Gün: Yanvar 19, 2019

Çay içə-içə siqaret çəkən kişilərə CİDDİ XƏBƏRDARLIQ

Siqaret çəkmək birmənalı olaraq insan sağlamlığı üçün ən zərərli vərdişlərdən biridir. Bunu hər kəs bilir. Amma siqareti çayla birlikdə içmək bu zərəri iki qat artırır. Hətta qida borusu xərçənginə kimi qorxulu xəstəliklə nəticələnə bilər. Bu haqda Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi, qastroentroloq Yüksel Gümürdülü xəbərdarlıq edib. Dünyada xərçəng ölümlərində 6-cı […]

Dünyada tayı-bərabəri görünməyən hadisə olacaq

Yaponiya süni meteorit yağışı yaradacaq. Elm və texnologiyanın əsas mərkəzi hesab edilən Yaponiyada alimlər bu dəfə süni meteorit yağışı yaradacaqlar. Yaponiyanın Kosmik Kəşfiyyat Agentliyi bu haqda məlumat yayıb. Yayılan xəbərdə qeyd olunur ki, artıq Epsilon raketi ilə 7 peyk Uçinoura adlanan kosmik mərkəzdən orbitə buraxılıb . Raketlərdən birinin mərkəzi Tokioda […]

DİQQƏT: 70 qəpiklik dərmanla 11 xəstəliyi məhv edə bilərsiniz

Menovazin yəqin ki, bir çoxlarına tanışdır. Bu ucuz vasitə ilə baş və əzələ ağrılarını aradan qaldırmaq mümkündür. Lakin menovazinin üstünlüyü bununla məhdudlaşmır. Bu maddə bir çox digər xəstəliklər zamanı də əvəzedilməz rol oynayır. Turkustan.info Medicina-ya istinadən menovazinin digər tətbiq sahələrini təqdim edir: 1. Angina Angina zamanı boğaza menovazin çəkərək bağlayın. […]

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunda “Qanlı yanvar” adlı tədbir keçirilib. Əvvəlcə tədbirin aparıcısı Ramilə Sadıqova faciə haqqında məlumat verib. Sonra klubun dərnək üzvləri Həcər Səfərlinin ifasında  “Vətən desin”, Ayan Abdullayevanın ifasında “Azərbaycan bayrağı”, Ramal Dadaşlının ifasında “Şəhidlər” şeirlərini dinləyib. Sonda tədbir iştirakçıları klubun rəsm kursunun şagirdlərinin 20 Yanvar faciəsinə […]

Qarabağ nizamlanmasında gəlişmə: Səfir sülhün anonsunu verdi?

Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun ötən gün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirlər erməni ictimaiyyətində ciddi narahatlığa səbəb olub. Qeyd edək ki, Polad Bülbüloğlu, “Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq”-deyə, açıqlama verib. “Azərbaycan tərəfi uzun illərdir substantiv danışıqlar aparılmasının vacibliyini dönə-dönə qeyd […]

Mitinqlə bağlı rəsmi açıqlama

Yanvarın 19-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.  Turkustan.info bildirir ki, bu haqda Modern.az–a Bakı Şəhər Baş Polis İdarəsindən daxil olan ıməlumatda bildirilib. Qeyd olunub ki, Saat 15.00-dan 17.00-dək davam edən toplantıda […]

DİN səlahiyyətlərinin “ASAN Xidmət”ə verilməsinə aydınlıq gətirdi

Ehsan Zahidov: “Bəzi xəbər saytları qeyri-peşəkar şərhlər verərək oxucularda çaşqınlıq yaradırlar”  Daxili İşlər Nazirliyinin (DİN) bəzi səlahiyyətlərinin əlindən alınaraq “ASAN xidmət”ə verilməsi məsələsinə aydınlıq gətirilib.  Turkustan.info bildirir ki, DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bəzi xəbər saytları ölkə Prezidentinin 2019-cu il 17 yanvar tarixli […]

Ölkədə iki günlük “cəhənnəm”: Onu görənlər də var, görməyənlər də

Fazil Mustafa: “İnsan taleyi ilə bağlı atılan addıma bəsit yanaşmaq olmaz” Bir neçə gün ərzində ölkənin gündəmini zəbt etmiş təbiət hadisəsi geridə qaldı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycanda mövcud olacaq ifrat hava şəraiti ilə bağlı xəbərdarlığının müddəti başa çatdı. Maraqlıdır, 17-18 yanvar tarixlərində ölkə ərazisində əsən külək vətəndaşları hansı […]

Əmisi arvadı ilə 10 il sevgili olub, qısqanıb qətlə yetirib – BAKIDA

Sevdiyi əmisi arvadını qətlə yetirən Pirallahı rayon sakini Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Turkustan.info ölkə.az-a istinadən xəbər verir ki,Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunan Hüseynov Rəsul Əlövsət oğlunun məhkəmə prosesinin hazırlıq iclası 21 yanvar tarixində Həsən Əhmədovun sədrliyi ilə keçiriləcək. Xatırladaq ki, 16 yanvar 2018-ci il tarixində Bakı Ağır […]

