Bz. İyl 21st, 2019

GÜLNARƏ CƏMALƏDDİNƏ TƏBRİK SÖZÜ – BİR YAŞ DA UCALAN ŞAİR

Azərbaycan ədəbiyyatınının cəfakeşlərindən biri, sözün qədrini düşündüyümdən artıq dəyərləndirən, hər misrasında böyük bir dünya yaşadan, sözü də özü kimi səmimi və saf olan Gülnarə Cəmaləddinin doğum günü fikrimcə həm də poeziyanın doğum günüdü.

Hər şair yarafdıqları ilə töhfəsini verib söz səltənətinə. Sözlə doğulub, sözlə yaşayıb, sözlə də yaddaşlara hopub. Elə o üzdən də sevilən və ürəklərə köçən şairlərin doğum günü həm də poeziyanın doğum kimi gəlir mənə. 


Kimdi Gülnarə Cəmaləddin? Qısaca deyim ki, o, şerlərinin gücü və ovsunu ilə artıq sözün fədasisinə çevrilib. Yaşadıqları, insanlığı, düşüncələri onun yaradıclığının əsasını, ana xəttini təşkil edir. Gülnarə xanım sanki pərvanə olaraq sözünün başına dolanır, onu qoruyur, cilalayır, sözün zirvə ömrünə yol açır. Olduqca sadə, sadə olduğu qədər də gercəkliklərin simvolu kimi əbədi yaşam haqqına imza atır. Özü də halallıqdan gələn cəsarət və inamla. Müqqəddəs bir yurdun qanına hopan dəyərləri onu daha çox sevdirir. Ömrün bu yaşında müdrikliyini isbatlayır. Yardımlı ərazisinə görə balaca rayon olsa da mənəviyyat və əxlaqi dəyərləri ilə çox böyükdür. Bu böyüklükdən dünyaya boylanıb Gülnarə Cəmaləddin. Burda dinləyib ağsaqqal və ağbirçəklərin hikmət dolu kəlamlarını. Zaman-zaman içində bir fırtına baş qaldırıb. Söz və şeriyyət fırtınası. Və bir gün də bu fırtınalardan misralar doğulub, böyük məna tutumuna malik şerlər yaranıb. Yazdıqları sevdirib onu. Oxucu qəlbinə istedadı və yaradıcılığı ilə hakim olub. Hər yazdığı yeni şeri ilə də könüllərdəki yerini möhkəmləndirib. Cəsarəti sadəliyindən və saflığından, istedadı isə ədəbiyyata məftunluğundan yaranıb. Nə qədər onun istedadı qarşısına sədd çəkmək istəsələr belə alınmayıb. O sevilib, sevdiyi Vətənin həqiqi mənada övladına çevrilib. 


Yaşının üstünə bir yaş da gəldi Gülnarə xanımın. Deməli o, bir yaş da ucaldı, poeziya sətənətində yerini daha da möhkəmlətdi. Yeri könüllərdə olan insan isə həmişə yaşayıb. Niyə də yaşamasın? Axı o tək öz ömrünü yaşamayıb. Hamımızın əzabını, həsrətini, sevgisini, giey-güzərını yaşayıb, ona poetik ruh verib, sözü canlıya çevirib, əbədi yaşam ömrü verib.
Sözə özündən artıq dəyər verən, Gülnarə Cəmaləddin, ad günün mübarək olsun. Azərbaycan ədəbiyyatı, bir yaş da müdrikləşən yazarınla gözün aydın olsun.
Təbrik edirəm Gülnarə xanım. Gücüm yalnız bu sözləri söyləməyə çatdı, əziz insan, dəyərli şair.

QALİB RƏHİMLİ