Gün: Fevral 8, 2019

Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün – FOTOLAR

Tarixin ən mübahisəli mövzularından biri də rusların məhbuslar üzərində apardığı insanlığa sığmayan təcrübələrdir. Heyvani davranışlarla insanlar üzərində tibbi eksperimentlər aparan mütəxəssislər haqqında tarixi faktlar əsasında filmlər belə çəkilib. Həmin vəhşi təcrübələrdən biri də yuxudur. Mütəxəssislər insanların nə qədər müddət yuxusuz və havasız yaşaya biləcəklərini sınaqdan keçirtmək istəyirdilər. Nəticələr isə heç […]

Azərbaycanda məktəbdə biabırçılıq: Direktorla valideyn saçyolduya çıxdı – VİDEO

Sosial şəbəkədə məktəblərdən birində valideynlə direktorun əlbəyaxa davası olan video yayılıb. Turkustan.info xəbər verir ki, videoda bir-birinin saçını yolan qadınların hansı səbəbdən dava etməsi məlum deyil. Ətrafda olan digər şəxslər onları güclə ayırıblar. İddia olunur ki, hadisə Gəncə şəhərində yerləşən “10” nömrəli məktəbdə qeydə alınıb.  /İqtisadiyyat.az/ 2. 121 Baxılıb

İsrail əsgərləri yeniyetmələri öldürdü

İsrail əsgərləri Qəzzada baş verən qarşıdurma nəticəsində 2 fələstinlini güllələyib. Turkustan.info xəbər verir ki, bu barədə “Assoşeyited Press” məlumat yayıb. Ölənlərin 14 yaşlı Həsən Şalabi və 18 yaşlı Məhəmməd İştibi olduğu deyilib. Bundan əlavə, toqquşmalar zamanı 17 fələstinlinin də yaralandığı deyilib.  /Axar.az/ 137 Baxılıb

DİN Nazın tapılması üçün GÖSTƏRİŞ VERDİ

Daxili İşlər Nazirliyi Türkiyədə qatıldığı qalmaqallı evlilik verilişi ilə məşhurlaşan azərbaycanlı Naz Milanın çəkildiyi klipdə Azərbaycan polisinin uniformasını təhqir etməsi faktı ilə əlaqədar araşdırma aparıb. Turkustan.info xəbər verir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, sözügedən kliplə bağlı gedən yazıdan sonra DİN-in Daxili Tədqiqatlar İdarəsinə məsələnin araşdırılması ilə bağlı göstəriş verilib. […]

Minimum əməkhaqqı artımı kimləri əhatə edəcək – Nazirlik açıqladı

Minimum əməkhaqqının artımı 600 minədək insanı əhatə edəcək. Turkustan.info bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 8 fevral […]

“SinerjiPro“nın rəhbəri “Vikipediya” Metodik Mərkəzinin könüllüləri ilə görüşüb

SinerjiPro”nın rəhbəri Ufuk AYDIN Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri ilə görüşüb. Ufuk Aydın “Vikipediya” Metodik Mərkəzinin könüllülərinin gördüyü fəaliyyətlərinə görə təbrik edib: ““Vikipediya” müasir dünyamız üçün önəmli ensiklopedik resusrdur. Bu vasitəsilə həqiqətlərimizi çatdırmaq üçün mütləq fəal olmalıyıq. “Vikipediya” bizə qeyd etdiyim fəaliyyətə […]

Umud Mirzəyev “Vətən naminə” medalı ilə təltif edilib

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev  Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Birliyinin “Vətən naminə” medalı ilə təltif edilib. Turkustan.info xəbər verir ki, Umud Mirzəyev  bu medala müharibədən zərərçəkmiş insanlar qarşısında göstərdiyi vətəndaş təşəbbüslərinə və xidmətlərinə görə layiq görülüb. QHT sədrinə medalı  Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları […]

Sumqayıt Regional Mədəniyyət İdarəsi sosial xidmət müəssisəsində tədbir keçirib – FOTOLAR

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi, Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubu və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində tədbir keçirilib. […]

Azərbaycanda iqlimşünaslığın, coğrafiyanın banisi olmuş Fiqurovski kimdir?

