kəşfiyyat Qurumunun agenti kimi göstərən saxta paylaşım […]

Rəsmi Bakıdan Rusiya XİN-in mətbuat xidmətinə sərt cavab

Azərbaycan və Rusiya bərabərhüquqlu suveren dövlətlərdir. Ultimativ tərzdə Azərbaycanla danışmaq qəbuledilməzdir və diplomatik etik qaydalara tamamilə ziddir. Turkustan.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir. Məlumatda bildirilir ki, Azərbaycan XİN Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin bəzi Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasına dair 18 […]

Rusiya PKK ilə birgə: Türkiyə bunu gözləmirdi – VİDEO

Rusiya hərbçiləri Menbiçin bəzi nöqtələrində YPG döyüşçüləri ilə birgə patrul nəzarəti həyata keçirib. Turkustan.info xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb. Bildirilib ki, patrul nəzarəti YPG/PKK-nın qurduğu Bab Hərbi Şurası ilə birgə baş tutub. Əldə edilən görüntülərdə Rusiya bayraqlı hərbi maşınların Arima səmtinin məhəllələrində yoxlanış həyata keçirdiyi aydın olur. […]

Prezident nazirliyin üç qurumunu birləşdirdi, birini ləğv etdi – FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Turkustan.info xəbər verir ki, sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində “Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi”, “Baxımsız, […]

Baqirinin Bakı bəyanatı İrəvanda təlaş yaratdı

Son günlər Ermənistan parlamentində İranın əleyhinə səslənən bəyanat və Tehran rəsmilərinin Bakıya səfərləri zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bakının ədalətli mövqeyini dəstəkləməsi İrəvanda Tehranla münasibətlərin perspektivinə dair narahatlığa səbəb olub. Turkustan.info Azərtac-a istinadən xəbər verir ki, Ermənistanın yeni parlamentində deputat Ayk Koncoryanın İranı “avtoritar dövlət” adlandırmasına rəsmi Tehranın […]

Şimali Kiprin dövlət televiziyasında 20 Yanvar hadisələrindən danışılıb

Şimali Kiprdə fəaliyyət göstərən BRT Dövlət Televiziyasında Qanlı Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı proqram təqdim olunub. Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu tanınmış teleaparıcı Əziz Qaraəzizin təqdimatında yayımlanan “Gündəm artı” verilişinin qonağı olub. Orxan Həsənoğlu 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilən hərbi cinayətin səbəb […]

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması: Paris danışıqlarından daha konkret nəticələr gözləyirik

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri v.i.e Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə 16 yanvar tarixində Parisdə keçirilmiş danışıqların perspektivləri ilə əlaqədar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səsləndirdiyi bəyanat ümidverici olsa da, biz danışıqlardan daha konkret nəticələr gözləyirik. Turkustan.info bildirir ki. unu Trend-ə […]

Azərbaycanda dəhşətli hadisə: Kişi arvadını diri-diri yandırdı

Tovuzda dəhşətli ailə dramı baş verib. Turkustan.info baku.ws-ə xəbər verir ki, yanvarın 15-də Tovuzda 41 yaşlı kişi qeyri-rəsmi şəkildə münasibətdə olduğu 28 yaşlı qadını yandırıb. Belə ki, həmin gün saat 21:00-da 1978-ci il təvəllüdlü Əflatun Məhərrəm oğlu Ələkbərov münasibətdə olduğu 1991-ci il təvəllüdlü Nüşabə Zeynaləbdin qızı Bayramovanın üstünə benzin tökərək […]

Azercell NNTV xidmətini təqdim edir

Artıq mobil telefonda 150 televiziya kanalını izləmək imkanından zövq al… “Azercell Telekom” MMC abunəçilərinə mobil telefonda teleyayım imkanlarını yaradan NNTV xidmətini təqdim edir. Bu xidmət vasitəsilə Azercell abunəçiləri 150 televiziya kanalını internet üzərindən onlayn surətdə və yüksək keyfiyyətdə izləmə imkanı əldə edirlər. NNTV xidməti heç bir əlavə avadanlıq (kabel, anten […]

Rusiya XİN-dən Bakıya ETİRAZ

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə sərt cavab verib. Turkustan.info Rusiya KİV-nə istinadən xəbər verir ki, nazirlik ermənilərin bu ölkəyə buraxılmasına qarşı çıxıb. “Azərbaycan Xarici İşlər Nazirliyinin bu ölkəyə erməni mənşəli Rusiya vətəndaşlarının buraxılmaması barədə xəbərini oxudum. Açıqlamada diplomatik nəzakət qaydalarını pozan ton hiss olunur. Dinamik inkişafdan olan iki […]

