Be. İyn 17th, 2019

Hər bir sürücünün mühərrik yağını yoxlama zamanı etdiyi SƏHVLƏR

Adi mühərrik yağını yoxlayan zaman mühərrikə ziyan vurmaq olar.

Turkustan.info xəbər verir ki, bu hərəkəti edən zaman buraxdığımız kobud səhvlər mühərrikə ciddi ziyan vurur. Bu gün oxuculara bu barədə məlumat verəcəyik.

Düzgün olmayan yer seçimi

Əgər siz həqiqətən də mühərrikdəki yağın vəziyyətini yoxlamaq istəyirsinizsə, bu iş üçün uyğun yer seçin. Bunun üçün hamar yerdə maşını saxlayın. Dikdə və çuxur olan yerdə saxlamayın. Maşın düz dayanmalıdır, əks halda nəticə düzgün sayılmayacaq.

Soyuq mühərrik

Bir çox hallarda bəzi sürücülər mühərrikdəki yağı səhər, soyuq mühərrikdə yoxlayırlar. Bu isə kobud səhvdir. Əslində maşının mühərriki “qızmalıdır” və bundan sonra mühərriki yoxlamaq olar. Təbii ki, istisna hallar da var. Əgər yağı yoxlayan şupda xüsusi “hot” (isti) və “cold” (soyuq) göstəriciləri varsa, soyuq mühərrikdə yoxlamaq problem olmaz.

Gözləmək

Digər geniş yayılan səhvlərdən biri də mühərriki söndürən kimi yağı yoxlamaqdır. Bu da kobud səhvdir. Bu prosedurda mühərriki söndürəndən sonra 10-15 dəiqəq yoxlamaq lazımdır. Çünki yağ karterə axıb qurtarmalıdır. Bu zaman real nəticə əldə etmək olar.

Birinci dəfədən

Şupu birinci dəfə çıxardıqdan sonra onu əski və ya salfetlə silərək yenidən mühərrikə salmaq lazımdır. Bir neçə saniyə gözlədikdən sonra şupu yenidən çıxarıb baxmaq lazımdır.

Hara baxmaq lazımdır?

Bir çox sürücü elə bilir ki, maksimum nöqtəsinə baxmaqla işi bitmiş hesab etmək olar. Əslində isə ideal göstərici minimumla maksimum göstəriciləri arasında olan səviyyədir.    /Ölkə.az/

 

Paylaşılıb
CrestaProject