Azərbaycanda təcavüz qalmaqalı: Hakimdən bəraət, prokuror şikayətçidir – Təfərrüat

Qazax rayonunda qadına təcavüz etməkdə təqsirli bilinən rayon sakini, 1994-cü il təvəllüdlü Habil Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, ittihama əsasən, Habil Məmmədov Qazax rayonunun mərkəzində tanışı Turan Əliyevaya təcavüz edib. […]

Duzlanmış, istiotlanmış limon sizi 5 problemdən xilas edəcək

İstiot, düz və limon yalnız salatlara və yeməklərə vurmaq üçün ədviyyat deyil. Bu vasitələr tibdə də bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Turkustan.info Medicina.az-a istinadən istiot, duz və limonla sağalması mümkün olan xəstəlikləri təqdim edir: 1. Boğaz ağrısı 1 x/q limon şirəsi, yarım ç/q qara istiot və 1 ç/q dəniz […]

Uşağın cinsiyyətini öyrənmək qadağan olunur – VİDEO

Azərbaycanda uşağın cinsiyyətini əvvəlcədən öyrənmək qadağan ediləcək. Turkustan.info ARB TV-yə istinadən xəbər verir ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisin 2019-cu ilin yaz sesiyasında müzakirəyə çıxarılacaq. Bu barədə parlamentin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev məlumat verib. Millət vəkili bildirib ki, qanun lahiyəsi hazırdır və yaxın vaxtlarda müzakirəyə çıxarılacaq. Sosioloqlar […]

Usubov polkovniki vəzifədən çıxardı – Yeni təyinatlar

Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi baş verib. Turkustan.info Azvision.az -a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrə əsasən, Binəqədi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib. Nəsimi rayon Polis […]

20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardımlar verilib

20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar. Turkustan.info bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, ümummilli lider Heydər Əliyev tərəfindən 20 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğı göstərilib. Hələ ötən əsrin 90-cı illərində ulu […]

DTX-çılar Şəhidlər Xiyabanında – FOTOLAR

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Xidmətin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları və DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, […]

Putin Paşinyanı Moskvaya çağırdı – Erməni KİV-in ilk reaksiyası

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək. Turkustan.info xəbər verir ki, bu barədə Paşinyanın özü açıqlama yayıb. Səfər yanvarın 22-25 tarixlərində Davosda keçiriləcək Beynəlxalq İqtisadi Forumdan sonra baş tutacaq. Paşinyan səfər çərçivəsində Avrasiya İqtisadi Birliyinə dönəm rəhbərliyinin digər üzv dövlətə təhvil verilməsi məsələsinin müzakirə ediləcəyini bildirsə də, gündəlikdəki digər məsələlər […]

Növbəti günlərdə hava necə olacaq? – AÇIQLAMA

Azərbaycan ərazisində növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Report-a açıqlamasında bildirib ki, növbəti günlərdə ölkə ərazisində hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: “Səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı istisna olunmur”. […]

Azərbaycanda köhnə avtomobillər BAHALAŞDI: 2 mindən 7 minə qalxdı – FOTO

Azərbaycanda buraxılış ili 1995-ci ilə qədər olan xarici avtomobillərin qiyməti bahalaşıb. Turkustan.info bildirir ki, Unikal.org-un maşın bazarında apardığı araşdırmaya görə, qiymət artımı ən çox “Mercedes” markalı avtomobillərdə qeydə alınır. Belə ki, əvvəllər 1995-ci ilə qədər olan “Opel”, “Hyundai”, “Mercedes” avtomobillərinin  müxtləif növ markalarının qiyməti 2500-4500 min manat arası dəyişirdisə, hazırda […]

Vergilər Nazirliyinin saləhiyyəti azaldılır – Prezident daha bir qurumu ləğv etdi

Vergilər Nazirliyində kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatını aparan qurum ləğv ediləcək.  Turkustan.info-nun məlumatına görə, bu, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanında əksini tapıb. Fərmanda qeyd edilib ki, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin […]

Xırdalanda yanacaqdoldurma məntəqəsinə basqın

Abşeronda yanacaqdoldurma məntəqəsinə basqın olub.  Turkustan.info bildirir ki, bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, yanvarın 11-də Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birinə gələn 2 maskalı şəxsin orada operator işləyən Aşağı Güzdək qəsəbə sakini Ruslan Əmkişiyevi tapançaya oxşar əşya ilə hədələyib pul verməsini tələb etmələri, müqavimətlə […]