Qənirə Paşayeva xəstəliklər, antibiotiklərlə bağlı həyəcan təbili çaldı

“Autizmdən, depresiyyadan əziyyət çəkənlərin sayı artır. Son illər autizm xəstəliyi çox təhlükləli bir hal alıb. Bu xəstəliyin daşıyıcısı olan insanların, uşaqların sayı ildən-ilə artmaqdadır. Bu, hər birimizi çox ciddi şəkildə narahat edir və düşündürür”.   Turkustan.info xəbər verir ki, bunu Milli Səhiyyə komitəsinin iclasında deputat Qənirə Paşayeva deyib. Q.Paşayevanın sözlərinə görə, ailələr, […]

Azərbaycanda notarius ləğv edilir

Ötən gün prezident İlham Əliyev “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycanın digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin […]

Yarımadamları sevindirən yarımqətnamə

Elməddin Behbud Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın əhəmiyyətli ölçüdə dərinləşdirilməsini ehtiva edən və bu il imzalanması gözlənilən sazişlə bağlı aparılan danışıqların normal məcrada inkişafından narahat olan antiazərbaycan qüvvələrin varlığı heç kimə sirr deyil. Bunlar demək olar ki, fasiləyə çıxmadan çalışırlar. Sadəcə biz bu cinahın bəzən yaxın, bəzən də uzaq […]

“Müxalifətçilər belə ordumuzun qısa müddətdə böyük nəticələr qazandığını etiraf edir” – Nəciməddin Sadıqovla MÜSAHİBƏ

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov “Milli Məclis” jurnalının suallarını cavablandırıb. Turkustan.info həmin müsahibəni oxucularına təqdim edir. – Cari ildə 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasındadır. Ötən dövr ərzində həyata keçirilən səmərəli və məqsədyönlü […]

Bakıda işdən qayıdan qadını küçədə zorladılar

Bakının mərkəzində, küçənin ortasında 30 yaşlı paytaxt sakini zorlanıb. Turkustan.info “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, cinayət yanvarın 15-dən 16-na keçən gecə, saat 01:00 radələrində Nizami küçəsində, 149 nömrəli evin (italyan həyətində olan köhnə bina) həyətində baş verib. Naməlum kişi gecə işdən evə gələn qadına (etik məsələlərə görə ad yazmırıq) […]

İranlı generalın Bakıdakı Qarabağ mesajı: Tehran siyasəti dəyişir?

İran ordusunun baş qərargah rəisi Məhəmməd Baqeri Bakıda maraqlı açıqlama verdi. O bildirdi ki, İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir: “İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcək, sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir. İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır”. Turkustan.info xəbər verir ki, bu sözləri […]

Azərbaycanda 3 məmur HƏBS EDİLDİ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın, dürüstlüyün təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı göstərişlərinə uyğun olaraq, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində, Vergilər Nazirli ilə Baş Prokurorluq tərəfindən birgə tədbirlərin görülməsi davam etdirilir. […]

Azərbaycanda cəzaçəkmə müəssisəsində ŞOK HADİSƏ – ÖLƏN VAR

Azərbaycanda cəzaçəkmə müəssisəsində ölüm hadisəsi qeydə alınıb. Turkustan.info xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində Gürcüstan Respublikasının vətəndaşı, 1983-cü il təvəllüdlü Kakutiya Paata Palikoyeviç vəfat edib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28.180.2.1-ci maddəəsi ilə məhkum edilmiş və barəsində 12014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən hökm çıxarılmış əcnəbi vətəndaşın ürək-damar […]

Ermənistan-İran münasibətlərində gərginlik yarana bilər

Son günlər Ermənistan parlamentində İranın əleyhinə səslənən bəyanat və Tehran rəsmilərinin Bakıya səfərləri zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bakının ədalətli mövqeyini dəstəkləməsi Yerevanda Tehranla münasibətlərin perspektivinə dair narahatlığa səbəb olub. Erməni KİV-ləri xəbər verir ki, Ermənistanın yeni parlamentində deputat Ayk Koncoryanın İranı “avtoritar dövlət” adlandırmasına rəsmi Tehranın reaksiyası […]

Ləğv olunan dövlət qurumlarının işçiləri işlə təmin ediləcəklər

Nəticəsi barədə Azərbaycan Prezidentinə məlumat veriləcək Dövlət başçısının yanvarın 17-də imzaladığı fərmana əsasən ləğv olunan dövlət qurumlarında işləyən işçilərin müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görüləcək. Turkustan.info xəbər verir ki, bu məsələ dövlət başçısının yanvarın 17-də imzaladığı “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin […]

