Müğənninin nişan üzüyünü “mafiya babası” taxdı – FOTOLAR

Türkiyənin tanınmış müğənnisi, “Küçük Onur” təxəllüsü ilə məşhurlaşan Onur Sarıqayanın nişan mərasimi keçirilib. 

Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, nişan mərasimində tanınmış “mafiya babası” Sedat Peker də iştirak edib. 

Məlumata görə, müğənninin nişan üzüyünü barmağına Sedat Peker taxıb. Nian mərasimindən görüntüləri sosial şəbəkədə “mafiya babası” özü paylaşıb.   

Qeyd edək ki, Onur Sarıqaya Ece Gökqaya ilə nişanlanıb.   /Cebhe.info/ 

Aydın
Cebhe.info

498 Baxılıb