Kənd Təsərrüfatı Nazirliyində taxıl əkininə hazırlıq vəziyyəti müzakirə olunub – FOTOLAR

Kənd Təsərrüfatı Nazirliyində ölkədə taxıl əkininə hazırlıq prosesinə həsr olunmuş müşavirə keçirilib.

Turkustan.info xəbər verir ki, nazir İnam Kərimovun sədrliyi ilə keçirilən müşavirədə Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi, nazirlik Aparatının, tabeli qurumların və pambıq əkini aparılan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzləri rəhbərləri iştirak ediblər. Müzakirələrdə 2019-cu ildə taxıl əkininə hazırlıq prosesinin mövcud vəziyyəti, görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, əkinə hazırlıq prosesi, taxıl əkinində texnoloji xəritəyə riayət olunması, fermerlərin təlimlərə cəlb edilməsi ilə bağlı hesabatlar dinlənib.

Tədbirdə ölkədə taxılçılığın inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, bu cür müzakirələrin mütəmadi olaraq keçirilməsi qərara alınıb.

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ 2019-CU İLDƏ TAXIL ƏKİNİNƏ HAZIRLIQ VƏZİYYƏTİ MÜZAKİRƏ OLUNUB

25 Baxılıb