Səməd Seyidov: Bu cür ikili standartlar Avropa Parlamenti daxilindəki qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında mövcud olan həm iqtisadi, həm də siyasi konstruktiv əlaqələr, münasibətlərin yüksələn xətlə inkişafı ölkəmizi istəməyən qüvvələri ciddi narahat etməyə başlayıb və onlar Azərbaycana qarşı növbəti dəfə ikili standartlar mövqeyindən, reallıqdan uzaq çıxışlar ediblər. Turkustan.info bildirir ki, bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr […]

Maşınınız duracağa aparılacaq – Növbəti xəbərdarlıq

Yaxın günlərdə Bakı şəhərinin inzibati ərazisində dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada mühafizə edilən duracağa aparılması prosesinə başlanılacaq. Turkustan.info-nun məlumatına görə, Bakı Nəqliyyat Agentliyi bunu nəzərə alaraq bir daha sürücüləri dayanma, durma və parklanma qaydalarına əməl etməyə çağırır. Məlumat üçün […]

ABŞ-da azərbaycanlı iş adamını öldürən şəxsin görüntüsü yayıldı – VİDEO

ABŞ polisi Şimali Karolina ştatının Şarlotta şəhərində mobil telefon dükanının sahibi olan 29 yaşlı azərbaycanlı Elçin Xəlilovu öldürən şəxsin görüntüsünü yayıb. Turkustan.info-nun “WSOC-TV”yə istinadən məlumatına görə, hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar heç kimi həbs etməyib. Hazırda şübhəli şəxsin axtarışları davam edir. Xatırladaq ki, yanvarın 14-də yerli vaxtla saat 11:00 radələrində Şarlotta […]

Alışanov Prezidentə təşəkkür etdi: “Sərəncam müzakirə olunmur” – İLK AÇIQLAMA

Ölkə başçısının 15 yanvar 2019-cu il tarixli sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsindən azad olunmuş Arif Alışanov Modern.az-a açıqlama verib. Keçmiş sədr ölkə başçısnını qərarının müzakirə olunmadığını bildirib: “Cənab Prezidentin sərəncamı müzakirə olunmur. Biz bir daha cənab Prezidentə təşəkkür edirik. Ölkə başçısı hər şeyi […]

BMT baş katibindən Qarabağ bəyanatı

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında yanvarın 16-da Parisdə keçirilən görüşü müsbət qiymətləndirib. Turkustan.info xəbər verir ki, bu barədə BMT-nin baş katibinin bəyanatında deyilir. “Baş katib uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı razılaşma […]

DTX bu əşyaları Tarix Muzeyinə hədiyyə etdi – FOTOLAR

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə tarixi əhəmiyyət kəsb edən numizmatik əşyalar hədiyyə edilib. Turkustan.info bildirir ki, bu barədə KİV-ə muzeydən məlumat verilib. Muzeyin Numizmatika fonduna təhvil verilən 142 ədəd materialdan 36 ədədi sikkə, qalanları isə kağız pul və bonlardan ibarətdir. Sikkələr XVI-XIX əsrləri əhatə […]

Məktəblərdə qış tətili təxirə salınacaq? – Nazirlikdən cavab

Təhsil Nazirliyi məktəblilərin qış tətilinin təxirə salınması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Nazirlikdən Azvision.az-a bildirilib ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb. Təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur.  Qeyd […]

“Məmurların təkcə maşınlarını deyil, mənzillərini də ictimai nəzarətə götürmək lazımdır”

“Prezidentin dünənki fərmanından belə görünür ki, dövlət təşkilatlarında xidməti maşınların sayı azalacaq. İzləyənlər bilir, bir müddət əvvəl 10 il ərzində dövlət büdcəsindən xidməti maşınlara sərf olunan xərclərin məbləğini paylaşmışdım – söhbət 700-800 mln. dollardan gedirdi”. Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, bunu iqtisadçı Rövşən Ağayev bildirib. Ekspertin fikrincə, dünənki fərman yaxşı xəbərdir, […]

Bu məktəblərdə sabah dərs olacaq – Nazirlik

Azərbaycanda 6 günlük iş rejimi ilə işləyən məktəblərdə yanvarın 19-da – şənbə günü dərs olacaq. Turkustan.info bildirir ki, bunu Reporta-a Təhsil Nazirliyindən bildiriblər. Qeyd olunub ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmri yanvarın 17-18-inə aiddir: “Qalan günlərdə təhsil müəssisələrində tədris adi qaydada davam edəcək”. Xatırladaq ki, […]

