Gün: Yanvar 24, 2019

Avtomobillər öz-özünə nə üçün yanır? – Ekspert

Bakıda hərəkətsiz halda olan avtomobillərin öz-özünə alışması halları artıb. Belə məqamlarda sürücülər adətən necə hərəkət etmək lazım olduğunu bilmirlər. Çünki əksər sürücülərin avtomobilin motorxanası haqqında anlayışı yoxdur. Bu da kiçik alışma olan avtomobilin sürətlə yanıb kül olması ilə nəticələnir. Turkustan.info xəbər verir ki, mütəxəssislər avtomobillərdə baş verən yanğınlarda başlıca səbəb […]

Trampın Venesuela qərarı Ərdoğanı şoka saldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın Venesuela parlamentinin spikeri Xuan Quaidonu dövlət başçısı kimi tanımasına münasibət bildirib. Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ərdoğan Ankarada keçirdiyi mətbuat konfransında bildirib: “Mən 40 ildir siyasətdəyəm. Həmişə də seçimlərə hörmətlə yanaşmışam. Əgər xalqın seçiminə hörmət yoxdursa, bu […]

Tarasov “rayonlar boşaldılacaq” deyəndə kimə xidmət edir?

Tarasovun “rayonlar boşaldılacaq” fikrini irəli sürməkdə məqsədi Azərbaycanın gücünü ön plana çıxarmaq yox, Paşinyana qarşı ölkə daxilində təzyiqi artırmaqdır. Turkustan.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Köçəryan-Sərkisyan cütlüyünə və Rusiyadakı erməni lobbisinə işləyən Tarasovun Paşinyandan xoşu gəlmir: “Rusiyalı politoloq Stanislav Tarasovun “Nikol Paşinyan iyun ayında […]

Eldar Əzizovdan daha bir əmr – Onu vəzifədən azad etdi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Başçısı Aparatında struktur dəyişikliyi və yeni kadr təyinatı olub. Turkustan.info xəbər verir ki, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əsasında İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi yaradılıb. Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə həmin şöbənin müdiri vəzifəsinə Elmin İmanov təyin edilib. […]

Paşinyanın qış SINAĞI

Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistan Rusiya münasibətlərində yaranmış soyuqluq iqtisadi əlaqələrə də təsir göstərib. Hələ 2018-ci ilin yazında Ermənistanda hakimiyyət çevrilişindən sonra “Qazprom” əlavə saziş haqqında danışıqları yeni hakimiyyətlə aparmalı oldu.Qaz tədarükü haqqında müqaviləyə əlavə saziş imzalandı. Yeni sazişə görə, Ermənistan üçün qazın qiyməti 2019-cu ilin əvvəlindən 10 faiz […]

Putin Maduroya zəng etdi – Ona dəstək oldu

Rusiya prezidenti Vladimir Putin Venesueala prezidenti Nikolas Maduroya telefon zəngi edib. Turkustan.info Rusiya mediasına istinadən xəbər verir ki, rusiyalı lider Venesuelanın qanuni prezidentinə dəstək olduğunu bildirib. Putin qeyd edib ki, Venesuelaya xarici destruktiv müdaxilələr beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Maduro cavabında rusiyalı həmkarına minnətdarlığını bildirib. Telefon danışığı zamanı tərəflər […]

Bu da Rəsulzadənin yeni barelyefi – Foto

Yanvarın 15-də Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı oğurlanan barelyefinin yerinə yeni lövhə vurulub. Turkustan.info xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində […]

Müxalifətin 26 yanvar mitinqi ilə bağlı QƏRAR – RƏSMİ

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müxalifətin mitinqlə bağlı müraciətini cavablandırıb.  Turkustan.info bildirir ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli “Report”a açıqlamasında deyib ki, BŞİH-də müraciətə baxılıb və müxalifətin yanvarın 26-da, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilməyib.”Bizə təqdim olunan cavab məktubunda bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdən […]

5 deputata yeni vəzifə verilir

Fevralın 1-də Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk iclası keçiriləcək. Turkustan.info-nun məlumatına görə, iclasda Milli Məclisin İntizam komissiyasının tərkibi yenidən formalaşdırılacaq. Belə ki, Milli Məclisin Daxili Nizamnaməsinə edilmiş son dəyişikliyə görə, parlamentin İntizam komissiyasının üzvlərinin də sayı artırılıb. Bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə […]