Yusif  Alı Afşar Yəqin bir çoxumuzdan mətndəki şəkili göstərib soruşsalar ki, bu kimdir? Güman edirəm cavabında deyərik ki, yəqin hansısa rus alimi, rus ziyalısıdır. Bundan artıq çətin ki, kimlərsə nəsə bilsin. Bunu dəqiqləşdimək üçün bir neçə nəfərə həmin şəkili göstərdim, hətta sosial şəbəkələr üzərindən bir neçə dostlarımın şəxsi mesaj qutusuna […]

Mədət Quliyev “Vətənə sədaqət andı”nı qəbul etdi – FOTOLAR

Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin növbəti qrupu Vətənə sədaqət andı içib. Əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev və təntənəli tədbirin iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etdilər, abidəsi önünə gül dəstələri qoydular. Döyüş bayrağı sıra meydanına gətirildi. Azərbaycan […]

7 ölkədən Türkiyə ilə MÜHARİBƏ HAZIRLIĞI: Vaşinqtonda qurulan ittifaqın ŞOK HƏDƏFİ

Türkiyə Suriyanın Münbiç şəhəri və Fəratın şərqində terror təşkilatlarına qarşı hərbi müdaxiləyə hazırlaşdığı bir vaxtda, 7 ölkə öz qüvvələrini bölgəyə yerləşdirmək üçün hərəkətə keçib. Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, ABŞ, Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı və İngiltərənin xarici işlər nazirləri Vaşinqtonda ortaq bəyannamə yayımlayıb. İŞİD terror təşkilatı ilə […]

Prezident minimum aylıq əməkhaqqını artırdı – Sərəncam

Prezident İlham Əliyev “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb. Turkustan.info-nun məlumatına görə, sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib. Sərəncamda Nazirlər Kabinetinə müvafiq tapşırıqlar […]

İlahiyyat İnstitutunun yaradılması milli-mənəvi dəyərlərə qayğının ən böyük göstəricisidir

Fevralın 8-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) birillik fəaliyyətinə həsr olunan tədbir keçirilib. Turkustan.info xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Rektor Ceyhun Məmmədov Aİİ-nin Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradıldığını deyib. Bildirib ki, […]

Türkiyədə yaşayan 100 min erməni miqrant ölkədən çıxarıla bilər

“Erməistandan gəlmiş 100 min erməni qeyri-qanuni olaraq Türkiyədə yaşayır. Mən deyirəm ki, “erməni soyqırımı” yalanını gündəmə gətirənlərə etiraz olaraq bu erməniləri ölkədən çıxarmaq lazımdır”. Bunu Böyük Birlik Partiyasının lideri Mustafa Destici Fransa prezidenti Emanuel Makronun 24 aprel “erməni soyqırımı anma günü” ilə bağlı verdiyi qərara münasibət bildirərkən deyib. Turkustan.info xəbər […]

Mehriban Əliyevadan meyxanaçıyla bağlı GÖSTƏRİŞ

Heydər Əliyev Fondu meyxana ustası Ağa Kərim Novruzovun müalicəsi ilə bağlı xərcləri öz üzərinə götürüb. Turkustan.info-nun məlumatına görə, ailəsi maddi vəziyyəti ilə əlaqədar Ağa Kərimin müalicəsinin yarımçıq qaldığını açıqlamışdı. Bununla əlaqədar Heydər Əliyev Fondu meyxana ustasının səhhəti ilə bağlı vəziyyəti araşdıraraq ona dəstək göstəriləcəyini bildirib.  /Turkustan.info/   3. 538 Baxılıb

AzTV-nin sabiq sədrinə yeni vəzifə verildi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib. Turkustan.info xəbər verir ki, iclasda İnsan resursları şöbəsinin müdiri Qumral Qədimova, universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, baş hüquqşünas Zakir Nağıyev iştirak ediblər. İclasın sədri, fakültənin dekanı, professor Mahirə Hüseynova Elmi Şura üzvlərini gündəlikdə duran “Müasir Azərbaycan dili, […]

İki xanım jurnalistə vəzifə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbri Fazil Talıbov Orman.Az-a bildirib ki, Aynur Osmanqızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi vəzifəsinə, Gülnar Əzizova isə nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin mətbuat katibi vəzifəsinə təyin edilib. Qeyd edək ki, hazırki […]

Ərzaq məhsulları, içkilər, meyvələr bahalaşıb – RƏSMİ

2019-cu ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin yanvar ayına nisbətən 1,7 faiz bahalaşıb. Turkustan.info bildirir ki, Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, həmçinin ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4 faiz bahalaşıb. Cari […]

“Məmurlar və deputatlar nədən cəmiyyətdən gizlənirlər?”- Deputatdan sərt açıqlama

