Gün: Yanvar 21, 2019

“Axı mənim yanımda Tramp kimdir?” – Bayram Səfərov bahalı avtomobilindən DANIŞDI

Şuşanın icra başçısı Bayram Səfərova ABŞ istehsalı olan “Lincoln MKS” model avtomobildə gəzməyindən danışıb. İcra başçısı Bayram Səfərov Demokrat.Az-a bildirib ki, sözügedən model avtomobildən dünyada çox istehsal edilib: “Məgər Bayram Səfərov elə maşında gəzə bilməz? Axı mənim yanımda Tramp kimdir? Bayram Səfərov elə Bayram Səfərovdur. O maşından təkcə Trampda yoxdur ki!”. […]

Azərbaycanda doğulan körpələrin çoxu oğlandır, ya qız?

2018-ci ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 127 min 681 doğulan körpə qeydə alınıb. Turkustan.info bildirir ki, bu barədə Bizimyol.info-ya Dövlət Statistika Komitəsindən məlumat verilib. Bu göstərici əhalinin hər 1000 nəfərinə 14,2 təşkil edib. Körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən əkizlərin […]

Kosmik gəmidən düşəndə içkiliymiş – Qaqarin haqqında maraqlı faktlar…

Bildiyimiz kimi, Sovet İttifaqı Qəhrəmanı Yuri Qaqarin “Vostok-1” kosmik gəmisi ilə Yerin ətrafında cəmi 108 dəqiqə dövr edib. Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, uçuşun ən pik nöqtəsi Yerdən 327 kilometr yüksəklikdə olub. Şifrəli ləqəbi “Kedr” olan Qaqarin tarixi uçuşunu yerinə yetirəndə cəmi 27 yaşı vardı. Sovet İttifaqının kosmosa göndərmək üçün […]

Daha bir yüksək vəzifəli şəxs işdən azad edildi – FƏRMAN

Naxçıvanda Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib Səxavət İbrahim oğlu Salmanov Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib. “Report”un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 21-də bununla bağlı fərman imzalayıb. 67 Baxılıb

İlham Əliyev Davosda “Rossiya 1” telekanalına müsahibə verdi

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Rossiya 1” televiziya kanalına müsahibə verib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlət başçısı dünyada neftin qiymətinin vəziyyəti, beynəlxalq münasibətlər və digər məsələlərlə bağlı sualları cavablandırıb. 124 Baxılıb

10 milyona az qaldıq – Ötən il sayımız 76 493 nəfər artıb

Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.  Turkustan.info bildirir ki, Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, ölkə əhalisinin sayı ötən ilin əvvəlindən 76 493 nəfər artaraq 2018-ci il dekabr ayının 1-də 9 974 578 nəfərə çatıb. Ölkədə bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub. Ümumi əhalinin 52,9 faizi şəhərdə, 47,1 faizi kəndlərdə […]

Abort etdirmək üçün yeni qayda: Rəhbərlikdən icazə al, sonra…

Abortdan əvvəl Rusiya qadınları yerli rəhbərliyin razılığını alacaqlar. Bu barədə qərarı Rusiyanın Penza əyalətinin qubernatoru İvan Belozertsev verib. O, bələdiyyə rəhbərlərinə göstəriş verib ki, abort etdirməyə qərar verən qadınlarla şəxsən görüşsünlər. Bu görüşlərdə  bələdiyyə sədrləri qadınları abort fikrindən daşındırmağa səy göstərməlidirlər.  Turkustan.info xəbər verir ki, qubernator dekabrdan etibarən hər bir qadınla […]

Kim bunu etsə, qarşısında bizi görəcək – Ərdoğan

Kimsə bu ölkəni yenidən yarım əsr əvvələ qaytarmağa həvəsli olsa, qarşısında öncə bizi görəcək. Turkustan.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter hesabında bildirib. “Ölkəmizi dünyanın ən güclü 10 iqtisadiyyatı arasına yüksəldəcək, yeni nəsillərə 2053 və 2071 proqramlarımızı əmanət edəcəyik”, – Ərdoğan söyləyib.  /Axar.az/ 75 Baxılıb