Azərbaycanlıların qatilinə qoyulan heykəl, yaxud erməni-gürcü ittifaqının gizli abidəsi? – TƏHLİL

Gürcüstanın tarix boyu separatizm toxumlarının cücərdiyi Cavaxetiya bölgəsində yaşayan ermənilərin Axalkalaki rayonunun Buqaşen kəndində Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana abidə qoyması bir sıra sualları gündəmə gətirdi: – Açılış mərasiminin məhz 20 yanvar tarixində – erməni hərbiçilərin də iştirak etdiyi sovet ordusunun Bakıda əliyalın insanlara divan tutduğu qanlı […]

Azərbaycanlılar qarın içində namaz qılır – VİDEO

Moskvada Otradnıy rayonunda yerləşən azərbaycanlılara məxsus “İnam” məscidinin bağlanmasından sonra həmyerlilərimiz namazlarını məscidin həyətində qılmağa başlayıb. Turkustan.info bildirir ki, məsələ ilə bağlı Moskvada yaşayan soydaşımız, jurnalist Fuad Abbasov Axar.az-ın redaksiyasına müraciət edib. “Moskvada yaşayan müsəlmanlar bu məscidi ziyarət edə bilmirlər və şaxtalı havada yaş asfalt üzərində namaz qılmağa məcburdurlar”, – Abbasov […]

DATÜB sədri Ziyatdin Kassanov Strasburqda AŞPA rəsmisi ilə görüşüb

“Bizə görə də 1999-cu ildə Gürcüstanın Avropa Şurası qarşısında götürdüyü öhdəlik, “Ahıska Türklərinin vətənlərinə geri dönüş prosesi” hələ tamamlanmayıb.” Thorbjorn Jaglan Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) sədri Ziyatdin Kassanov və Avropa Təmsilçisi Burhan Özkoşar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasına qatılaraq bir sıra önəmli görüşlər keçirib. İlk önəmli görüşmə AŞ-ın […]

Finlandiya Prezidenti Qənirə Paşayevanın suallarını cavablandırdı: “Mən demokratiyaya inanıram”

Finlandiya Prezidenti AŞPA-da millət vəkili Q.Paşayevanın bir sıra suallarını cavablandırıb. “Radikalizm, populizm, islamafobiya və antisemitizm kimi mövqelər artmaqdadır”. Bunu Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) qış sessiyasında qurumda Azərbaycanın nümayəndə heyətinin üzvü, Azad Demokrtlar Qrupunun vitse-prezidenti Qənirə Paşayevanın Azad Demokrtlar Qrupu adından verdiyi suallarına cavab olaraq Finlandiya Prezidenti Sauli Niiniströ deyib. “İslamafobiya […]

Bakıda satılan sonsuzluğa, xərçəngə səbəb olan məhsullar – VİDEO

Geni dəyişdirilmiş qidalar haradan gəlir? Turkustan.info xəbər verir ki, bitkilərin, heyvanların genində bir və ya bir neçə elementin yerini dəyişməklə genetik modivikasiya edilmiş məhsullar yaradılır. Məhsulun geninin dəyişdirilməsi ilə bol məhsuldarlıq əldə etmək mümkün olduğu üçün bəzi ölkələr yaranan ərzaq qıtlığından çıxış yolunu məhz GEMO məhsullardan istifadədə görür. Sakin: “Meyvələrin […]

İlhamsevərlər qrupu dövlətinə sədaqəti ilə nümunədir

Bu gün sosial şəbəkələrin və həmin şəbəkələrdə yaradılan qrupların cəmiyyətdə təsirsiz olmadığı hamıya yaxşı məlumdur. Ancaq heç də yaradılan qrupların hamısı dövlətinə sədaqəti, millətinə məhəbbəti, Azərbaycanın inkişafına sevinci, vətənpərvərliyi, sədaqəti və səmimiyyəti ilə gündəmə qalmır.  Məkrli niyyətlə yaradılan, ağı həmişə qara görən, böhtan və nifrətlə dolu olan qruplar, lap elə […]

