Gün: Yanvar 20, 2019

Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – VİDEOSORĞU

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündən sonra Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “faydalı və çox müsbət fikir mübadiləsi aparıldığını” bəyan edib.  Turkustan.info BBC-yə istinadən xəbər verir ki, XİN-in bəyanatında həmçinin erməni və Azərbaycan əhalisinin sülhə hazırlanacağı qeyd olunub. XİN-nin sözçüsü Leyla Abdullayeva BBC Nyus Azərbaycancaya deyib ki, çərşənbə günü […]

Rusiya İdlibə zərbə endirdi, ölən və yaralananlar var

Rusiya Hərbi-Kosmik Qüvvələri Suriyanın İdlib əyalətinin cənub-şərqində yerləşən yaşayış məntəqələrinə və müxalif dəstələrin obyektlərinə aviazərbələr endirib. Turkustan.info “Anadolu”ya istinadən xəbər verir ki, nəticədə iki dinc sakin ölüb, doqquz nəfər yaralanıb. Bildirilir ki, Cisir Aş-Şuqur rayonunda Xan As-Subul və Biksereye kəndlərinə azı üç aviazərbə endirilib. Aviazərbələr gecə saatlarında endirilib.   /oxu.az/ 40 Baxılıb

Qorbaçov Bakıya niyə hücum etdi? – Vaşinqtondan göndərilən məktubun SİRRİ

29 il öncə, 1990-cı il 19 yanvar. Qorbaçovun sovet ordusunu Bakıya göndərməyinə bir gün qalıb. Hərçənd buna qədər Bakıda “qətliam ssenarisi” hazır idi. Həmin tarixdən 3 gün öncə, yanvarın 17-də şimaldan hərbi eşelonun daxil olmaq cəhdi də bunu təsdiqləyir. O vaxt şimal bölgəsində yerli əhali hərbi qatarın Bakıya doğru irəliləməsinə […]

ABŞ-da öldürülmüş Elçin Xəlilovun meyiti Azərbaycana gətirilib

ABŞ-da öldürülən azərbaycanlı Elçin Xəlilovun meyiti Azərbaycana gətirilib. Bakı vaxtı ilə səhər 8:30-da Elçinin cənazəsi Heydər Əliyev adına hava limanına çatdırılıb. Meyiti qəbul etmək üçün Elçinin qardaşı və yaxın dostları Bakı aeroportuna gediblər. Mərhumun cəsədi dəfn olunmaq üçün doğulduğu Sumqayıt şəhərinə aparılıb. Dəfn mərasimi bu gün günorta saatlarında baş tutub. […]

Polad Bülbüloğlu: “Sovet dövründə baş verənləri bugünkü Rusiya ilə eyniləşdirmirik”

İnsanlar var ki, məsələni bu istiqamətə yönəltmək istəyirlər Nə Azərbaycan xalqı, nə Azərbaycan hökuməti, nə də bizim Prezidentimiz heç vaxt Sovet İttifaqının totalitar rejimi dövründə baş verənləri bugünkü demokratik Rusiya ilə eyniləşdirmir. Turkustan.info AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu fikirləri ölkəmizin Moskvadakı səfirliyində “Qara yanvar”ın […]

Özbəkistanda tarixi xəzinə aşkarlandı

Özbəkistan Milli Universitetinin alimləri Daşkəndin tarixi binalarından birində ümumi dəyəri milyon dollardan çox olan qədim xəzinə tapıblar. Turkustan.info “AZƏRTAC”a istinadən xəbər verir ki, həmin qiymətli əşyalar 80 ildir itmiş sayılırdı. Xəzinə binanın zirzəmisinin altında yerləşən gizli tikilidə tapılıb. Mütəxəssislər o cümlədən Romanovların Daşkənddəki sarayının 1918-ci il kolleksiyasından olan eksponatlar və […]

105 milyard sərvəti olan Bill Qeyts 3 dollarlıq yemək sırasında – FOTO

“Microsoft” şirkətinin qurucusu və dünyanın ən varlı şəxslərindən biri olan Bill Qeyts Setl şəhərində görüntülənib. Turkustan.info xəbər verir ki, milayrder 3 dollarlıq hamburger almaq üçün bir müddət növbədə gözləyib. Şəxsi sərvəti 105,1 milyard dollar olan 63 yaşlı amerikalının 3 dollarlıq yemək üçün növbədə gözləməsi ətrafdakıları şoka salıb. Həmin anların görüntüləri […]

Təxirə salınan dərs günləri üzrə müəllimlərin maaşı ödəniləcək? (AÇIQLAMA)

Təxirə salınan dərs günləri üzrə müəllimlərin əməkhaqqısı ödəniləcək. Turkustan.info bildirirki, bu barədə Təhsil nazirliyindən Azedu.az-ın sorğusuna cavab olaraq bildirilib. Məlumatda qeyd olunub ki, Təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb. Mövcud əmək qanunvericiliyinə uyğun […]

Trampdan vətəndaşlara: Evdən çölə çıxmayın!

