Gün: Yanvar 31, 2019

Heyvanlar Qaradağa köçürülür, zooparkın ərazisi isə…

Bakı Zooparkı yenilənir, hazırda heyvanların köçürülməsi prosesinə başlanılıb. Turkustan.info xəbər verir ki, bunu Trend-ə Zooloji Parkın direktoru Azər Hüseynov deyib. A.Hüseynovun sözlərinə görə, zoopark bir neçə aylıq fəaliyyətini dayandırır: “Bakı Zooparkı genişləndirilərək əsaslı təmir ediləcək, heyvanların şəraiti yaxşılaşdırılacaq. Hazırda parkın ərazisi 2.25 hektardır, lakin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra 4.25 ha […]

Gəncədə 3 yaşlı uşağa “donuz qripi” diaqnozu qoyuldu – FOTOFAKT

Azərbaycanda həkim 3 yaşlı uşağa “donuz qripi” virusu diaqnozunu qoyub. Turkustan.İnfo xəbər verir ki, uşağın atası Orxan Mərdanov Unikal.org-a açıqlamasında bildirib ki, 10.02.2016-cı il təvəllüdlü qızı Gülayın bir neçə gündür hərarəti düşmür. Ata əlavə edib ki, Gəncə şəhərində fəaliyyət göstərən türk həkim qızının “donuz qripi” virusuna yoluxduğunu deyib. “Qızımın 3 gün […]

Daha bir gənc “donuz qripi”ndən öldü

“Donuz qripi”ndən daha bir ölüm faktı qeydə alınıb. Turkustan.info xəbər verir ki, ilkin ehtimala görə, 30 yaşlı kişi H1N1 virusundan dünyasını dəyişib. Məlumata görə, ölən şəxsin ailə üzvlərinin və yaxınlarının sözlərinə görə, o, “donuz qripi”nin fəsadları ilə xəstəxanaya yerləşdirilib və vəziyyəti ağır olub. Xəstəliklərə nəzarət üzrə milli mərkəzdən İPN xəbər agentliyinə verilən […]

Azərbaycanda daha bir qəzetin çapı dayandırıldı

“Bizim Yol” qəzeti öz çap versiyasını özü dayandırıb. Bu qərarı verməyimiz print-medianın üzləşdiyi problemlərlə bağlıdır”. Turkustan.info xəbər verir ki, bu barədə Bizimyol.info-ya açıqlamasında baş redaktor Bahəddin Həziyev deyib. O bildirib ki, çap mediası dərin oxucu böhranı keçirir: “Qəzetin çap variantını dayandırmaq bizim üçün, təbii ki, asan olmadı. Bəzi iş yoldaşlarımızdan ayrılmaq […]

İlham Əliyev 4 sərəncam, 3 fərman imzaladı

Prezident İlham Əliyev Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, bu barədə Prezidentin məbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, səhiyyə obyektlərinin tikintisinin davam etdirilməsi […]

Deputatdan qəzetinin bağlanacağı xəbərinə reaksiya: “Bunu kim deyib ki?”

Millət vəkili Aqil Abbas təsisçisi olduğu “Ədalət” və bir neçə digər qəzetin fəaliyyətini dayandıracağına dair yayılan xəbərlərə münasibət bildirib. Turkustan.info bildirir ki, deputat BakuPost-a açıqlamasında deyib ki, qəzetin bağlanmasından söhbət gedə bilməz: “Qəzetlərin bağlanacağını kim deyib ki? Müəyyən qəzetləri dövlət maliyyələşdirir. İndi də şərt qoyublar ki, tirajı artırın. Əvvəllər dövlət pul vermirdi, […]

Rəsmi Bakı Paşinyana cavab verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ məsələsində sülh əvəzinə ərazilərin qaytarılması imkanlarını müzakirə etməyəcək” kimi bəyanatına münasibət bildirib. Turkustan.info bildirir ki, XİN-nin mətbuat xidmətinin rəhbəri Leyla Abdulalyeva Oxu.Az-a açıqlamasında qeyd edib ki, Paşinyanın məntiqini anlamaq çətindir. “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında aparılan […]

