Anasını fahişəliyə cəlb edən Sevincin – Dəhşətli əməlləri

Cəlilabad rayon sakini Sevinc İxayeva anasını fahişəliyə cəlb etdiyi üçün həbs edilib.

Turkustan.info xəbər verir ki, Sevinc İxayevanın həbs edilməsi üçün əməliyyatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları həyata keçirib.

Sevincin həbs edilməsi üçün şikayəti idarəyə yaşlı anası edib. O bildirib ki, qızı tərəfindən İranda fahişəliyə cəlb edilib.

Məlum olub ki, Sevinc hədə-qorxu gəlməklə anasını bu yola çəkib. Onun başqa insan alveri törətməsi cinayətləri də üzə çıxıb.

İstintaq orqanı tərəfindən Sevinc İxayevanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törətmək), 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək) və 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə ittiham elan edilib.

Hazırda istintaq hərəkətləri davam edir.  /Teleqraf.com/

117 Baxılıb