Həyat yoldaşı Arif Alışanovdan BOŞANDI

Bir həftədən artıqdır AzTv-nin sədri vəzifəsindən azad olunan Arif Alışanovun ailə həyatında da problemlər yaşanmağa başlayıb. Turkustan.info Axşam.az-a istinadən xəbər verir ki, Arif Alışanovun xanımı, Hesablama Palatasının auditoru Mehriban Alışanova keçmiş sədrdən boşanıb. Bildirilir ki, bu ayrılıq prosesi Alışanovun işdən çıxarılmasından bir qədər öncə baş tutub. Mehriban Alışanova hazırda Hesablama […]

Gürcüstan səfiri Azərbaycan XİN-ə çağırıldı

Azərbaycan XİN bu il yanvarın 20-də Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana büst qoyulmasına münasibət bildirib. Turkustan.info-nun xəbərinə görə bununla bağlı XİN-in Mətbuat xidməti KİV-in sorğusuna cavab olaraq bildirib: “Bu ilin 20 yanvar tarixində Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ və […]

Sahil Babayevdən deputatın tənqidlərinə REAKSİYA: “Peşəkar yanaşma deyil”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramının icrası çərçivəsində proqram iştirakçılarına yararsız mal-qara verilməsi ilə bağlı iradlara cavab verib. Turkustan.info bildirir ki, Nazirlikdən BakuPost-a verilən məlumata görə, özünüməşğulluq proqramının icrası çərçivəsində proqram iştirakçılarına mal və materialların verilməsi prosesi həmin vətəndaşların biznes-planlarına uyğun şəkildə aparılmaqla, bu prosesdə onların məmnunluğu prinsipinə […]

27 yanvarda Bakı-Sumqayıt elektrik qatarı niyə işləməyəcək? – AÇIQLAMA

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Turkustan.info-ya verdiyi məlumata görə, 27 yanvar 2019-cu il tarixdə birgünlük Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti ləğv edilir. Sumqayıt sərnişin stansiyasında aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, 27 yanvar 2019-cu il tarixdə birgünlük Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti ləğv edilir. 171 Baxılıb

Rusiyadan XƏBƏRDARLIQ: Bu, faciəli ssenari olacaq

Venesuelanın işlərinə hərbi müdaxilə faciəli ssenari olar. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Onun sözlərinə görə, Moskva hərbi müdaxilənin nəticələri barədə Vaşinqtonu xəbərdar edib. “Biz hesab edirik ki, bu, faciəli ssenari olardı. Bu, Latın Amerikası regionunda müşahidə edilən inkişaf modelininin əsaalarını […]

Pensiya və sosial yardımlarla bağlı dəyişiliklər edilir

Əmək pensiyalarının təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçiriləcək  “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir. Turkustan.info-nun Sputnik Azərbaycan-a istinadən məlumatına görə, dəyişikliyə əsasən, həmin qanuna aşağıdakı məzmunda 30.1-1-ci və 31.1-1-ci maddələr əlavə olunur. Əlavəyə görə, əmək pensiyalarının təyin edilməsi ilə […]

Azərbaycanlı gənc ifası ilə türk münsifləri ağlatdı – VİDEO

Azərbaycanlı gənc tələbə Fərhad Rəhimli Türkiyədə “TRT Müzik” kanalında yayımlanan musiqi yarışmasına qatılıb və yarışmanın qalibi  olub. Turkustan.info xəbər verir ki, yüzlərlə iştirakçı arasından  finala 5 nəfər qalıb və Fərhad  gözəl ifası ilə hər kəsdən fərqlənərəq  birinci yerə layiq görülüb. Yarışma zamanı maraqlı anlar yaşanıb. Belə ki, münsiflər heyətinin üzvü, bəstəkar, müğənni və […]

Eldar Əzizovla Vüsal Kərimlinin parkinq DAVASI – Qanunları pozan KİMDİR?..