Çökmə zənn etdilər, bankı soymaq üçün qazılmış tunel olduğu ortaya çıxdı – FOTO

ABŞ-ın Florida ştatında banklardan bizini soymaq üçün qazılmış tunel aşkarlanıb. Əvvəlcə insanlar yolun çökdüyünü zənn edib, rəsmi dairələrə məlumat veriblər. Lakin əraziyə baxış keçirilən zaman çökmən yerin banka doğru uzanan diametri 90 sm, uzunluğu isə 50 metr olan tunel olduğu ortaya çıxıb.   Tunelin yaxınlığında torpağı daşımaq üçün istifadə olunan […]

Novxanıdakı yürüşlə bağlı rəsmi məlumat

Abşeron Rayon Polis İdarəsi Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə Novxanı kəndində təşkil olunan yürüşlə bağlı açıqlama yayıb. “Yanvarın 31-də əvvəlcə Azərbaycan Xalq Cəbhəsi Partiyası 3, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası 25, sonra isə Müsavat Partiyası 125, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə 135 – ümumilikdə 288 nəfərlə saat […]

Sumqayıtda “Narbala” kukla teatrı (bədii rəhbər Mətanət Əmrullayeva) “Dovşanın evi” tamaşası nümayiş olunub

Sumqayıt Reginoal Mədəniyyət idarəsinin dəstəyi, Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun təşkilatçılığı ilə Sumqayıt şəhər Poeziya evində “Narbala” kukla teatrı (bədii rəhbər Mətanət Əmrullayeva) “Dovşanın evi” tamaşası ilə uşaqların görüşünə gəlib. Tamaşa uşaqların asudə vaxtının səmərəli və mənalı təşkili, onların dünyagörüşünün formalaşması məqsədilə nümayiş olunub. Tamaşada uşaqlar nağıl qəhrəmanı olan […]

Azərbaycanda məktəb direktoru yüksək VƏZİFƏYƏ TƏYİN EDİLDİ

Sumqayıt şəhər Təhsil şöbəsinə yeni müdir təyin edilib. Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bu vəzifəyə Sumqayıt Şəhər 25 nömrəli məktəbin direktoru olmuş Arzu Əlizadə təyin edilib. Şöbənin bundan əvvəlki müdiri Nizami Namazov isə ötən ilin aprelində vəzifəsindən azad edilmişdi. Ötən müddət ərzində bu vəzifəyə təyinat olmamışdı. Qeyd edək […]

Tələbələrə təqaüd ayıran milyonçularımızla bağlı – Təklif

Xeyriyyə yönümlü addımları ilə daim gündəmə gələn Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali Holdinq”in rəhbəri Mübariz Mənsimovun fevral ayından Türkiyə universitetlərində təhsil alan 100 azərbaycanlı tələbəyə təqaüd verəcəyini bildirməsinə təhsil ekspertləri reaksiya verib. Turkustan.info bildirir ki, mövzu ilə bağlı Axar.az-a danışan təhsil eksperti Etibar Əliyev də hesab edir ki, xaricdə təhsil […]

Bakı-Gəncə qatarında qiymət niyə endirldi? – Cavid Qurbanov açıqlayır

Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov Bakı-Gəncə-Bakı sürət qatarında gedişhaqqının aşağı salınması məsələsinə aydınlıq gətirib. Turkustan.info-nun verdiyi xəbərə görə, C.Qurbanov Trend-ə açıqlamasında bildirib ki, əvvəl standart vaqonlarda gedişhaqqı 15 manat müəyyən edilmişdi və həmin qiymətə yemək menyusu da daxil idi: “Sonra qərara gəldik ki, yeməyi sərnişinlər özləri alsa yaxşıdır. Belə […]

İstanbulda Azərbaycan və Türkiyə müəllimlərinin beynəlxalq konfransı – FOTOLAR

Yanvarın 26-29-da Azərbaycan Respublikası Təhsil Cəmiyətinin təşkilatçılığı və Türkiyənin Uluslararası Öncü Eyitimcilər Dərnəyinin iştirakı ilə qardaş ölkənin İstanbul şəhərində müəllimlərin beynəlxalq konfransı keçirilib. Təhsil Cəmiyyətindən verilən məlumata görə, Azərbaycanın və Türkiyənin bir qrup ali təhsil və orta ümumtəhsil ocaqlarının müəllimlərinin iştirakçısı olduğu “Müasir təhsilin prioritetləri-zamanın çağırışları” adlı beynəlxalq konfrans və […]

