Umud Mirzəyev “Vətən naminə” medalı ilə təltif edilib

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev  Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Birliyinin “Vətən naminə” medalı ilə təltif edilib.
Turkustan.info xəbər verir ki, Umud Mirzəyev  bu medala müharibədən zərərçəkmiş insanlar qarşısında göstərdiyi vətəndaş təşəbbüslərinə və xidmətlərinə görə layiq görülüb.
QHT sədrinə medalı  Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi  Mehdiyev təqdim edib.
105 Baxılıb