Ermənilər sağ qalmaq üçün qaçırlar – Yeqanyan

Ermənistan əhalisi 7 min nəfər azalıb.

Turkustan.info xəbər verir ki, bunu “Mobillik və miqrasiya axınları” siyasi seminarında çıxışı zamanı erməni demoqraf Ruben Yeqanyan deyib.

“Bu gün miqrasiya axınlarının hesablanmasına dair dəqiq sistemlər və kriteriyalar mövcuddur. Bizim dəyərləndirməmizə görə, keçən ilə nisbətdə bu rəqəm azalıb. Ölkədəki siyasi dəyişiklikdən sonra ermənilərin vətənə qayıtması üçün yeganə müsbət faktor psixoloji amil oldu. SSRİ zamanında olan miqrasiya axını ilə indiki arasında fərq mövcuddur. Əgər SSRİ zamanında insanlar xaricə həyat səviyyələrini artırmaq üçün gedirdilərsə, bu gün bunu sağ qalmaq üçün edirlər”, – o bildirib.   /Axar.az/

272 Baxılıb