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov “Facebook”da canlı yayımla gördüyü işlər barədə hesabat verib, eyni zamanda, vətəndaşların suallarını cavablandırıb. Onun bu addımını izləyiciləri rəğbətlə qarşılayıb. Vüsal Hüseynov Turkustan.info bildirir ki, məsələ ilə bağlı Fazil Mustafa bizimyol.info-ya bildirib ki, belə kadrlar vəzifədə nə qədər çox olarsa, islahatlar ölkədə real məzmun […]

Azərbaycanlılar Tbilisidə etiraz aksiyası keçirir – CANLI YAYIM

Gürcüstanda yaşayan azərbaycanlılar paytaxt Tbilisdə etiraz aksiyası keçirir.  Turkustan.info-nun məlumatına görə, nümayişçilər Buqaşen qəsəbəsində Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Mixail Avaqyanın büstünün qoyulmasına etiraz edirlər.  Azərbaycanlılar əllərində plakatlar, Gürcüstan və Azərbaycan bayraqlarını qaldırıblar.   /Oxu.Az/ 305 Baxılıb

“Şəki birinciliyi” layihəsinə yekun vurulub

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Yaddaş” maarifçi gənclər ictimai birliyi tərəfindən həyata keçirilən “Şəki gəncləri arasında İNTELLEKT kuboku – Şəki birinciliyi” layihəsinə yekun vurulub. Layihənin yekun yarışmasında əvvəlki mərhələlərdə 1,2 və 3 cü yerləri tutmuş komandalar arasında keçirilən Final oyunu baş tutdu. Şəki Heydər Əliyev Mərkəzində keçirilən Final oyununda […]

Nəvəsinin ölümcül yaraladığı türklərdən sabiq Qaçqınkom şefinə qarşı AĞIR İTTİHAMLAR

Azərbaycan baş nazirinin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi ağır qəzada xəsarət alan Türkiyə vətəndaşları çıxılmaz vəziyyətdə qalıblar. Turkustan.info xəbər verir ki, sabiq “Qaçqınkom” sədri qəzadan ağır xəsarət alaraq qurtulan Muttalib Tekiş və Songül Tekişin müalicəsinin xərclərini öz üzərinə götürməkdən boyun qaçırıb. Bu barədə Mutallib Tekişin qardaşı İdris Tekiş məlumat […]

150 illiyin qutlu olsun, müəllim

Bu il Azərbaycan ədəbi ictimaiyyəti üçün çox önəmli əlamətdar hadisələrlə zəngin olacağı şübhəsizdir. Ən azından ona görə ki,ilin əvvəlində Prezident İlham Əliyevin 2019-cu ili görkəmli ədəbi şəxsiyyət Nəsimi ili elan etməsi və dahi ədibimiz Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi qeyd olunması ilə bağlı sərəncamını imzalaması belə deməyə əsas verir.  […]

NATO və Rusiya Berlinə toplanır – Dünyanı xilas etmək üçün

Silahsızlanma ilə bağlı beynəlxalq konfrans Berlində baş tutacaq. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya Xarici İşlər naziri Hayko Maas deyib. Onun sözlərinə görə, konfrans martın 15-də keçiriləcək. O, qatil robotlar, yeni raket sistemləri, bioloji və kiber silahlara nəzarət üçün yeni qaydalar və texnologiyalara ehtiyac olduğunu bildirib. Qeyd edək ki, […]

Cavid Qurbanov İrana gedəcək

“Azərbaycan dəmir yolları” QSC-nin sədri Cavid Qurbanov yaxın vaxtlarda İrana səfər edəcək. Turkustan.info “Report”a istinadla xəbər verir ki, bunu brifinq zamanı İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib. O deyib: “Rəsmi dəvət çatdırılıb. Səfərin əsas gündəmini Azərbaycanın İrandakı inftrastruktur layihələrdə, o cümlədən “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Rəşt – […]

Paşinyan Qərbi satdı: Əsədə ilk dəstək qrupu göndərildi

Ermənistan Suriyaya ilk yardım qrupunu göndərib. Turkustan.info xəbər verir ki, göndərilən qrup 83 nəfərdən ibarət olub. Onun tərkibinə humanitar yardım üzrə mütəxəssislər, tibbi personal və onların təhlükəsizliyini təmin edəcək şəxslər daxil ediliblər. Qrup İrəvandan Suriyanın Hələb şəhərinə gedib. Qeyd edək ki, İrəvan Paşinyanın hakimiyyətə gəlməsindən sonra Qərbin bütün etirazlarına rəğmən Rusiyanın […]

Pensiyalar nə qədər artacaq? – Hesablama qaydası

Dünən Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncam imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta […]

