Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində GƏNCLƏR GÜNÜ münasibəti ilə silsilə tədbirlər keçirilib

Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində “Parlaq gələcəyimiz və bu günkü gəncliyimiz” adlı konsert keçirilib. Tədbirdə özfəaliyyət kollektivlərinin gənc solistlərinin ifasında rəngarəng mahnılar səslənib, “NİCE” rəqs qrupunun ifasında rəqs nömrələri təqdim olunub. Sonda il ərzində keçirilmiş tədbirlərdə uğurlu çıxışlarına görə bir qrup istedadlı gənc N.Nərimanov adına mədəniyyət mərkəızi tərəfindən fəxri fərmanla təltif olunub.

C.Cabbarlı adına mədəniyyət evində “Gənclik təkamülün çarpan ürəyi, düşünən beynidir” adli konsert keçirilib. Konsertdə mədəniyyət evinin solistləri Pənah Məmmədli və Vüsal İsgəndərov estrada janrında, “Aynabənd” rok qrupu rok janrında ifa etdikləri mahnılar ilə gəncləri təbrik edib, xoş arzularını çatdırınblar. Konsertdə  “Turan” milli rəqs qrupunun ifasında Azərbaycan rəqsləri maraqla izlənilib. Sonda tədbir iştirakçıları dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.

S.Vurğun adına Mərkəzi kitabxananın əməkdaşları Sumqayıt “ASAN xidmət” mərkəzində 2 fevral ümumrespublika Gənclər gününə həsr edilmiş səyyar sərgi təşkil edib, Gənclər kitabxanasında Azərbaycan Gəncləri günü ilə əlaqədar “Dövlətçiliyin və Müstəqilliyin etibarlı təminatçıları” adlı məruzə keçirilmişdir. Tədbirdə çıxış edən multimediya mütəxəssisi Sürəyya Əbdürrəhmanova əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş 2 fevral – Gənclər gününün tarixi haqqında geniş məlumat verilib.

Qubadlı Rayon Mədəniyyət evi Mahmudlu kənd Mədəniyyət evi ilə birgə “Gənclik Ümmandır” adlı tədbir keçirib. Tədbiri Mahmudlu kənd Mədəniyyət evinin bədii rəhbəri Solmaz Məmmədova açaraq gəncləri bayram münasibətilə təbrik edib və bu günün mahiyyəti haqqında geniş məlumat verib. Sonra mədəniyyət evlərinin özfəaliyyət kollektivlərinin hazırladığı rəngarəng rəqs və musiqi nömrələri təqdim olunub. Sonda tədbir iştirakçıları mədəniyyət evinin foyesində nümayiş olunan rayon mədəniyyət evinin rəsm dərnəyinin gənc rəssamları tərəfindən çəkilmiş rəsm sərgisi ilə tanış olublar.

Şuşa rayon Mədəniyyət Mərkəzinin Şuşa rayon Gənclər və İdman idarəsi ilə birlikdə keçirdiyi bayram tədbirində öncə bu günün mahiyyəti, Azərbaycan gənlərinin olkə və beynəlxalq arenada qazandığı uğurlar haqqında geniş məlumat verilib. Sonra Şuşa rayon Mədəniyyət Mərkəzinin “Şuşanın dağlıarı” instrumental ansablı konsert proqramı ilə çıxış edib. Konsertdə solistlərin ifasında bəstəkar və xalq mahnıları, eləcə də rəqs qrupunun ifasında milli rəqslırimiz tədbirə xoş ovqat qatıb. Sonda tədbirlərdə fərlənən özfəaliyyət kollektivlərinin üzvləri Şuşa rayon Gəncləır və İdman idarəsi tərəfində fəxri fərman və diplomlarla təltif olunublar.

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti

 

29 Baxılıb