“Prezident Mehmanla bağlı tapşırıq verdi” – Fuad Ələsgərovdan açıqlama

Azərbaycan prezidentinin hüquq- mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov hazırda cəza çəkən Mehman Hüseynovun dövlət başçısı İlham Əliyevə müraciəti ilə bağlı açıqlama verib. Turkustan.info-nun AzərTac-a istinadən məlumatına görə, Fuad Ələsgərov deyib ki, məhkum Mehman Hüseynov 2019-cu il yanvarın 20-də Azərbaycan prezidentinə müraciət edib. Müraciətdə o, […]

“WhatsApp”da hər kəsin gözlədiyi – YENİLİK

“WhatsApp” messenceri bir istifadəçinin eyni mesajı təkrar olaraq göndərməsini məhdudlaşdırır. Turkustan.info-nun BBC-yə istinadən məlumatına görə, yeni qaydalarla bir ismarıcı maksimum beş istifadəçiyə göndərmək olacaq. Bundan əvvəl bir istifadəçi eyni mesajı ən çoxu 20 dəfə göndərmək imkanına malik olub. Messencerə sahib olan “Facebook” yalan informasiyanın yayılması ilə mübarizə fonunda “WhatsApp”da bu […]

Ermənistanda Qarabağ toqquşmaları başladı

Ermənistanın daxili siyasi mübarizəsində Dağlıq Qarabağ faktorundan gözlənildiyi kimi daha da aktiv şəkildə istifadə olunur. Turkustan.info xəbər verir ki, Nikol Paşinyan Qarabağdakı separatçı rejimin “rəhbərliyini” dəyişdirmək istəyir. Lakin hələ ki buna nail ola bilməyib. Ermənistan daxilində separatçıları dəstəkləyən qüvvələr də aktivləşib. “Daşnaksütyun” partiyasının qurultayını Azərbaycanın işğal edilmiş ərazilərində keçirməsi də xüsusi […]

“Vikipediya”da məşhur bəstəkar Elza İbrahimova haqqında səkkiz dildə məqalə yaradıldı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) və “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Azərbaycanın və Dağıstanın Xalq artisti, bəstəkar Elza İbrahimova haqqında Azərbaycan dilində “Vikipediya”dakı məlumat 8 dilə tərcümə olunub. Kitabxanadan bildiriblər ki, MEK-in sərbəst elektron resurslar şöbəsinin nəzdindəki “Vikipediya” Metodik Mərkəzinin könüllüləri […]

Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin tərkibi növbəti il üçün təsdiqlənib. Nümayəndə heyətinin üzvü, deputat Naqif Həmzəyev “Report”un Qərbi Avropa bürosuna bildirib ki, nümayəndə heyətinin rəhbəri Səməd Seyidov eyni zamanda AŞPA-nın yenidən vitse-prezidenti seçilib. Azərbaycan nümayəndə heyətinin üzvləri deputatlar – Rafael Hüseynov, Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, […]

Hacı İsmayılovun 75 yaşına…

Hacı İsmayılovun 75 yaşına… İstedadlı insanlar çoxdur. Demək olar ki, hər kəsdə bir istedad var. Bu ilahi vergi şəxsi məqsədlər üçün deyil, xalqa xərclənəndə nüfuza çevrilir, sahibini ucaldır, qəlblərə köçürür… Bəli, obrazdan obraza girmək, oynadığı rolu insanlara sevdirmək aktyordan istedad tələb edir… Səhnədə yüzlərlə rol oynayıb, amma onu yadda saxlayacaq […]

Məşhur türk serialında Qarabağ əməliyyatı – VİDEO

Türkiyənin reytinq rekordu qıran “Savaşçı” serialının növbəti fraqmenti yayılıb. Turkustan.info xəbər verir ki, serialın 27 yanvarda yayımlanacaq seriyasında Qarabağdan bəhs edilir. Türkiyə Silahlı Qüvvələrinin komandanı “Karon” ləqəbli terrorçunun zərərsizləşdirilməsi üçün “O şərəfsiz Qarabağ torpağına gömülmədən, heç bir əsgər kazarmaya qayıtmayacaq” deyə əmr edir. Xüsusi təyinatlılar isə “Yaşasın Qarabağ, Yaşasın Türk dünyası, […]