Hansı məmurlara xidməti avtomobil veriləcək? – Prezidentdən TAPŞIRIQ – Siyahı hazırlanacaq

“Prezident İlham Əliyevin imzaladığı fərmanda maraqlı bir məqam var. Fərmana görə, Nazirlər Kabineti bir ay müddətində bütün dövlət qurumu və dövlət şirkətlərində, hətta publik qurumlarda xidməti avtomobil ilə təmin edilməli olan bütün vəzifələrin siyahısını hazırlamalıdır. Bu yeni siyahıdan kənar olan bütün xidməti maşınlar Fərmanın tələbinə əsasən dərhal özəlləşdirilməyə çıxarılmalıdır”. Turkustan.info-nun məlumatına […]

Zamirə Hacıyevanın əmlakı müsadirə edilə bilər – Britaniya KİV

Böyük Britaniya hökuməti Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya var-dövlətin qeyri-məlum mənbəsi barədə iki order təqdim edib. Bu barədə Britaniya KİV-inə istinadən xəbər verir. Lakin Z.Hacıyeva sərvətinin mənbəyini izah etməkdən yenə imtina edib. Yerli KİV-in yazdığına görə, Z.Hacıyeva maliyyə vəsaitlərinin mənbəsini açıqlamaqdan imtina etməyə davam […]

Havaya görə Bakıda metronun bu stansiyasının çıxışı bağlandı

“Bakı Metropoliteni” QCS-nin “Elmlər Akademiyası” stansiyasının əsas çıxışı bağlanıb. Turkustan.info bildirir ki, bu barədə Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Qurum rəsmisi bildirib ki, stansiyanın əsas çıxışının bağlanmasına səbəb güclü küləklə bağlıdır: “İki gündür ki, Bakıda güclü şimal küləyi hökm sürür. Güclü külək […]

ABŞ-da yaşayan kimyaçı alim…

Kübarlıq irsən gəlir, nəsildən nəslə qanla ötrürülür. Belə insanların davranışı, başqaları ilə ünsiyəti də yüksək mədəniyyət çərçivəsində olur. Səyahət etməyi çox xoşlayır. Demək olar ki, Avropanın bütün ölkələrində, Şimali Amerikada, Asiyanın bəzi dövlətlərinə səyahət edib…  Atası Musa Rüstəmov kimya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademikdir. Uzun illər […]

Bu gün hava necə olacaq? – Nazirlikdən AÇIQLAMA: “Xəbərdarlıq öz qüvvəsindədir!”

Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq öz qüvvəsindədir.  Turkustan.info bildirir ki, bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyində  yaradılan Qərərgahdan məlumat verilib. Bildirilib ki, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci […]

Paşinyan Qarabağın həllinə hazırdırmı? – Açıqlama

Azərbaycan Dağlıq Qarabağ problemin sülh yolu ilə həll edilməsi imkanlarının tükənmədiyinə inandığı üçün, hüquqi və siyasi haqqı olsa da, hələlik Ermənistanın işğal etdiyi əraziləri hərbi əməliyyatlarla geri almaq planını həyata keçirmir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, Azərbaycan tərəfinin mövqeyi 30 ildir məlumdur: […]

İran Baş Qərargah rəisinin Bakıda Qarabağ bəyanatı… – Şərh

Azərbaycan İranla əlaqələrini daha da genişləndirir, iki ölkənin rəhbərləri arasında isti münasibətlər qarşılıqlı əməkdaşlığın inkişafına pozitiv təsir göstərir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz hücum taktikasını davam etdirir: “Bu taktikada regional aktorların iştirakı çox mühüm əhəmiyyət kəsb edir. […]

250 milyon insanın qorxulu yuxusu: təhlükədən necə qurtulaq? – SƏBƏBLƏR, XİLAS YOLLARI

Bu gün epilepsiya cəmiyyətdə ən çox narahatlıq doğuran xəstəliklər sırasındadır. Bəs bu xəstəlik hansı səbəbdən yaranır, tam müalicəsi mümkündürmü? Bu xəstələrin həyat tərzi necə olmalıdır?  Azərbaycan Tibb Universitetinin Nevrologiya və tibbi genetika kafedrasının müdiri, əməkdar həkim, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Şərif Mahalovun Medicina.az-a müsahibəsində xəstəliklə bağlı hər kəs […]