
Ukrayna Prezidenti Petro Poroşenko İsrailə rəsmi səfər edəcək.
Turkustan.info xəbər verir ki, Poroşenko səfər çərçivəsində İsrail Baş naziri Binyamin Netanyahu ilə Qüdsdə görüşəcək.
Yanvarın 21-də iki ölkə rəhbərinin iştirakı ilə Ukraynanın iqtisadiyyat naziri Stepan Kubiv israilli həmkarı Eli Kohenlə ikitərəfli ticarət sazişi imzalayacaq.
İsrailin Ukraynadakı səfiri Yoel Lyonun sözlərinə görə, müqavilənin imzalanması Qüdsdə – Yerusəlimdə baş tutacaq.
Diplomat İsrail və Ukraynanın bir-birini etibarlı müttəfiq olaraq qəbul etdiyini bildirilib. /Teleqraf.com/
15 Baxılıb