Gün: Fevral 7, 2019

ŞOK: Vərəm diaqnozu qoyulan 5 yaşlı qızın ağciyərindən qoz çıxdı

Nəfəs borusuna düşən yad cisim və qida qalıqları ilə bağlı insanların ölümlə üz-üzə qalması barədə tibdə yetərli qədər faktlar var. Turkustan.info Medicina-ya istinadən Zaqatalada bir ailənin başına gələn hekayəni təqdim edir. Fatima Hacıyeva adlı bir xanım qızını ölümdən necə qurtarması barədə danışır: “Yeni il ərəfəsi 5 yaşlı qızımda güclü öskürək, boğulma […]

Zaxarova: Qarabağla bağlı üçtərəfli görüşə hazırlıq görülür – Video

Almaniyanın Münhen şəhərində keçirilməsi planlaşdırılan Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Sergey Lavrov, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın üçtərəfli görüşünə hazırlıq görülür. Turkustan.info Report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Rusiya xarici işlər naziri S.Lavrovun […]

Əmək pensiyalarının sığorta hissəsi artırıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Bu barədə AZƏRTAC məlumat yayıb. Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək […]

Prezident evi dağılan qadının əlindən öpdü – Video

Prezident İlham Əliyev Şamaxıya səfəri zamanı zəlzələdən zərər çəkən tikililərə baxıb, sakinlərlə söhbət edib. Turkustan.info xəbər verir ki, prezident sakinlərə bildirib ki, müvafiq göstərişlər verilib: “Fövqəladə hallar naziri dünəndən Şamaxıdadır. Yaxşı işləyirlər. Harda ki evləri bərpa etmək mümkündürsə, bərpa ediləcək. Harda ki bərpa etmək mümkün deyil, yeni ev tikiləcək. Dövlət […]

Vaşinqtonda Mövlud Çavuşoğlunu Qənirə Ataşovanın oğlu qarşıladı -VİDEO

Xəbər verdiyimiz kimi Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-da təhsil alan türkiyəli və azərbaycanlı şagirdlərlə görüşüb.  Turkustan.info xəbər verir ki, görüş Azərbaycanın Vaşinqtondakı iqamətgahına gələn Çavuşoğlunu binanın önündə rəsmi şəxslərlə yanaşı, azərbaycanlı şagirdlər qarşılayıb.  Hazırda ABŞ-da yaşayan tanınmış telejurnalsit Qənirə Ataşovanın oğlu Fərhad qarşılanmada Çavuşoğluna “Bu gün Azərbaycan evində ailəmizin […]

Birinci qrup əlil ünvanlı sosial yardımdan niyə məhrum edilib? – “Övladıma ali təhsil vermək istədim…”

Birinci qrup əlilliyi olan vətəndaş ödənişli əsaslarla ali məktəbə qəbul olunan övladının təhsil haqqını ödəmək üçün bankdan kredit götürüb. Amma problemin həllinə görə sevinci uzun çəkməyib. Az sonra məlum olub ki, dövlətdən aldıqları ünvanlı sosial yardım dayandırılıb… Turkustan.info bildirir ki, Strateq.azsaytına müraciət edən 44 yaşlı Xəlilov Mais Ağaxəlil oğlu Binəqədi rayonu, 3-cü […]

Prezidentdən zəlzələ baş verən rayonlarla bağlı MÜHÜM SƏRƏNCAM

Prezident İlham Əliyev Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan […]

Azərbaycanda avtomobillərin qiymətləri süni olaraq qaldırılır – VİDEO

Avtomobil bazarında qiymətlərin kəskin artması Azərbaycanda hər kəsi narahat edən məsələlərdən biridir. Sputnik Azərbaycan bu artımın səbəblərinə aydınlıq gətirməyə çalışıb. Turkustan.info bildirir ki, bu gün “Sputnik Azərbaycan” Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında qaldırılan suallar Azərbaycanın ümumi avtomobil vəziyyəti, qiymətlərin kəskin artımının səbəbi və bu sahədə baş verən dəyişikliklər olub. Sualları isə […]

Nazirdən iş axtaranlara şad XƏBƏR

Kənd təsərrüfatı naziri İnam Kərimov vakant dövlət qulluğu vəzifəsinə qəbulda uğurlu nəticə göstərmiş, Nazirliyin Mərkəzi Aparatında və DAİM-lərdə işlə təmin olunmuş bir qrup əməkdaşla görüşüb. Turkustan.info xəbər verir ki, nazir üç ay əvvəl Dövlət İmtahan Mərkəzində keçirilmiş imtahanların müsabiqə və müsahibə mərhələsində müvafiq bal toplamış namizədlərin artıq işə qəbul edildiyini deyib. […]

