Polad Alemdarın boşanma səbəbi ÜZƏ ÇIXDI: Xanımı başqası ilə… – FOTO

Xəbər verdiyimiz kimi, məşhur aktyor Necati Şaşmaz 7 illik xanımı Nagehan Şaşmazdan ayrılmağa qərar verib.

Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün boşanma səbəbi ortaya çıxıb. Aktyor həyat yoldaşının ona xəyanət etdiyini iddia edib.

Mənəvi zərərin yüngülləşdirilməsi üçün Necati Şaşmaz həyat yoldaşından 10 milyon lirə təzminat ilə iki uşağın vəkalətnaməsinin ona verilməsi tələbi ilə çıxış edib. Məşhur aktyorun vəkilinin Anadolu Ailə Məhkəməsinə təqdim etdiyi boşanma ərizəsində qeyd olunub ki, cütlüyün evliliyi Nagehan Şaşmazın ağır qüsurlu hərəkətləri nəticəsində kökündən sarsılıb. Bu səbəbdən cütlüyün ayrılmalarını, uşaqların atanın himayəsinə verilməsi tələb edilib. Ərizədə uşaqların xaricə çıxışına da qadağa qoyulması tələb olunub.    /Publika.az/

131 Baxılıb