Ölkə Prezidentinin 2 aprel 2018-ci il Fərmanına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtdakı müntəzəm sərnişindaşıma xidməti göstərən avtomobil nəqliyyatı vasitələri üçün dayanacaq məntəqələrinin, parklanma yerlərinin və taksi minik avtomobilləri üçün duracaq yerlərinin Bakı Nəqliyyat Agentliyin idarəetməsinə verilməsini iki ay müddətində təmin etməli və həmin fəaliyyəti tənzimləyən analoji qurumlarının (struktur bölmələrinin, […]

Prezident Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında – FOTOLAR

Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında iştirak edib. Kənd təsərrüfatı naziri İnam Kərimov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, ərazidə inzibati-laboratoriya binası, yeməkxana, toxum saxlanma anbarı, toxum […]

Tarasov: İyunda ermənilər bir neçə rayonu Azərbaycana qaytaracaq

Detalların müzakirə edilmədiyi açıqlansa da, biz yetkin insanlarıq və başa düşürük ki, danışıqlar üçün konkret məsələ yoxdursa, danışmaq üçün heç bir şey yoxdur. Son aylar bu proses – bir neçə saat davam edən görüşlər – onu göstərir ki, ciddi müzakirələr gedir, konkret layihə üzərində “bazarlıq” gedir, bu layihə danışıqlar masasındadır.  […]

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Mərkəzi Uşaq Kitabxanasında S.Rüstəmov adına uşaq incəsənət məktəbi ilə birgə Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın 95 illik yubileyi münasibətilə “Musiqidə yaşanan ömür” adlı musiqi gecəsi keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova görkəmli incəsənət xadimi, Azərbaycan Respublikasının […]

“Sahil Babayev artıq yuxarıdan gedir” – Deputatdan SƏRT TƏNQİD

Deputat Musa Quliyev sosial şəbəkələrdə özünüməşğulluq proqramı çərçivəsində əhaliyə verilən ev heyvanlarından narazılıq edilməsi məsələsinə münasibət bildirib. M.Quliyev Əmək və Əhalinin Sosial Siyasət Komitəsinin iclasında bəzən ev heyvanlarının verilməsində narazılıq olduğunu qeyd edib: “Mən bilmirəm bu nə qədər əsaslıdır və ya obyektivdir. Biz qoca heyvanların da şəklini sosial şəbəkədə görürük. […]

Deputatın faciəvi şəkildə ölən oğlu ilə bağlı yeni faktlar

Milli Məclisin deputatı, iş adamı Əsabil Qasımovun dünən İsveçrədə qış turizm mərkəzində xizək sürərkən vəfat edən oğlu 29 yaşlı Elçin Qasımovun nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş görülür. Turkustan.info publika.az-a istinadən xəbər verir ki, millət vəkilinin oğlunun nəşinin Azərbaycana gətirilməsi üçün aidiyyəti qurumlarla iş aparılır. Artıq Əsabil Qasımovun böyük oğlu Taleh […]

Hadi Rəcəbli: “Facebook”da bir söz ortaya atır, aləmi qarışdırır

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinə ötən dövrdə, son payız sessiyası və ondan keçən müddətdə ən çox ünvanlanan müraciət ünvanlı sosial yardımla bağlı olub. Turkustan.info-nun xəbərinə görə, bunu adıçəkilən komitənin sədri Hadi Rəcəbli komitənin MM-in qarşıdan gələn 2019-cu il payız sessiyası ilə bağlı yanvarın 24-də keçirilən ilk iclasında deyib. […]

Azay Quliyevin hazırladığı 2 qanun layihəsi MM-in planına daxili edildi

“Peşə birlikləri haqqında” və “Sosial sifarişlər haqqında” qanun layihələrinin hazırlanması Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2019-cu il yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planına daxil edilib. Hər iki qanun layihəsinin müəllifi isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət […]

Zamirə Hacıyeva Avropaya necə gedib çıxdı? – Britaniya KİV

Britaniyada “mənşəyi məlum olmayan sərvətə order”in ilk dəfə 2018-ci ildə Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya qarşı istifadə olunması göstərdi ki, o, 2010-cu ildə Böyük Britaniyaya “investor vizası” ilə gəlib. Bu barədə Britaniya KİV-ləri yazır. Yanvarın 23-də isə Avropa Komissiyası bəyan etdi ki, Avropa İttifaqının […]

Qənirə Paşayeva Avropa təşkilatlarını ittiham etdi

AŞPA-da “İşəgötürmədə ayrıseçkilik”, “Əlilliyi olan inkluziv işçi qüvvəsi üçün” adlı qətnamə layihələri müzakirəyə çıxarılıb. Turkustan.info-nun məlumatına görə,  Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva Azərbaycan torpaqlarının işğalı nəticəsində əlil olan minlərlə vətəndaşımızdan danışıb. Deputat Avropa təşkilatlarını Ermənistanın işğalçılıq siyasətini durdurmaq üçün addımlar atmamaqda ittiham edib: “Dəyərli həmkarlar. […]