Paşinyan nə istəyir: Sülh, yoxsa müharibə? – ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinə dair mövqeyinin ondan əvvəlki hakimiyyətlərin yürütdüyü siyasətlə müqayisə edilməsini istəmir. O, son vaxtlar apardığı kadr islahatları və Azərbaycan prezidenti ilə intensiv qeyri-rəsmi görüşləri fonunda tez-tez səslənən “sülh əvəzinə ərazilər” tezisi ilə bağlı erməni cəmiyyətində və ekspert dairələrində yaranan narahatlığa münasibət bildirərkən belə deyib. […]

KİVDF-dən qəfil qərar – Qəzetlərə yardımla bağlı ŞƏRTLƏR SƏRTLƏŞDİRİLDİ

Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib: Müzakirəyə çıxarılan birinci məsələ barədə geniş məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, 2019-cu ilin II rübü […]

Məhəmməd Əmin Rəsulzadənin yeganə VİDEO görüntüsü

Bu gün 135 yaşı tamam olan Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nadir video görüntüsü. Bu gün 135 yaşı tamam olan Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nadir video görüntüsü. Yer və zaman bəlli olmasa da, videonun mühüm bir toplantıda çəkildiyi görünür. Görüntüdə M.Ə.Rəsulzadənin yanındakı şəxsin Azərbaycan Xalq […]

44 yaşlı kişi 20 yaşlı sevgilisini barda güllələdi, sonra isə… – ANBAAN VİDEO

Türkiyədə 44 yaşlı kişi 20 yaşlı sevgilisini vəhşicəsinə qətlə yetirib. Turkustan.info xəbər verir ki, hadisə Muğla şəhərində baş verib. Serdal İncədayı sevgilisi 20 yaşlı Fatma Tangazla görüşmək üçün Fethiyə küçəsindəki barlardan birinə gəlib. Görüş zamanı onlar arasında mübahisə yaşanıb. Serdal İncədayı üzərində gətirdiyi silahla sevgilisinə 7 dəfə atəş açıb. Daha sonra […]

18 dərəcə şaxta – Fevralın havası açıqlandı

Azərbaycanda fevral ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı […]

Fahişəxana işlədən vəzifəli şəxs saxlanıldı

Sumqayıtda fahişəxana işlədən vəzifəli şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, əməliyyat Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşları trəfindən keçirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 244–cü (əxlaqsızlıq yuvaları saxlama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə axtarışda olan E.Muradov saxlanılıb. Faktla bağlı […]

Hər bir sürücünün mühərrik yağını yoxlama zamanı etdiyi SƏHVLƏR

Adi mühərrik yağını yoxlayan zaman mühərrikə ziyan vurmaq olar. Turkustan.info xəbər verir ki, bu hərəkəti edən zaman buraxdığımız kobud səhvlər mühərrikə ciddi ziyan vurur. Bu gün oxuculara bu barədə məlumat verəcəyik. Düzgün olmayan yer seçimi Əgər siz həqiqətən də mühərrikdəki yağın vəziyyətini yoxlamaq istəyirsinizsə, bu iş üçün uyğun yer seçin. Bunun […]

ÜST: Azərbaycanda donuz qripi var – Nazirlikdən cavab

Azərbaycanda 16 nəfərin donuz qripinə yoluxması ilə bağlı yayılan xəbərlər yalandır. Turkustan.info bildirir ki, bu barədə Axar.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, ölkəmizdə donuz qripi aşkar olunmayıb: “Ümumdünya Səhiyyə Təşkilatına Taun əleyhinə stansiya tərəfindən hər hansı nümunə göndərilməyib. ÜST hansı nümunələrə əsaslanaraq bu məlumatı yayıb, bizə məlum […]

Baş bankirdən dollarla bağlı qəti mövqe

Əsası olmayan boş-boş sözlər danışırlar. Bu günki gündə dolların məzənnəsinin manata nisbətən bahalaşmasına heç bir əsas yoxdur. Bununla bağlı Mərkəzi Bankın da qərarları var. Ölkədə dolların bahalaşması ilə bağlı məsələ müzakirə olunmur. Azərbaycanda cari ilə bütün makroiqtisadi stuasiya, makroiqtisadi sabitlik üzərində qurulub. Turkustan.info xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri […]

Zaxarova Qarabağ danışıqlarından söz açdı

Rusiya son zamanlar rəsmi Bakı ilə Yerevan arasında müxtəlif səviyyələrdə baş tutan siyasi əlaqələri alqışlayır. Turkustan.info xəbər verir ki, bu bəyanatı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi son brifinqdə səsləndirib.  M.Zaxarova Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında Parisdə keçirilən görüşü qısa olaraq şərh edib: “Bizim bu məsələdə (Dağlıq Qarabağ münaqişəsinin […]