Rusiya sərhəddə “İsgəndər” yerləşdirdi: Peyk görüntüləri ortaya çıxdı

Rusiya hakimiyyəti Ukrayna ilə sərhəddə “İsgəndər” raketləri yerləşdirib.  Turkustan.info xəbər verir ki, bu barədə “Fox News” peyk görüntülərinə əsasən, məlumat yayıb. Məlumata görə, fotolar 17 yanvarda Krasnodar vilayəti üzərində çəkilib.  “ImageSat International” mütəxəssisləri fotoları dəyərləndirərək “İsgəndər”in Ukrayna sərədindən 430 km məsafədə olduğunu bildirib. Bununa yanaşı, Rusiyanın Monqolustan yaxınlığına, Ulan-Udeyə 4 “İsgəndər” […]

Poroşenkodan müsəlmanları və Rusiyanı qəzəbləndirəcək – Addım

Ukrayna Prezidenti Petro Poroşenko İsrailə rəsmi səfər edəcək. Turkustan.info xəbər verir ki, Poroşenko səfər çərçivəsində İsrail Baş naziri Binyamin Netanyahu ilə Qüdsdə görüşəcək. Yanvarın 21-də iki ölkə rəhbərinin iştirakı ilə Ukraynanın iqtisadiyyat naziri Stepan Kubiv israilli həmkarı Eli Kohenlə ikitərəfli ticarət sazişi imzalayacaq. İsrailin Ukraynadakı səfiri Yoel Lyonun sözlərinə görə, müqavilənin […]

Alimlər: Hazırki qida rasionu planetin əhalisi üçün təhlükəlidir

Gələcək nəsillərin sağlamlığını təmin etmək üçün ətdən tamamilə imtina etmək lazımdır. Turkustan.info Sky News-a istinadən xəbər verir ki, bu qənaətə qida və sağlamlıq məsələləri üzrə Britaniya komissiyasının mütəxəssisləri gəlib. Araşdırmaya əsasən 2050-ci ildə Yer kürəsinin əhalisi 10 milyarda çatacaq və buna görə də ət tədarükünü gündə 7 qrama qədər azaltmaq […]

“Arif Alışanov, mənimlə ədavətin nə idi?” – Video

Əməkdar artist Vasif Məhərrəmli vəzifəsindən azad edilən AzTV-nin sədri Arif Alışanova müraciət edib. “Qafqazinfo” xəbər verir ki, tanınmış müğənni instaqram səhifəsində video paylaşaraq kanalın sabiq rəhbərindən “zapret”ə düşmə səbəbini soruşub. O, A. Alışanovu peşəkar televiziya rəhbəri kimi görmədiyini qeyd edib: “Videonu paylaşmaqda məqsədim var. Son vaxtlar cənab prezident tərəfindən aparılan […]

Türkiyənin rus elitasını şoka salan addımı – Analiz

Türkiyənin strateji maraqlarının əsas xəttini qərbyönümlü siyasət təşkil edir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a son zamanlar Türkiyənin xarici siyasətində sezilən dəyişikliklərlə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, son zamanlar Türkiyənin xarici siyasətində Rusiya da önəm kəsb edir: “Düzdür, Rusiya ilə əlaqələr Türkiyəyə mənfəət gətirir. Bu […]

Bakıya kimlər hücum edir və məqsəd nədir – Detallar

Niyə məhz indi? Niyə Azərbaycanla Avropa Birliyi arasında uzun müzakirələrdən sonra müqavilə imzalanması ərəfəsində, Ermənistanın dalana dirəndiyi, Rusiya ilə münasibətlərinin gərginləşdiyi, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində 2019-cu ilin ümidverici bir il olduğu məqamda Avropa Parlamenti ölkəmizə qarşı bu qətnaməni qəbul etdi? Əslində bu suallar özündə hər şeyi ehtiva edir. 2001-ci […]

ABŞ-da tərcüməçi işləyən azərbaycanlı xanım

ABŞ-da insan hüquqları çox önəmlidir. Məsələn, burada ingilis dilini bilməyən əcnəbilərə sürücülük vəsiqəsi alarkən imtahanı rahat verməsi üçün və ya məhkəmə proseslərində rahat danışmaqdan ötrü tərcüməçinin xidmətindən istifadə etmək hüququ verilib. Bu işi həm dövlət tərəfindən dəvət olunan və həm də müqavilə ilə çalışan tərcüməçi icra edə bilər… Cəmilə Məmmədova […]

Əbədi travma – Sahib Məmmədov 20 Yanvardan yazır

Sahib Məmmədov 20 yanvar ərəfəsində Azərbaycanda vəziyyət kəskin pişləşmişdi. Bir tərəfdən Azərbaycan Xalq Cəbhəsinın monolitliyi pozulmuş və parçalanma baş vermişdi. AXC-nin radikal qanadı “müdafiə şurası” adlı qurum yaradıb Leytinant Şimid zavodunun mədəniyyət sarayında qərərgah yaratmışdı. Ermənilər Dağlıq Qarabağda və Ermənstanla həmsərhəd rayonlarda silahlı təxribatları gücləndirmişdi. Mən o zaman Bakı Tunel […]