Bakı-Sumqayıt qatarının hərəkəti dayandırılır

Bakı-Sumqayıt-Bakı elektrik qatarının hərəkəti bir günlük dayandırılır. Bu barədə Turkustan.info-ya “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, buna səbəb aparılan təmir işləridir: “Güzdək-Baş Sumqayıt mənzilinin 5-ci post ərazisində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, 10 fevralda birgünlük Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti dayandırılır”. 136 Baxılıb

Qənirə Paşayeva Tovuzda uşaqlar üçün “Kitab Günü” təşkil edib – FOTOLAR

Millət vəkili Qəönirə Paşayeva Tovuzda  uşaqlar üçün “Kitab Günü” təşkil edib Məktəblilərin hər birinə Azərbaycan tarixi, ədəbiyyatına dair, Qarabağla bağlı, dünya ədəbiyyatı ilə yanaşı, özünün müəllifi olduğu çoxlu sayda kitablar və jurnallar hədiyyə edən millət vəkili Q.Paşayeva onları daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Qənirə Paşayeva onlara özəlliklə tariximizlə bağlı […]

Elnur Hüseynzadə hələ Ermənistandadır – Qızıl Xaç Komitəsi ona başçəkməyə davam edəcək

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 1 fevral 2017-ci ildə Ermənistan hərbçiləri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxlanılmış və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən “azadlıqdan məhrum edilmiş” Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Elnur Hüseynzadəyə baş çəkməyə davam edəcək. Turkustan.info bildirir ki, bu barədə Modern.az-a BQXK-nin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin […]

Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında 8 fevral Beynəlxalq Nənələr və Babalar günü münasibətilə tədbir keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər  Mərkəzi Uşaq Kitabxanasında 8 fevral Beynəlxalq Nənələr və Babalar günü münasibətilə “Nənə-baba və baldan şirin nəvələr” adlı tədbir keçirilib. Tədbir nənə və babaların uşaqlar üçün çəkdiyi əziyyəti qiymətləndirmək, onların diqqətdən kənarda qalmadığını göstərmək, eyni zamanda uşaqlara gələcəkdə də bu hörməti qoruyub saxlamağı […]

ADAU-nun tələbə evində Mübariz İbrahimovun doğum günü qeyd edilib

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə evində Milli Qəhrəman, qəhrəmanlığı  dillər əzbəri olan gizir Mübariz İbrahimovun doğum günü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə şəhidlərin ruhu yad edilib. Tərbiyə işləri üzrə prorektor Aidə Qasımova çıxışında bildirib ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Bilsəuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü […]

Ermənilər BUNU DA ETDİ: Qarabağda Avropa futbol çempionatı…

Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində futbol çempionatı keçiriləcək. Turkustan.info xəbər verir ki, aralarında Abxaziya, cənubi Osetiya, Donetsk və Luqansk Xalq Respublikalarının olduğu ölkələrdən 12 futbol komandası rəsmi şəkildə tanınmayan qondarma “Dağlıq Qarabağ respublikası”nda qeyri-qanuni Avropa çempionatı keçirəcək. BMT tərəfindən tanınmayan ölkələrin komandaları arasında baş tutacaq Avropa kubokunun […]

Paşinyan Qarabağla bağlı ŞOK SƏNƏD QƏBUL ETDİ

Fevralın 6-da Ermənistan hökumətinin proqram layihəsi elan edildi. Turkustan.info xəbər verir ki, “Joxovurd” nəşrinin yazdığına görə, 71 səhifəlik sənəd diqqətçəkən bir faktı təsdiqləyib. Nəşrin yazdığına görə, söhbət Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin əvvəlki hökumətin proqramını praktik olaraq tamamilə təkrarlamasından gedir. Proqram 2018-ci ilin iyununda “məxməri inqilab”dan sonra parlamentdə təqdim edilmişdi. Yeni […]

Dünya əhalisi kəskin azalacaq: Prosesi dayandırmaq mümkün olmayacaq

Xeyli vaxtdır ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) həyəcan təbili çalır. Bildirilir ki, dünya əhalisi təhlükəli həddə artır, bir müddət sonra Yer kürəsindəki resurslar bəşəriyyətin normal həyat fəaliyyəti üçün yetərli olmaya bilər. Hazırda dünya əhalisinin sayı təxminən 7.7 milyarddır. 2050-ci ilə qədər bu rəqəmin 9 milyarda çatacağı gözlənilir. Turkustan.info xəbər verir […]