Mehman Hüseynov Prezidentə müraciət etdi

Həbsdə olan bloger Mehman Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Turkustan.info “Reporta”a istinadən xəbər verir ki, yanvarın 20-də imzalanmış müraciətdə deyilir: “Hörmətli cənab Prezident, Mən Mehman Hüseynov 2 ilə yaxındır cəza çəkirəm. Bu müddət ərzində cəzaçəkmə müəssəsinin əməkdaşları ilə aramda hər hansı xoşagəlməz hadisə olmayıb. Həmişə çalışmışam rejimə əməl edim. Lakin […]

Şəmkirli gənclər arasında oxu mədəniyyəti təbliğ olunub

İctimai fəal Samir Pənəliyev Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi  “Milli-mənəvi dəyərlərin öyrənilməsində oxu mədəniyyətinin rolu” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir bu gün Şəmkir şəhərində baş tutub. Tədbirdə yerli hakimiyyət orqanlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, yeniyetmə və gənclər iştirak ediblər. Şəmkir rayon Gənclər və […]

Paşinyan generalını Moskvaya niyə göndərib?

Ermənistan Baş naziri Nikol Paşinyanın hərbi məsələlər üzrə müşaviri Arşak Karapetyan Rusiyaya səfər edib. Turkustan.info xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumata görə, Karapetyan Paşinyan tərəfindən Moskvaya 29 dekabrda göndərilib. Onun səfəri 2 yanvara qədər davam edib. Karapetyanın bayram və qeyri-iş günlərində niyə Moskvaya göndərildiyini hələlik müəyyən etmək […]

Yüksək vəzifə verilən Mustafa Abbasbəyli KİMİN OĞLUDUR? – DOSYE

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir vəzifəsinə təyin edilib. Turkustan.info xəbər verir ki, Mustafa Abbasbəyli Milli Məclisin 1-ci çağırış (Gəncə şəhərindən) deputatlarından olan Aslan Abbasovun oğludur. A.Abbasov hazırda Azərbaycan Texnologiya Universitetinin prorektoru vəzifəsini tutur. Mustafa Abbasbəylinin böyük qardaşı Məmməd Abbasbəyli isə Azərbaycan Alpinizm […]

“Hədəfimiz STEM, Hədəfdə STEM” təlim-treyninqinə qeydiyyat başladı – VİDEO

27 yanvar, 2019-cu il, Hədəf STEM Liseyində keçiriləcək təlim-treyninqdə məruzəçilər STEM əsaslı təhsilin ölkəmizdə tətbiqi təcrübəsini bölüşəcəklər. Təlim-treyninqlərdə sizlər STEM, Robotics, Makeblok, Aurduino ilə yanaşı görərək, toxunaraq və ev tapşırığı olmadan müstəqil öyrənmənin effektivliyini müşahidə edəcək, STEM əsaslı təhsillə bağlı suallarınıza cavab tapacaqsınız. Məruzəçilər: Hədəf STEM Liseyinin direktoru Şəmil Sadiq […]

Hansı ali məktəblər birləşdirilə bilər? – Ekspert

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyindəki qurumların fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması ilə bağlı Fərman imzalamasından sonra ekspertlər AMEA-da bir-birini təkrarlayan institutların birləşdirilməsinin vacib olduğunu qeyd ediblər. Bəs görəsən, dövlət universitetlərində də bu cür islahatların aparılmasına ehtiyac varmı? Turkustan.info bildirir ki, məsələ […]

İcra başçısını kabinetində qətlə yetirən həbsxanada öldü – Bir qətlin və qatilin tarixçəsi

Ötən həftə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində ömürlük məhbus, 1967-ci il təvəllüdlü Elbrus İbrahimov vəfat edib. Turkustan.info-nun Musavat.com-a istinadən xəbərinə görə, E.İbrahimovun meyiti artıq yaxınlarına verilib və o, dəfn edilib. E.İbrahimov 27 il idi ki, məhkum həyatı yaşayırdı və cəzasının əsas hissəsini Qobustan qapalı həbsxanasında çəkirdi. Onun son illər […]

