Gənclər Günü Ankarada qeyd olundu

2 fevral Gənclər Günü münasibətilə Azərbaycanlı Gənclərin Ankara Həmrəyliyi (AGAH) Dərnəyinin təşkilatçılığı ilə Ankarada yaşayan və təhsil alan gənclərin iştirakı ilə görüş keçirilib.

AGAH sədri Təbriz Raufoğlu Gənclər Günü münasibətilə bütün gəncləri təbrik edib.

Gənclər Günü münasibətilə üzərində AGAH-ın Logosu olan tort kəsilərək gənclərə təqdim edilib.

AGAH-ın təşkilatçılığı ilə təşkil edilən görüş olduqca səmimi keçib və görüş daha sonra birlikdə çay süfrəsində davam etdirilib.

AGAH Mətbuat Xidməti

143 Baxılıb