Ramil Usubovdan yeni RƏİS TƏYİNATI

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daha bir rəislə bağlı əmr imzalayıb. Turkustan.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirin əmri ilə Şəki Rayon-Şəhər Polis Şöbəsinin rəisi, polkovnik Əbülfət Rzayev vəzifəsindən azad edilərək paytaxtın Nəsimi Rayon Polis İdarəsinin rəisi təyin edilib. Bundan əvvəl isə Nəsimi Rayon Polis İdarəsinin rəisi, polkovnik Musa […]

ABŞ-da yaşayan süni intelekt üzrə azərbaycanlı mütəxəsis

Söhbətimə ABŞ-ın 28-ci prezidenti Vilsonun 28 may 1919-cu ildə Paris sülh konfransından sonra söylədiyi sözlərlə başlamaq istəyirəm. O, Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə gürüşündən məmnun olduğunu belə ifadə etmişdi- “Mənim söhbət etdiyim insanlar eynən mənim kimi düşünur və mənim kimi eyni ideyalara – hürriyyət, hüquq və azadlığa hörmət […]

“Pul ver, yoxsa rüsvay olacaqsan…” – Polis şantaj qurbanlarına çıxış yolu göstərir

Qadın onu intim videolarını yayacağı ilə hədələyən yad kişiyə 2200 manat pulu verəndən sonra polisə şikayət edib Hədə-qorxu və şantaj yolu ilə pul tələb etməyə qarşı yeganə doğru çıxış yolu vaxtında polisə müraciət etməkdir. Çünki cinayətkarın tələbini yerinə yetirmək onun bu əməlini gələcəkdə təkrar etməyəcəyinə heç bir zəmanət vermir. Turkustan.info […]

Əfsanələrin canlandığı yer: Prometey mağarası

Mağaralar tarix boyu insanların diqqətini cəlb edib. Qədim insanlar orada sığınacaq tapıb, ibadətgahlar tikib, piratlar orada xəzinə gizlədiblər. İndi isə təbii mağaralar bütün dünyada ekskursiya obyektlərinə çevrilib Qədim yunan əfsanəsinə görə, Olimpdən od oğurlayan və onu insanlara bəxş edən Prometey cəza olaraq Qafqaz dağlarındakı mağaranın yaxınlığında qayalara zəncirlənir. Gürcülərdə də […]

Ödənişli yollarla bağlı vəziyyət nə yerdədir?

Azərbaycanda yeni ödənişli yolla bağlı görülən işlər açıqlanıb. Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinin rəisi Əflatun Qasımov Trend-ə müsahibəsində xatırladıb ki, 2018-ci il sentyabrın 18-də Prezident İlham Əliyevin iştirakı ilə tikintisi başa çatan, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsini təşkil edən, uzunluğu 202 km olan Ələt-Astara-İran […]

Azərbaycanda fantastik qiymətə alça satılır – Video

Bazarlarda qış mövsümünə xas olmayan meyvələr satışa çıxarılıb. Turkustan.info-nun “Xəzər” TV-yə istinadən məlumatına görə, soyuducularda saxlanılan meyvələrin qiyməti yay mövsümündəkindən qat-qat yüksəkdir. Bu cür meyvələr, adətən, qramla satılır. Məsələn, 125 qramlıq böyürtkən 13 manata təklif edilir. Qış mövsümündə az hallarda rast gəlinən meyvələr bununla bitmir. Bazarlarda rast gəlinən meyvələrdən biri də […]

Adnan Oktarın həbsxanadan son görüntüsü – Fotolar

Bir sıra cinayətlərdə ittiham edilərək 5 ay öncə saxlanılan təriqət lideri, “Harun Yəhya” ləqəbli Adnan Oktarın həbsxanadakı son fotoları yayılıb. Turkustan.info xəbər verir ki, Ədirnədəki həbsxanalardan birində saxlanılan Oktarın arıqladığı, saçının töküldüyü və ağardığı üzə çıxıb. O, hazırda tək nəfərlik kamerada saxlanılır. Xatırladaq ki, 11 iyulda səhər saatlarında İstanbul daxil […]