İstanbulda azərbaycanlılar arasında qanlı ədavət: Beş ölü – FOTO+VİDEO

İstanbul polisi ötən il baş verən cinayət hadisəsini araşdıran zaman maraqlı detalları üzə çıxarıb.  Turkustan.info “Sabah” qəzetinə istinadən xəbər verir ki, 2018-ci il avqustun 8-də yerli vaxtla 10:30-da Qaziosmanpaşa Hürriyyət məhəlləsində azərbaycanlı Gəncəli Əliyev qətlə yetirilib. Şübhəli həmin vaxt hadisə yerindən qaçmağa nail olub.  Aparılan araşdırmalar zamanı hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı […]

Qənirə Paşayeva Türkiyədən gəlmiş ziyalılarla görüşüb

Millət vəkili Q. Paşayeva Türkiyədən gəlmiş ziyalılarla görüşdə birliyimizin güclənməsində ziyalılarımız daha da fəal olmalıdır deyib. Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”İB-nin sədri Qənirə Paşayeva Bakı Yunus Əmrə İnstitutunun və Mənəvi Dəyərlərin Təbliği Fondu birgə təşkilatçılığı ilə “Seyid Yəhya Şirvani Bakuvi və təsəvvüf ənənəsi” mövzusunda tədbirlərdə iştirak etmək üçün ölkəmizə gələn Türkiyə […]

Özbəkistan nümayəndə heyəti TÜRKSOY-da

Özbəkistan Respublikası mədəniyyət nazirinin müavini Ozodbek Nazarbekovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada TÜRKSOY-un qərargahında olub. Görüşdə təşkilatın fəaliyyət istiqamətləri və Özbəkistana dair tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. TÜRKSOY-un baş katibi Düsen Kaseinov və nazir müavini Ozodbek Nazarbekov əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı mülahizələrini bölüşüblər. Qeyd olunub ki, Özbəkistan TÜRKSOY çərçivəsində […]

“Peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə Milli Case Yarışının keçirilməsi” adlı layihəsi başa çatdı

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə Enactus Azərbaycanın “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin təşkilatçılığı ilə “Peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə Milli Case Yarışının keçirilməsi” adlı layihəsi başa çatdı. Turkustan.info xəbər verir ki, layihənin əsas məqsədi istehsal prosesində innovasiyaların tətbiqi, peşə təhsili alan gənclərə müasir iş şəraitinin […]

Polad Alemdarın boşanma səbəbi ÜZƏ ÇIXDI: Xanımı başqası ilə… – FOTO

Xəbər verdiyimiz kimi, məşhur aktyor Necati Şaşmaz 7 illik xanımı Nagehan Şaşmazdan ayrılmağa qərar verib. Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün boşanma səbəbi ortaya çıxıb. Aktyor həyat yoldaşının ona xəyanət etdiyini iddia edib. Mənəvi zərərin yüngülləşdirilməsi üçün Necati Şaşmaz həyat yoldaşından 10 milyon lirə təzminat ilə iki uşağın vəkalətnaməsinin ona […]

ABŞ-la Rusiyanın Qarabağ SAVAŞI: 5 rayona qarşı 7 rayon təklifi və…

Son günlər Azərbaycan-Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi bir neçə region ölkəsinin, o cümlədən, Rusiya və ABŞ kimi supergüclərin gündəmini zəbt etməkdədir. Elə dünən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsi və Qarabağla bağlı müzakirələr aparması bu prosesin aktivləşməsinin ən bariz […]

Bakıda nişanlısını öldürüb, anasını yaralayan gənclə bağlı – Qərar/Qapalı

Bakının Sabunçu rayonunda ana və qızını güllələyən 1997-cu il təvəllüdlü Sabir Qədimov haqqında həbs qətimkan tədbirinin uzadılması barədə vəsatətə baxılıb. Turkustan.info xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə baş tutan qapalı iclasda müstəntiqin vəsatəti təmin edilib. Əlavə istintaq hərəkətləri aparılması üçün Sabir Qədimovun həbsdə saxlanma […]