Səhiyyə Nazirliyi bu dərmanların satışını qadağan etdi

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Wörwag Pharma GmbH and Ko.KG” şirkətinin “Thiogamma®Turbo” infuziya üçün məhlul dərman vasitəsinin 18F103 seriya ilə buraxılmış flakonları geri çağırılıb. Turkustan.info xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib. Mərkəzdən deyilib ki, həmin dərmanlar ötən il ərzində geri çağırılıb. Dərmanlar […]

Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı

Azərbaycanda mətbuat orqanlarının sırasına yeni xəbər saytı daxil olub. Diaspor sahəsində ixtisaslaşmış xəbər saytı olan “DiasporPress.az” fəaliyyətə başlayıb. Xəbər portalında xaricdə yaşayan azərbaycanlıların fəaliyyəti və onlarla əlaqələrin genişləndirilməsi, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycanla dostluq münasibətində olan digər xalqların diasporları ilə əlaqələrin möhkəmləndirilməsi, bu sahə ilə bağlı […]

Kənd Təsərrüfatı Nazirliyində taxıl əkininə hazırlıq vəziyyəti müzakirə olunub – FOTOLAR

Kənd Təsərrüfatı Nazirliyində ölkədə taxıl əkininə hazırlıq prosesinə həsr olunmuş müşavirə keçirilib. Turkustan.info xəbər verir ki, nazir İnam Kərimovun sədrliyi ilə keçirilən müşavirədə Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi, nazirlik Aparatının, tabeli qurumların və pambıq əkini aparılan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzləri rəhbərləri iştirak ediblər. Müzakirələrdə 2019-cu ildə taxıl əkininə […]

Əməkdar artist anasının qarşısında diz çöküb ağladı – VİDEO

Əməkdar artist Mehriban Xanlarova anası Bibiş Xanlarova ilə birgə “Şou ATV” verilişində qonaq olub. Turkustan.info-nun məlumatına görə, aktrisa verilişə dəvət olunan anasının qarşısında diz çökərək bildirib ki, valideynləri eşitmə və dil qüsurludur: “Uşaq vaxtı biz danışa bilmirdik. Qonşular nəsə deyəndə, başa düşmürdük. Gərək əl-qol hərəkətlər edərdilər ki, biz insanların nə […]

Sumqayıt şəhər S.Rüstəmov adına uşaq incəsənət məktəbinin şagirdlərinin növbəti uğuru

Sumqayıt Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan Sumqayıt şəhər S.Rüstəmov adına uşaq incəsənət məktəbinin şagirdləri Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən “Ümid 2019” İncəsənət Müsabiqəsində uğurla çıxış ediblər. Belə ki, məktəbin fortepiano şöbəsinin müəllimi Natəvan Sadıqovanın şağirdləri Məryəm Əliyeva (I sinif), Sevinc Atakişiyeva (II sinif), Ləman Əlizadə (II sinif) müsabiqədə iştirak […]

Usubovdan bu məhkumlarla bağlı – QƏRAR

Daxili İşlər Nazirliyinin Kollegiyası “Şəxslərə məhkumluq barədə arayışların verilməsinə dair Təlimat”da dəyişikliklər edib. Turkustan.info-nun məlumatına görə, dəyişiklik biri əvvəllər Azərbaycan ərazisində yaşamış əcnəbilərlə bağlıdır. Bundan sonra həmin əcnəbilər məhkumluqları barədə arayış almaq üçün xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluqlarına müraciət etməlidirlər. Bu cür müraciətlər baxılması üçün Xarici […]

Kəlbəcərdə avtomobil dərəyə aşdı – 3 erməni öldü

Qarabağda ölümlə nəticələnən yol qəzası baş verib. Turkustan.info erməni KİV-nə istinadən xəbər verir ki, qəza ötən axşam baş verib. Hadisə Kəlbəcərdən Tsar kəndinə gedən yolda baş verib. “Niva” markalı avtomobilin qəzaya düşməsi nəticəsində sürücü və həmin kəndin daha 2 sakini ölüb, 1 nəfər isə ağır yaralanıb. Hadisə ilə bağlı araşdırma aparılır.  […]

