Lisenziya verilməsi çətinləşdi

Nazirlər Kabineti “Tənzimləyici təsirin təhlili Qaydası”nda dəyişiklik edib. 
Turkustan.info-nun məlumatına görə, Bu Qayda “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq, tənzimləyici təsirin təhlilini özündə ehtiva edir. 
Bura lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsinə dair qanun layihələrinin qəbul edilməsinin sahibkarlıq fəaliyyətinə mümkün təsirinin qiymətləndirilməsi və lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsipləri, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyənləşdirilməsi meyarları, habelə sahibkarların və dövlətin maraqlarının qorunması amili nəzərə alınmaqla, lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən qanunların  sahibkarlıq fəaliyyətinə təsirinin və qarşıya qoyulan məqsədlərə nail olunmasının qiymətləndirilməsi daxildir. 
İndiyə qədər lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsi təklif olunan sahədə mövcud vəziyyətin öyrənilməsi və təhlil edilməsi üçün onun kiçik və orta sahibkarlığın inkişafına təsirinə dair məlumatlar toplanıb, araşdırılıb. Bundan sonra bu halda həm də lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsi təklif olunan sahədə mövcud vəziyyətin öyrənilməsi və təhlil edilməsi üçün onun mikro sahibkarlığın inkişafına təsirinə dair məlumatlar toplanacaq, araşdırılacaq. 
Beləliklə, lisenziya və icazələrin verilməsi üçün tələblərin sırasına daha biri əlavə olunub.
115 Baxılıb