Bakı-Gəncə sürət qatarında gediş haqqı azaldıldı

Gələn ayın 4-dən etibarən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət qrafiki və gediş haqqı tarifləri ilə bağlı yeniliklər baş verəcək.   Turkustan.info xəbər verir ki, daha çox sərnişinlərin cəlb edilməsi və onların məmnunluğunu qazanmaq məqsədilə keçirilən sorğular nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC sözügedən marşruta mühüm dəyişikliklər tətbiq edəcək. Belə ki, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı, […]

Abşeronun muğam məktəbinin tanınmış xanəndəsi

Soltan Qəribov “Şuri” Milli dəyərlərə sadiq, əsrlərin süzgəcindən keçib gəlmiş adət ən-ənələrə daima bağlı olması ilə seçilən Abşeron yəni Bakı ətrafı kəndlərin Azərbaycan muğamının inkişafında özünə məxsus yeri olmuşdur. Hələ 19-cu əsrin əvvəllərində Bakı və Bakı ətrafı kəndlərdə şair və xanəndələrdən ibarət muğam məclislərinin keçirilməsi məlumdur. Bu məclislərdə iştirak etmək […]

ADAU-nun tələbə evində Gənclər günü qeyd edilib

Azərbaycan Dövlət Aqrar Universitetinin 2 saylı tələbə evində Gənclər günü ilə əlaqədar tədbir keçirilib. Tələbələr qarşısında çıxış edən Tərbiyə işləri üzrə prorektor Aidə Qasımova bildirib ki,  2 fevralın Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər […]

“Musiqidə yaşanan ömür”

Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında S.Rüstəmov adına Uşaq incəsənət məktəbi ilə birgə Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın (1924-2013) 95 illik yubileyi münasibətilə “Musiqidə yaşanan ömür” adlı musiqi gecəsi keçirilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşən tədbirdə kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova Ş.Axundovanın həyat və yaradıcılığı, S.Rüstəmov […]

ABŞ-da yaşayan azərbaycanlı rəssam

Rəsmlər lal-kar olur, amma insanı danışdıra bilirlər. Gözəl rəsm görəndə tamaşaçı istər-istəməz- “Əhsən!”- deyərək heyrətini gizlədə bilmir. Onun da çəkdiyi rəsmlər insanları danışdıran əsərlərdir… Bəli, gözəl rəssam olmaq üçün anadan rəssam doğulmaq lazımdır. Əgər rəssam rənglərin dilini tapıb onlarla dost ola bilmirsə, fırçanı ram etməyi bacarmırsa, onun çəkdiyi rəsmlər də […]

Bu yağların insanlara vurduğu zərər alimləri NARAHAT EDİR

Palma yağından istifadə piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır, onun istehsalı isə təbiətə düzəlməz zərər vurur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaxın zamanlarda dərc olunacaq hesabatını hazırlamış ekspertlər belə nəticəyə gəliblər. Hesabat müəllifləri sağlamlığa və ətraf mühitə dəyən zərərin səviyyəsinə görə palma yağının istehsal və satış sənayesinin miqyasını […]

Sabah Milli Məclisin yaz sessiyası başlayır

Sabah, fevralın 1-də Milli Məclisin (MM) 2019-cu il yaz sessiyası öz işinə başlayır. Turkustan.info-nun xəbərinə görə, sessiya öz işinə dövlət himninin səslənməsi və spiker Oqtay Əsədovun MM-in son payız sessiyasının hesabatı ilə start verəcək. Sessiyanın ilk plenar iclasında öncə qanunvericilik işləri planı geniş müzakirə və təsdiq ediləcək. Eyni zamanda, sessiyanın ilk […]

İrəvan Rusiyadan Su-30-lar alır

Ermənistan Su-30CM çoxfunksiyalı qırıcılarının alınmasıyla bağlı Moskva ilə razılaşıb. Turkustan.info xəbər verir ki, bu məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb. Nazirlik tərəflər arasında müvafiq müqavilənin imzalandığını deyib. İrəvan təyyarənin sayı və müqavilənin dəyəri haqqında məlumat verməyib.  /Axar.az/ 68 Baxılıb

Ehtiyat zabitlərinin hazırlanması qaydaları dəyişdi

Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığa dəyişiklik edilib. Turkustan.info-nun məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara görə, “Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığı haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 fevral […]

Məhəmməd Əmin Rəsulzadə – 135

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümüdür. Turkustan.info xəbər verir ki, M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edib. Bir müddət orada “İrane-nou” […]