“Vikipediya”da Milli qəhrəmanlarımız haqqında xarici dillərdə məqalələrin yaradılması davam edir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında müxtəlif dillərdə məqalələrin yaradılması prosesi uğurla davam edir. MEK-dən Turkustan.info-ya bildiriblər ki, “Vikipediya”da Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Səyavuş Həsənov haqqında rus və türk dillərində məqalə yaradılıb. Məqalələrdə Milli qəhrəmanın həyatı və keçdiyi döyüş yolu barədə […]

İcra Hakimiyyətindən “səs-küylü” fotoya – MÜNASİBƏT

20 Yanvar faciəsinin 29-cu ildönümü zamanı şəhidləri ziyarətə gələn fiziki qüsurlu hərbçinin fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Fotoda əlil arabasında oturan hərbçinin iki polisin köməyi ilə pilləkənləri qaldırılması əks olunub. Sosial şəbəkə istifadəçiləri paylaşım zamanı fotoya “qəhrəman polislərimiz, qürur yerimiz” şərhini verərkən, digərləri ərazidə fiziki məhdudiyyətli şəxslər üçün pandusların […]

Dünyanın ən varlı 26 adamı barədə maraqlı rəqəmlər

Dünya əhalisinin təxminən tən yarısı – 3,8 milyard insan yoxsulluq səviyyəsində yaşayır. Amma eyni zamanda milyarderlərin sayı da dayanmadan artır. Dünya zənginlərinin sayının son on ildə azı iki dəfə artdığı bildirilir. İndi planetin ən varlı 26 adamının birlikdə sərvəti yoxsul 3,8 milyard insanın qəpik-quruşunun ümumi miqdarından çoxdur. Turkustan.info xəbər verir […]

Dönərçi ata rəqqasə qızını hissələrə böldü – Dəhşətli qətlin təfərrüatı (Fotolar)

Ata qızını boğduqdan sonra bədənini hissələrə ayırıb və meşədə basdırıb. Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Ədirnə şəhərində dönərçiliklə məşğul olan 55 yaşlı Hasan Uslu 32 yaşlı övladı Didem Uslunu qətlə yetirib. Ata prokurorluğa ifadəsi zamanı qızının psixoloji probleminin olduğunu deyib. Onun sözlərinə görə, Didemin Hasana “Sənin arvadın onunla-bununla yatır” […]

Qənirə Paşayeva vərəm və “Hepatit C” ilə bağlı dinləmələrin keçirilməsini istəyir

“Hepatit C”nin getdikcə daha da artması bizi ciddi narahat etməklə bərabər, bu istiqamətdə əhalinin maarifləndirilməsindən tutmuş profilaktik tədbirlərin gücləndirilməsinə və insanların müalicəsi istiqamətində dövlət dəstəyinin genişləndirilməsinə ciddi ehtiyac var. Turkustan.info xəbər verir ki, bunu ixtisasca həkim olan millət vəkili Qənirə Paşayeva deyib. O, bu məsələ ilə bağlı üzvü olduğu parlamentin Səhiyyə komitəsinin iclasında […]

Qeyri-adi aksiya: Bölgələrdən deputatlara zibil yolladılar – Video

Rusiyanın Krasnoyarsk bölgəsinin aktivistləri topladıqları zibili plastik paketlərə yığaraq poçt vasitəsi ilə Dövlət Dumasının deputatlarına göndərməyi qərara alıblar. Turkustan.info xəbər verir ki, aktvistlər Yutub kanalında bu aksiyasının görüntüsünü əks etdirən video paylaşıblar. Aktivistlər paketləri deputatlar – Yuri Şvıtkin, Sergey Natarov, Viktor Zubarev, Raisa Karmazina və Krasnoyarsk vilayətinin senatoru Andrey Klişasa göndərəcəklərini […]

