Alimlərdən gələcək nəsillər üçün pəhriz resepti – Əks halda…

Gələcək nəsillərin sağlamlığını təmin etmək üçün ətdən tamamilə imtina etmək lazımdır.

Turkustan.info xəbər verir ki, bu nəticəyə Böyük Britaniyadakı qidalanma və sağlamlıq komissiyasının mütəxəssisləri gəliblər.
Araşdırmaya görə, 2050-ci ilə qədər dünya əhalisinin sayı 10 milyarddan çox olacaq. Ona görə də ət istehlakının gündə 7 qrama endirilməsi lazımdır, çünki insanların mövcud qida rasionu planet üçün təhlükəlidir.

Beləliklə, elm adamları tərəfindən hazırlanan gündəlik pəhrizdə kiçik sosis dilimi, ət kürəciyi, yaxud hisə verilmiş, duzlanmış bir parça donuz əti olmalıdır. Bundan əlavə, hər bir şəxs gündə 500 qram meyvə və tərəvəz, 29 qram quş əti və 28 qram balıq yeyə bilər. Həmçinin, həftədə bir dəfədən çox yumurta yeməyəcəksiniz.

Mütəxəssislərin fikrincə, bu cür pəhriz nəinki müxtəlif növ canlıları xilas etməyə imkan verəcək, həmçinin insanlara sağlam həyat tərzi keçirməyə də şərait yaradacaq.  /Teleqraf.com/

58 Baxılıb