Ç. İyn 26th, 2019

“Məhəllə” 15 il sonra ekranlara qayıdır – VİDEO

Hər kəsin gözlədiyi və sevə-sevə izlədiyi “Məhəllə” filminin üçüncü hissəsinin treyleri yayımlanıb.

Turkustan.info xəbər verir ki, Rafael İsgəndərov, Coşqun Rəhimov, Kübra Əliyeva, İlham Qasımov, eləcə də, ssenarist olaraq Müşfiq Abbasov “Məhəllə 3”ün heyətinə daxil edilməyib.

Sözügedən filmdə “Bakılı oğlanlar” komandasının üzvləri Bəhram Bağırzadə, Əməkdar artistlər Tahir İmanov, Cabir İmanov, Dilarə Əliyeva və Xalq artisti Haci İsmayılov ekran işində yer alıblar.

Köhnə qəhrəmanların filmə daxil edilməməsi sosial şəbəkələrdə müzakirəsiz ötüşməyib. Filmin izləyiciləri əvvəlki heyətin filmdə rol almamasını tənqid edərək “Qüdrətsiz Məhəbbət maraqsız olacaq” kimi şərhlər yazıblar.

Film kiçik bir məhəllə və bu məhəllənin sakinlərinin başına gələn məzəli əhvalatlardan danışır. “Məhəllə-3” filmi unudulmaz bəstəkar Süleyman Ələsgərov və həyat yoldaşı Ağgül xanımın 80 illik yubileylərinə ithaf olunub.    /Oxu.Az/