Mustafa Abbasbəyli yeni vəzifəyə təyin edildi

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir gətirilib.  Turkustan.info “Report”a istinadən xəbər verir ki, nazirin yeni müşaviri Mustafa Abbasbəyli yanvarın 21-dən öz vəzifə səlahiyyətlərinin icrasına başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov faktı təsdiqləyib.  Xatırladaq ki, 1980-ci il təvəllüdlü Mustafa […]

Doğum evlərində yeni standartlar tətbiq ediləcək – Rəsmi

Doğum evlərində (şöbələrində) “Körpə dostu” xəstəxana standartlarının tətbiqi ilə bağlı UNİCEF ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq nəzərdə tutulur. Turkustan.info “Trend”ə istinadən xəbər verir ki, bunu UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib. Onun sözlərinə görə, “Körpə dostu” xəstəxana standartlarının ən əsas xüsusiyyətlərindən biri yeni ana olmuş […]

YENİ PLAN: Kürdlər müstəqillik arzusundan vaz keçdi: Bu dəfə ortada Moskva var

Suriya kürdləri prezident Bəşər Əsədə xüsusi təkliflə müraciət etməyə hazırlaşır. Turkustan.info xəbər verir ki, bu barədə “The Times” yazıb.  Nəşrin yazdığına görə, kürdlər Suriyanın tərkibində onlara muxtariyyat verilməsini istəyirlər. Beləliklə, kürdlər Türkiyədən gələ biləcək təsiri azaltmağı planlaşdırırlar. Nəşr bildirir ki, Kürd Demokratik Birlik Partiyası (PYD) Türkiyənin gözlənilən hücumundan narahatlığını bildirir […]

İsrail İran ordusuna hücum etdi – İlin ilk zərbəsi

İsrail hərbçiləri bu gecə Suriyadakı İran silah anbarları və bir neçə hava hücumundan müdafiə batareyalarına qırıcılardan zərbə endiriblər. Turkustan.info xəbər verir ki, Təl-Əviv bu zərbənin Qolan təpələrinə Suriyadan endirilən raket hücumuna cavab olduğunu bildirib. Hücum zamanı həmçinin İranın “Qüds” briqadasının hərbi obyektlərinin, İran kəşfiyyat mərkəzi və İran təlim düşərgəsinin hədəf alındığı […]

Bakıda maye qaz daşıyan yük maşını aşdı – VİDEO

Ötən gecə paytaxtın Mikayıl Əliyev prospektində yük maşını aşıb. Turkustan.info xəbər verir ki, İran vətəndaşının idarə etdiyi maye qaz daşıyan yük maşını dönmə əməliyyatı zamanı idarəetməni itirib, nəticədə, 22 tonluq yük maşınını aşırıb. Qəza zamanı xəsarət alan olmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə […]

Amerikada yaşayan azərbaycanlı ailə…

Söhbətimə Məmməd Səid Ordubadinin bir kəlamı ilə başlamaq istəyirəm- “Evlənməkdə uduzmaq, bütün həyatı uduzmaq deməkdir”. Bəli, ailə sevgi üzərində qurulanda həyat da gözəl olur. Lap elə Emil Sultanovun qurduğu ailə kimi… Adətən söhbətlərimdə fərdlərdən danışıram. Amma bu cütlüyün arasında olan mehriban münasibət məni o qədər heyrətləndirdi ki, Emili Nərminədən, Nərminəni […]

Təşkilata qatılanlara ilk bunu edirlər – PKK-çı qadın açıqladı

PKK-ya qatıldıqdan 1 il sonra Türkiyə təhlükəsizlik qüvvələrinə tabe olan qadın terror təşkilatına üzv olan şəxslərin dindən uzaqlaşdırıldığını açıqlayıb. Turkustan.info xəbər verir ki, adı gizli saxlanılan qadın polisə ifadəsində bu sözləri deyib: “İlk olaraq bizi dinimizdən uzaqlaşdırdılar. Müqəddəs kitabımızı, Məhəmməd Peyğəmbəri söydülər. PKK-ya qoşulanlar dinlərindən vaz keçməyə məcbur edilirlər. Onlar hətta […]