Yerdə həyat belə yaranıb: 4,4 milyard il əvvəlin gizlinləri

Yerdə həyatın necə yaranmasına dair nəzəriyyə açıqlanıb. Nəzəriyyəyə görə, Yerdə həyat planetlərin başqa, daha böyük həcmli göy cismi ilə toqquşmasından sonra Ayın formalaşması  nəticəsində yaranıb. Turkustan.info xəbər verir ki, ABŞ-ın Raysa Universitetinin mütəxəssislərinin gəldiyi bu qənaət  “EurekAlert” tərəfindən dərc olunub. Mütəxəssislərin rəyinə görə, 4,4 milyard il bundan əvvəl Yerin üzərində sözügedən […]

Ərdoğandan Maduroya: Qardaşım, möhkəm dayan!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın parlamentin spikeri Xuan Quaidonu Venesuelanın müvəqqəti prezidenti kimi tanımaq qərarı fonunda Nikolas Maduroya dəstək verib. Turkustan.info xəbər verir ki, bu barədə Ərdoğanın mətbuat katibi İbrahim Qalın Tvitter hesabında yazıb. “Bizim prezidentimiz Venesuela rəhbəri Maduroya zəng edib, Türkiyə tərəfinin dəstəyini qeyd edərək deyib: “Qardaşım Maduro, möhkəm […]

Rusiya bu silahı ilk İrəvana satdı – Yeni AK-12

Rusiya özünün yeni AK-12 avtomatlarını ilk olaraq Ermənistana satıb. Turkustan.info xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində “Kalaşnikov” konserninin baş direktoru Vladimir Dmitriyev deyib. O, tərəflər arasında bununla bağlı razılaşmanın artıq imzalandığını bildirib. Onun sözlərinə görə, Ermənistana göndərilən silahın ilk partiyasına 50 ədəd AK-12 daxil olacaq: “Ermənistanın Rusiyadan AK-12 alan ilk […]

Pilotsuz aparatlar Ramin Quluzadəyə tapşırıldı – Novruz Məmmədovdan qərar

Məsafədən idarə edilən pilotsuz uçan aparatların dövriyyəsinə icazənin verilməsi üçün elektron qaydada müraciətin və sənədlərin qəbulu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçiriləcək.  Turkustan.info-nun məlumatına görə, baş nazir Novruz Məmmədov bununla bağlı “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edilməsi barədə qarar imzalayıb.  Əvvəllər bu sahədə səlahiyyətli orqan Dövlət Mülki […]

Maduro ABŞ-a 72 saat vaxt verdi

Venesuela prezidenti Nikolas Maduro amerikalı diplomatların ölkəni tərk etməsinə 72 saat vaxt verib. Turkustan.info-nun xəbərinə görə, bu barədə Maduro öz “Twitter” səhifəsində yazıb. “Vətənimizi marionetə və vassal dövlətə çevirməyə çalışan imperialistlərin arsızlığının ən son həddini gördüm və ABŞ-ın bütün səfirlik və konsulluq əməkdaşlarının ölkəni tərk etmələrinə 72 saat vaxt verdim. […]

Paşinyan İlham Əliyevlə görüşün detallarını açıqladı

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Davosda baş tutan qeyri-rəsmi görüşü haqda danışıb. Turkustan.info xəbər verir ki, Feysbuk səhifəsində canlı yayımda çıxış edən Paşinyan eyni zamanda öz ünvanına səsləndirilən tənqidlərə də cavab verib. “Aydındır ki, bu, İlham Əliyevlə üçüncü görüşümüzdür. Son aylar bizim iştirak etdiyimiz hansısa tədbir zamanı […]

Ay naməlum obyektlə toqquşdu

Ay tutulması zamanı maraqlı hadisə baş verib.  Turkustan.info National Geographic nəşrinə istinadən xəbər verir ki, həvəskar astronomlar və alimlər səmavi cismin Aya düşməsi nəticəsində alışmanı müşahidə ediblər.  Bildirilir ki, hadisə 2019-cu ilin 21 yanvar tarixində Ay tutulması zamanı baş verib.  Mütəxəssislər bildiriblər ki, bu mənzərəni nadir şəraitə görə müşahidə etmək mümkün olub. […]