Rektor tələbələrə yeni tövsiyələr verdi

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov tələbələrə daha 5 tövsiyə verib. Turkustan.info-nun məlumatına görə, rektor aşağıdakı tövsiyələrini bölüşüb:

1. Üzərinizdə əməyi olan insanlara təşəkkür edin. Bu bir fəzilətdir. 

2. Sözün ən doğrusuna qulaq asın. Sizə çox söz deyən və məsləhət verən olacaq. Çalışın aldanmayın. 

3. Dostlarınızı seçərkən diqqətli olun. Yaxşı dost sizə yaxşı əməlləri, pis dost pis əməlləri öyrədəcək. 

4. Dürüst və səmimi olun. Həyatda uğurun başlıca şərtlərindən biri dürüstlük və səmimilikdir. 

5. Hissə qapılaraq qərar qəbul etməyin. Sonrakı peşmançılıq fayda verməyəcək.

149 Baxılıb