Prezidentdən Nazirlər Kabinetinə tapşırıq – 3 ay vaxt verildi

“Azərbaycan dəmir yolunun 2019-2023-ci illərdə inkişafı Dövlət Proqramı” hazırlanacaq. 
Turkustan.info-nun məlumatına görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb. 
Fərmana əsasən, Nazirlər Kabineti dəmir yolunun ölkədaxili daşımalarla yanaşı, regional və beynəlxalq daşımalarda artan rolunu nəzərə alaraq, onun fəaliyyətinin səmərəli və müasir tələblərə cavab verən səviyyədə qurulması və bunun üçün lazımi həcmdə sərmayənin cəlb edilməsini təmin etmək məqsədi ilə “Azərbaycan dəmir yolunun 2019-2023-ci illərdə inkişafı Dövlət Proqramı”nın layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 18 sentyabr 2015-ci il tarixli fərmanına əsasən Nazirlər Kabineti “Azərbaycan dəmir yolunun 2016-2020-ci illərdə inkişafı Dövlət Proqramı”nın layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli idi. Ancaq ötən dövr ərzində belə bir Dövlət Proqramı təsdiqlənməyib. Dövlət başçısının fərmanı bu sahədə yeni, yəni 2019-2023-cü illərdə dəmir yolunun inkişafı ilə əlaqədar Dövlət Proqramının hazırlanması və təsdiqlənməsini nəzərdə tutur.  /BakuPost/
667 Baxılıb