ABŞ Prezidenti Donald Tramp ölkənin bir sıra bölgələrində yağan güclü qar səbəbindən vətəndaşlara diqqətli olmağı və evlərindən çıxmamağı məsləhət görüb. Turkustan.info xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Tvitter mikrobloqunda yazıb. “Ehtiyatlı olun və çalışın ki, evdə qalasınız. Ölkənin böyük bir hissəsi yağan güclü qardan və rekord şaxtadan əziyyət çəkir. […]

Alimlərdən gələcək nəsillər üçün pəhriz resepti – Əks halda…

Gələcək nəsillərin sağlamlığını təmin etmək üçün ətdən tamamilə imtina etmək lazımdır. Turkustan.info xəbər verir ki, bu nəticəyə Böyük Britaniyadakı qidalanma və sağlamlıq komissiyasının mütəxəssisləri gəliblər. Araşdırmaya görə, 2050-ci ilə qədər dünya əhalisinin sayı 10 milyarddan çox olacaq. Ona görə də ət istehlakının gündə 7 qrama endirilməsi lazımdır, çünki insanların mövcud qida […]

Xərçəng xəstələri niyə intihar edir

Ən çox ağ ciyər, baş, boyun nahiyələrində xərçəng xəstəliyindən əziyyət çəkən xəstələr intihara meyilli olur Pensilvaniya universitetinin alimləri maraqlı araşdırma aparıb. Turkustan.info-nun Rusiya mətbuatına istinadən xəbərinə görə, alimlərin araşdırması nəticəsində məlum olub ki, onkologiya xəstələri sağlam insanlara nisbətən 4 dəfə daha çox intihara meyilli olurlar. Alimlər 1973-2014-cü illərdə 8.5 milyon xərçəngə […]

Tramp Paşinyanı təbrik etdi: “Dağlıq Qarabağ probleminin həlli…”

ABŞ Prezidenti Donald Tramp Nikol Paşinyanı Ermənistanın Baş naziri təyin olunması münasibəti ilə təbrik edib. Turkustan.info Rusiya mediasına istinadən xəbər verir ki, Tramp iki ölkə arasında ticarət və iqtisadi əlaqələr barəsində yazıb. “Biz iqtisadi və ticarət sahələrində ortaq çalışmaq yönündəki səylərimizi inkişaf etdirə bilərik” – deyə, Tramp qeyd edib. Tramp […]

Müəllimlərə əlavə maaş: Ali məktəblər pulu nədən qazanacaq?

Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə (əməkhaqqına əlavələrə və digər stimullaşdırıcı ödənişlərə) yönəldiləcək. Bu, “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə öz əksini tapıb. Bu, ali məktəblərin şəxsi büdcə məsələsini gündəmə gətirib. Qeyd edək ki, […]

“Neft daşları”nda platforma çökdü

“Neft daşları” yatağında 1047 saylı platforma çöküb. Turkustan.info-nun məlumatına görə, hadisə yanvarın 17-də – Azərbaycanda təhlükəli hava şəraiti ilə bağlı xəbərdarlığın edildiyi gün baş verib. Hadisə zamanı platformada heç kim olmayıb. Çünki ifrat təhlükəli hava şəraiti xəbərdarlığından sonra SOCAR 2500-dən çox neftçini yanvarın 16-da təxliyə etmişdi. Bu addım sayəsində platforma […]

Erkan Özoral: Bu, bütün türk dünyasının qürur günüdür

20 Yanvar tarixi Azərbaycanın müstəqilliyin qazanmasında əsaslı bir dönüş oldu. Turkustan.info-nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanın tarixində çox önəmli gündür: “Bu gün matəm günüdür. 1990-cı ilin bu günü bir çox qardaşlarımızı şəhid verdik. Dərdimiz böyükdür. Eyni zamanda, bu, […]

SSRİ-nin 1988-də Qarabağ qərarı nəyi nəzərdə tuturdu?

