Gürcüstan hökuməti separatçının büstünü götürməyi planlaşdırır – Ermənilər TƏŞVİŞDƏ

Azərbaycanda dinc əhalini qətlə yetirmiş “Kobra” ləqəbli terroçu Mikail Avakyana Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen kəndində abidə qoyulması həm azərbaycanlı, həm də gürcü ictimaiyyətinin etirazına səbəb olub.

Ötən gün Tbilisidə Gürcüstan parlamentinin binası önündə azərbaycanlılar, gürcülər, Abxaziya müharibəsi veteranları və ziyalılarla birlikdə keçirdikləri etiraz aksiyası narazılığın ciddi olmasından xəbər verirdi.

Onlar Gürcüstanın separatizmdən əziyyət çəkdiyini və belə bir zamanda bir separatçıya Gürcüstan ərazisində abidə qoyulmasını kəskin pislədilər və bunun birbaşa Gürcüstana zidd olduğunu bəyan etdilər.

Turkustan.info-nun Modern.az-a istinadən əldə etdiyi məlumata görə, Gürcüstan hökuməti etirazların geniş vüsət almasından, həmçinin, rəsmi Tbilisinin də Abxaziya və Cənubi Osetiya münaqişələrində separatizmdən zərər çəkdiyini nəzərə alaraq Mixail Avaqyannın Buqaşen kəndindəki büstünü götürmək qərarına gəlib. 

 

Bundan xəbər tutan öyrədilmiş və Gürcüstanda aranı qarışdırmaq istəyən ermənilər heykəlin gecə ilə götürülməsindən narahat qalaraq büstün qarşısında keşik çəkməyə başlayıblar. Məlumata görə, onlar öz aralarında növbə bölgüsü edərək separatçının  büstünü gecə-gündüz qorumaq qərarına gəliblər.

Qeyd edək ki, bir neçə gün bundan qabaq Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində erməni terrorçu Mikael Avakyana abidə qoyulub. Erməni separatçıya abidənin qoyulması Azərbaycan və Gürcüstan ictimaiyyətinin etirazlarına səbəb olub.

1. 243 Baxılıb