Çapayevlə eyni gündə dünyaya gələn cərrah

Çap çaylardәn Çapayım,  Doğsun günәşim, ayım.  Çap, o çapsın, mәn çapım, sәn çap, qoy biz dә çapaq,  Çap, gәlәcәk günlәrin sәһәrinә yol açaq… Vasiliy İvanoviç Çapayevi heç zaman görməmişəm, amma bütün sovet yeniyetmələri kimi haqqında çəkilən filmə mən də baxmışam, Süleyman Rüstəmin ona həsr etdiyi əsəri dərslikdən mən də oxumuşam. […]

Azərbaycanda bir ilk: Xidmət rəisinin canlı yayımı rekord vurdu – VİDEO

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov “Facebook”da canlı yayımla gördüyü işlər barədə hesabat verib, eyni zamanda, vətəndaşların suallarını cavablandırıb. Turkustan.info Azvision.az-a istinadənxəbər verir ki, DMX rəisi bir saatdan çox vaxt ərzində sosial şəbəkə istifadəçilərilə ünsiyyətdə olub, onları maraqlandıran müxtəlif suallara cavab verib.  Qeyd edək ki, Vüsal Hüseynovun təşəbbüsu sosial şəbəkə […]

Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, qayğıları ilə maraqlandı – FOTOLAR

Millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, qayğıları ilə maraqlanıb və bir sıra vacib məsələlər ətrafında fikir mübadiləsi aparıb. Millət vəkili Qənirə Paşayeva Tovuzda kəndləri ziyarət edib, sakinlərlə görüşüb, qayğıları ilə maraqlanıb. Sakinlərlə görüşdə onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb. Bir çox xəstələri ziyarət […]

Tələbə qızın ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan lobarator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb. Turkustan.info bildirir ki, bu barədə BakuPost-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb.  Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb.  “Qeyd edək […]

Ağcabədidə 84 yaşlı qadını döyüb evini qarət etdilər

Ağcabədi şəhərində fevralın 2-də 84 yaşlı qadının evinə basqın edən şəxslər saxlanılıb.  Turkustan.info bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri R.Rüstəmov və İ.Mirzəyev saxlanılıb.  Məlum olub ki, onlar qadının evinə basqın edərək, […]

İcra nümayəndəsi: Tualetdə yaşayan ailəyə kömək edə bilmərik – VİDEO

Bir neçə gün əvvəl Bakının Nəsimi rayonunda iki azyaşlı övladı və əlil həyat yoldaşı ilə birlikdə səkkiz il tualetdə yaşayan Fəridə Məhəmmədova haqqında məlumat vermişdik. Mövzunu gündəmdə saxlayaraq, yenidən həmin ailə ilə görüşdük. Məsələ ilə bağlı Nəsimi rayon icra başçısının ərazi üzrə nümayəndəsinin müavini Nuru Əhmədovla əlaqə saxladıq. Nuru Əhmədov Oxu.Az-ın müxbirinə bildirib ki, onları […]

Polis bir ildə sürücülərə 80 milyon manatdan çox cərimə yazıb

2018-ci ildə yol hərəkəti qaydalarının pozulmasına görə 85,6 milyon manat məbləğində cərimələr tətbiq edilib. Turkustan.info xəbər verir ki, bu cərimələr 3409,7 min inzibati xəta nəticəsində təyin edilib və yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilə nisbətən 1,3 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, əsas xətalar yol nişanlarının […]

Bakıda tələbə naməlum virusdan öldü – FOTO

Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi olan qız dünyasını dəyişib. Turkustan.info məlumatına görə, Nərdanə Tağızadə yanvarın 29-da vəfat edib. Belə ki, qızın H1N1 virusundan dünyasını dəyişdiyi iddia olunur. Nərdanə Tağızadə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil aldığı bildirilir. Bakı Dövlət Universitetindən saytımıza bildirilib ki, mərhum tələbə üç həftə qabaq dünyasını dəyişib: “Nərdanə […]

Ermənilər Qarabağda yeni səngərlər qazmağa başladılar – FOTOLAR

Ermənilər işğalda saxladıqları Qarabağ torpaqlarında mövqelərini möhkəmləndirməyə davam edirlər Turkustan.info xəbər verir ki, yayılan yeni fotolarda düşmənin təmas xəttinin cənub istiqamətində yeni mühəndis-istehkam işləri gördüyü, ərazidə yeni rabitə vasitələri və Günəşdən elektrik enerjisi alacaq batareyaların yerləşdirildiyi görünür.  /Modern.az/ 331 Baxılıb