20 Yanvar faciəsi və ona beynəlxalq siyasi-hüquqi qiymətin verilməsi problemi Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz etmiş, nəsildən-nəslə qan yaddaşı və genlərlə ötürülmüşdür. Tariximizin 20 Yanvar səhifəsinin unikallığı isə ondadır ki, o eyni vaxtda həm faciə, həm də qəhrəmanlııq nümunəsidir. […]

20 YANVAR: “Elçibəy Azərbaycan müstəqil olana qədər mübarizəni davam etdirdi”

Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsi olan 20 yanvar hadisələrindən 29 il ötür. 1990-cı ilin 19-20 yanvar günlərində Sovet ordusu Azərbaycanın paytaxtı Bakıda qanlı qırğınlar törətdi.  Əslində, qanlı şənbə gecəsi Bakı şəhərində həyata keçirilən və sonra Lənkəranda davam etdirilən kütləvi qətliam Azərbaycanda milli-azadlıq hərəkatını boğmağa yönəlmişdi. Ancaq minimum 150 nəfər dinc insanın […]

90-cı ildə meydanda kimlər vardı, bu gün kimlər var?

Yaxud,  bugün “meydansulayanlar”  “Qarayanvar” günlərində Şeyxülislamı meydanda niyə tək buraxdılar?  Milli Azadlıq Mücadiləsinin  pik nöqtəsi sayılan “20 yanvar şəhidliyinin” ildönümüdür.  Hadisənin üzərindən  29 il keçməsinə baxmayaraq, heç nə dəyişməyib; bu gün də eyni həyəcan, eyni izdiham yaşanır: xalq “Şəhidlər xiyabanı”na axın edir, milli istiqlal uğrunda canını fəda etmiş  insanlara öz […]

Ət və ət məhsullarını bu qidalarla yeməyin

Həkimlər bəzi qidaların ət və ət məhsulları ilə yeyilməsinin ziyanlı olduğunu söyləyib  Türkiyəli həkimlər bir sıra ağartı məhsullarının ət və ətdən hazırlanan qidalar ilə yeyilməsinin ziyanından söz açıb. Turkustan.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, həkimlər bildiriblər ki, yoqurt, süd və ayranın ət və ət məhsulları ilə birgə yeyilməsi təhlükəlidir. Süd və […]

ABŞ-da yaşayan azərbaycanlı işgüzar xanım…

Deyir ki,- “Ailə qurub Amerikaya gələndə, atam çox narahat idi. Mənə bərk-bərk tapşırdı ki, milli kimliyimi, bu xalqın bir parçası olduğumu heç vaxt unutmayım. Və həm də getdiyim yerdə balaca bir Azərbaycan olum”… Atası Xanlar Bayramov tədqiqatçı jurnalist, publisist olub. Uzun illər AzTv-də çalışıb. Bir sıra- “Cümhuriyyət generalları”, “Rəfibəylilər”, “Gəncə […]

Prezident Şəhidlər Xiyabanını ziyarət etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər. Turkustan.info xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndi. Dövlət və hökumət […]

“20 Yanvar əsasında müstəqilliyimiz möhkəmləndi” – MirHəsən Seyidov

“İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov 20 Yanvar faciəsi ilə bağlı münasibətini bildirib. Turkustan.info-nun məlumatına görə, o qeyd edib ki, Azərbaycanda, eləcə də ölkə xaricində ölkəmizi təmsil edən gənclər bu şanlı tarixi hər il hörmətlə anır. Və bu tarixi yaddaşlarına həkk edib bir yumruq tək birləşirlər. “Birləşirlər ki, düşmənlər sevinməsin […]

Satqın bir rəhbər, başsız bir başçı… – Sabir Rüstəmxanlının 20 Yanvar yazısı

Sabah 20 Yanvar faciəsinin 29-cu ildönümüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilib, dinc əhaliyə divan tutulub. Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Həlak olanların arasında […]

Qanlı və Şanlı 20 Yanvar!

20 Yanvar 1990-cı il… Azərbaycan xalqının, Azərbaycan türklərinin tarixində növbəti qanlı və şanlı səhifə… Artıq 20 Yanvar hadisələrindən bizləri, xalqımızı nə az, nə çox, düz 29 il ayırır… 20 Yanvar hadisələrinin 29-cu ildönümüdür və hər il olduğu kimi, bu il də xalqımız, dövlətimiz ölkə rəhbərliyi ilə bir yerdə Şəhidlər Xiyabanını, […]

20 Yanvar faciəsindən 29 il ötür

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 29 il keçir. Turkustan.info xəbər verir ki, bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub. Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından Parlament prospekti […]

Yuxu nədir, insan niyə yuxu görür?

Bəzən günboyu bizi təsiri altında saxlayan, bəzənsə oyanar-oyanmaz yadımızdan çıxan yuxu nədir? Turkustan.info Ölkə.az-a istinadən yuxu barədə maraqlı ları təqdim edir? Günün yorğunluğundan bədən halsızlaşır və yuxu ilə birlikdə yarı oyanıq şəkildə xəyallar görürük. Bütün bunların düşüncələrimizlə harmoniya təşkil etməsi yuxudur. Daha dəqiq desək yaşadıqlarımız ana mərkəzə çatdıqda onları yuxu […]