Qızılca və məxmərək sürətlə artır?.. – Nazirlik açıqladı

Qızılcaya yoluxma hallarının qeydiyyatı davam edir. Bu xəstəliyə yoluxanların sayında dekabrla müqayisədə yanvar ayında elə də ciddi artım müşahidə olunmayıb. Turkustan.info bildirir ki. bu sözləri Axar.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, hazırda qızılca əsasən 20 yaşdan yuxarı insanlar arasında […]

Azərbaycana dəhşətli soyuqlar gəlir? – Nazirlik

Paytaxtda və bölgələrdə hava temperaturu ilə bağlı ciddi dəyişiklik gözlənilmir. Lakin bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunacaq. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Rusiyanın Xabarovsk əyalətindəki mənfi 50 dərəcə ilə ölçülən rekord soyuqlara səbəb olan siklonun […]

Eldar Mahmudovun bacanağı AzTV-nin layihəsindən uzaqlaşdırıldı

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi AzTV-də yayımlanan “Muğam Televiziya Müsabiqəsi-2019” layihəsinin icraçısı təyin olunub. Bu barərdə Modern.az-a Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Mətbuat xidmətinin rəhbəri Xatirə Qasım məlumat verib. Beləliklə, 7-ci Müğam Televiziya Müsabiqəsinin münsiflər heyətinin tərkibinə ustad sənətkarlar – xalq artisti Əlibaba Məmmədov, xalq artisti Arif Babayev, […]

Məhkəmə Köçəryanla bağlı qərarını elan etdi

Ermənistan Apellyasiya Məhkəməsi eks-prezident Robert Köçəryanı həbsdə saxlayıb. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni prokuror Vaaqn Muradyan deyib. “Məhkəmə qərarını elan etdi. Məhkəmə heyəti tam olaraq müdafiə tərəfinin bütün şikayətlərindən imtina etdi. Köçəryan həbsdə qalmağa davam edəcək”, – deyə o bildirib.  /Axar.az/ 394 Baxılıb

Qarabağ münaqişəsində itkin düşənlərin sayı açıqlandı – RƏSMİ

Dağlıq Qarabağ münaqişəsi nəticəsində ümumilikdə 4500 nəfər itkin düşüb.  Turkustan.info xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Qızıl Xaç Komitəsinin dünya və Azərbaycandakı fəaliyyəti haqqında informasiya sessiyasında verilib.  Bildirilib ki, itkin düşmüş şəxslərin 3800-ü komitənin Bakı nümayəndəliyində, qalan 700 nəfər isə Yerevan və Dağlıq Qarabağ nümayəndəliklərində qeydiyyatdan keçib. Qeyd edək ki, […]

Azərbaycanda nazir oğlu istefa verdi

“Azərbaycan Beynəlxalq Bank” ASC-nin (ABB) İdarə Heyətinin (İH) sədr müavini Murad Şirəliyev işdən çıxıb. Turkustan.info unikal.org-a istinadən xəbər verir ki, M.Şirəliyev işdən ayrılmaqla bağlı ərizə yazıb. O, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının 2018-ci il dekabrın 25-də  keçirilən iclasında bu qərarını açıqlayıb. Şuranın həmin iclasında 2018-ci il üzrə maliyyə göstəricilərinə baxılıb, […]

Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının növbəti toplantısı keçirilib

Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının növbəti toplantısı keçirilib. Toplantıda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov qabaqcıl, təcrübəli fermerlərindən təşkil olunmuş Fermerlər Şurasını çox faydalı format adlandırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aqrar islahatların davam etdiyini deyən nazir Fermerlər Şurasının üzvlərini imzalanmış son Fərmanlarla bağlı məlumatlandırıb. Nazirlikdən […]

İlham Əliyev zəlzələnin baş verdiyi ərazidə

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya gəlib. Turkustan.info bildirir ki, Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən BakuPost-a verilən məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat […]

Azərbaycanlı uşaqlar Çavuşoğlunu kövrəltdi – VİDEO

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-da təhsil alan türk və azərbaycanlı şagirdlərlə görüşüb.  Turkustan.info xəbər verir ki, görüş Azərbaycanın Vaşinqtondakı iqamətgahında baş tutub.  İqamətgaha gələn Çavuşoğlunu binanın önündə rəsmi şəxslərlə yanaşı, azərbaycanlı şagirdlər qarşılayıb. Onların sözləri və səsləndirdiyi şeir türk naziri kövrəldib.  Uşaqlardan biri Çavuşoğluna “Bu gün Azərbaycan evində […]

Azərbaycanlıların Tbilisidə kütləvi etiraz aksiyasına icazə verilib

Gürcüstan azərbaycanlıları fevralın 8-də Tbilisidə, parlamentin binası qarşısında Axalkalakidə Qarabağ separatçısı olan erməni hərbçi Mixail Avaqyana büst qoyulmasına qarşı kütləvi etiraz aksiyası keçirəcəklər. “Report”un verdiyi xəbərə görə, bu barədə aksiya təşkilatçılarından olan Sevinc Hümbətova məlumat yayıb. Tbilisi meriyası ilə razılaşdırılmış dinc aksiya saat 14:00-a təyin olunub. Aksiya iştirakçıları separatçıya büstün […]

Bacı və qardaşa təcavüz edən manyak həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda iki yeniyetməyə qarşı seksual xarakterli hərəkətlər törətməkdə təqsirləndirilən Taleh İsmayılovun cinayət işi üzrə məhkəmə başa çatıb. Turkustan.info xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə T.İsmayılov 15 il azadlıqdan məhrum edilib. İttihama görə, paytaxtın Suraxanı rayonunda Taleh İsmayılov […]

Ermənilərin qorxulu kabusu: Təkbaşına hücum… – Video

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Turkustan.info Axar.az-a istinadən xatırladır ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-2005-ci illərdə M.Piriyev adına Əliabad kənd orta məktəbində təhsil alıb. 2005-ci ildə həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi […]

Daha bir ana iki uşağından imtina etdi – VİDEO

Bakıda iki azyaşlı uşaq valideynləri tərəfindən atılıb. Təqribən 5-6 yaşlarında olan iki azyaşlı 20 gün əvvəl bir dayə tərəfindən polisə təhvil verilib. Qadın bildirib ki, uşaqların anası baxması üçün onları dayənin yanına qoyub. Lakin xeyli müddət keçsə də, azyaşlıların anası geri qayıtmayıb. Qardaş olduqları ehtimal edilən uşaqların ünsiyyət problemi var. […]

Azərbaycan Gürcüstanla sərhəddə qripə qarşı hospitallar açdı

Gürcüstanda H1N1 (“donuz qripi”) virusunun yayılması ilə əlaqədar Azərbaycan tərəfi gömrük-sərhəd buraxılış məntəqələrində xüsusi tədbirlərə əl atıb. Turkustan.info xəbər verir ki, Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü”, “Sadıxlı”, “Böyük Kəsik” və “Mazımçay” gömrük-sərhəd buraxılış məntəqələrində Tibbi Xidmət İdarəsinin mobil hospitalı və müvafiq tibbi heyəti çalışır. […]

Şəhid ailələrinə mənzil veriləcək – RƏSMİ

Ötən 15 il ərzində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 6 min 650 mənzil verilib.  Turkustan.info-nun məlumatına görə, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov rəsmi mətbuatda dərc edilən “Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” başlıqlı məqaləsində yazıb.  Prezident Administrasiyasının şöbə […]

İstanbulda altı mərtəbəli binanın çökmə anı – VİDEO

İstanbulda altı mərtəbəli binanın çökmə anının görüntüləri yayılıb. Görüntülər “YouTube” videoportalına yerləşdirilib.  Müşahidə kameralarına əks olunmuş kadrlardan görünür ki, bina qəflətən uçub və hadisə zamanı insanlar qaçmağa başlayıb.  Binanın çökməsinin səbəbləri məlum deyil. İlkin ehtimallara görə, bina baş verən partlayışdan sonra uçub. Hadisə zamanı iki nəfər ölüb, altı nəfər yaralanıb. 374 Baxılıb

Mənzil qiymətlərində ucuzlaşma baş verdi

Ümumən daşınmaz əmlak bazarında qiymətlərdə yanvar ayı ərzində 1 faiz azalma olub. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında “MBA Group” konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib. “Ümumən daşınmaz əmlak bazarında qiymətlərdə yanvar ayı ərzində 1 faiz azalma olub. Ancaq ötən ilin yanvarı ilə müqayisədə 5,87 faiz artım olub. […]