Rusiyada insanlar ölümsüzləşdirilir

Rusiyada insanların ölümsüzləşməsi reallaşır. Rusiyada “Kryoniks” şirkəti dünyasını dəyişən insanların hüceyrələrini, bədənlərini dondurur. Turkustan.info-nun ingilis mediasına istinadən xəbərinə görə, məqsəd texnologiyanın insan ölümsüzlüyünü reallaşdırmağa imkan verdiyi zaman donmuş bədən və hüceyrələri gələcəyə daşımaq, onlara yenidən həyat verməyi reallaşdırmaqdır. Şirkətin açıqlamasına görə, təkcə 2005-ci ildən etibarən dünyasını dəyişənlərdən 66 nəfəri bu üsulla […]

Azərbaycanda daha 3 kredit ittifaqının lisenziyası ləğv edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha 3 kredit ittifaqının lisenziyası ləğv edilib. Turkustan.info xəbər verir ki, bunlar Bərdə rayonundakı “Fim-Finans”, Salyan rayonundakı “Firavan” və Xaçmaz rayonundakı “Şans” kredit ittifaqlarıdır. Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 57-dən 54-ə düşüb.     /Report/ 109 Baxılıb

Gürcüstanda separatizmə qarşı aksiya – Gürcülərdən azərbaycanlılara böyük DƏSTƏK

“Gürcüstanın Axalkalaki rayonunun Buğaşen kəndində erməni terrorçu Mikael Avakyana abidə qoyulmasına etiraz olaraq bu gün saat 2-də Gürcüstan parlamentinin qarşısında  aksiya keçiriləcək”.  Turkustan.info bildirir ki, bunu Modern.az-a açıqlamasında Vahid Milli Hərəkat Partiyasının Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatı Azər Süleymanov deyib. Deputat bildirib ki, aksiyaya təkcə azərbaycanlılar qoşulmayacaq: “Aksiyaya qoşulanlar arasında […]

Avropa altıncı nəsil qırıcı hazırlığına başladı

Avropa altıncı nəsil qırıcıların hazırlanmasına başlayıb. Turkustan.info xəbər verir ki, bu məlumatı “Defence blog” portalı yayıb. Yeni nəsil təyyarənin hazırlanması barədə razılaşmanı Fransa Müdafiə naziri Florans Parli və Almaniya Müdafiə naziri Ursula fon der Lyayen imzalayıb. Razılaşmaya əsasən, yeni nəsil təyyarələrin hazırlanması ilə Fransanın “Dassault Aviation” və “Eyrbus” şirkətlərinin məşğul olacağı, […]

Türkiyədə fahişəliyə cəlb edilən azərbaycanlı qadınlar tutuldu

Türkiyənin Konya şəhərinin Akşehir rayonunda polisin keçirdiyi əməliyyat zamanı aralarında iki azərbaycanlı qadının da olduğu yeddi nəfər saxlanılıb.  “Habertürk”ün yaydığı məlumata görə, Ahicelal məhəlləsində azərbaycanlı qadınların fahişəliyə cəlb edilməsi ilə bağlı polisə şikayət daxil olub.  Hüquq-mühafizə orqanları onların qaldığı evə basqın edərək, 61 yaşlı mənzil sahibini, 50 və 23 yaşında olan iki […]

Aktauda yaşayan azərbaycanlı iş adamı

Xeyirxah əməlləri çoxdur. Yataq xəstələrinə, cərrahi əməliyyat olunan insanlara, imkansızlara, kimsəsizlərə əl uzadıb, yardım edib. Amma soruşanda heç birini boynuna almır, bütün bunların Allahla özü arasında sirr olduğunu ifadə edir… Deyir ki,- “Qazandığım uğurlara görə üç nəfərə borcluyam- mükəmməl savad verdiyi üçün orta məktəb müəllimim Həmdulla Behbudova, mənə bacarıqlı, əzmkar […]

Azərbaycanlılar daha çox nələrdən narazıdır?

Keçən il Prezident Administrasiyasına müraciətlər sırasına daha çox sosial müdafiə, dövlət qulluğu, hüquq mühafizə orqanlarının fəaliyyəti, o cümlədən əfv məsələləri, habelə mənzil, şəhərsalma və tikinti, nəqliyyat, maliyyə və bank, bələdiyyələrin fəaliyyəti və digər məsələlər üstünlük təşkil edir. Turkustan.info-nun məlumatına görə, bunu Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin […]