Gün: Fevral 11, 2019

Türk ölkələri arasında siyasi və iqtisadi əməkdaşlıq yüksələn xətlə inkişaf edir

Ramil Həsən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının keçmiş Baş katibi, SIGA Beynəlxalq təşkilatın Vitse-prezidenti Ötən əsrin sonlarında baş verən geosiyasi dəyişikliklər nəticəsində dünyanın siyasi xəritəsində yeni müstəqil Türk dövlətlərinin yaranması və qloballaşan dünyanın çağırışları ilə üzləşməsi türkdilli xalqların daha çox birlikdə hərəkət etməsi zərurətinin yaranmasına gətirib çıxarmışdır. Ötən əsrin 90-cı illərindən […]

“Biz onu təyyarəyə mindirə bilməzdik, ona görə qərara aldıq ki…” – Üç ölkə kəşfiyyatı İranın nüvə alimini oğurladı

İsrail, Böyük Britaniya və ABŞ kəşfiyyatının İrandan nüvə alimini oğurlayıb aparmasına dair yeni təfərrüatlar var. İsrail mənbələri bildirir ki, alimin İrandan qaçırılmasını “Mossad” həyata keçirib. O, İsraildə dindirildikdən sonra bütün Avropadan keçirilməklə Britaniya adalarına , oradan isə Amerikaya aparılıb. İran hakimiyyəti alimin yoxa çıxmasından tez duyuq düşüb və onun axtarışı […]

“ABŞ və Rusiya bizi narahat edir, böhran dərinləşir” – Türkiyə

Öncə ABŞ Orta və yaxın mənzilli nüvə müqaviləsindən geri çəkildiyini bəyan etdi, daha sonra da Rusiya. Biz bu gedişatdan narahatıq. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bunu AKP sözçüsü Ömər Çelik bildirib. “Bu müqavilə ilə Avropaya raketlərin daxil olmasının qarşısı alınırdı. İndi bu müqavilənin ləğvilə yanaşı, soyuq müharibədən bəri əldə […]

Göygöl rayonunda Dədə Şəmşirin anım mərasimi keçirilib – FOTOLAR

XX əsr Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin vəfatının 39-cu ildönümü münasibətilə Göygöl rayonunda ustad sənətkarın büstü önündə anım tədbiri keçirilib. Anım mərasimində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin üzvləri, Kəlbəcər rayon Mədəniyyət Evinin kollektivi, Göygöl rayon Aşıq Şamşir adına müsiqi maktabinin kollektivi va ictimaiyyət nümayəndələri iştirak […]

Ermənistan Qarabağ danışıqlarından nə istədiyini açıqladı

Yaxın vaxtlarda XİN rəhbərləri səviyyəsində baş tutacaq görüşdə ən yüksək səviyyədə danışıqlar məsələsinə aydınlıq gətiriləcək  Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sənədə dair Ermənistan və Azərbaycan liderləri arasında heç bir razılaşma yoxdur. Turkustan.info bildirirki, bunu Sputnik Ermənistan radiosuna müsahibəsində Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan bildirib. Erməni mətbuatı yazır ki, son zamanlar […]

Ermənistan ordusunda daha bir itki

Ermənistan ordusunun hərbi hissələrindən birində ölüm faktı qeydə alınıb.  Turkustan.info erməni KİV-lərinə istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü hərbi qulluqçu Mesrop Qriqoryan odlu silahdan açılan atəş nəticəsində həyatını itirib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan faktı təsdiqləyib.   /Azvision.az/ 99 Baxılıb

Prezidentlər yenidən Soçiyə toplanır

Soçidə Suriya münaqişəsinin nizamlanmasına dair Astana prosesinin qarantı olan ölkələrin başçıları dördüncü dəfə toplaşır. Turkustan.info Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, prezidentlərin üçtərəfli görüşü fevralın 14-də keçiriləcək. Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıqlar zamanı Suriyada vəziyyəti uzun müddətə normallaşdırmaq məqsədi […]

Nazirlikdən daha bir şikayət: Vətəndaşa qotur inəklər verildi – FOTO

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “özünüməşğulluq proqramı”nın icrası çərçivəsində layihə qalibi olan və təssərrüfata sahib işsiz vətəndaşlara ailəsini dolandırmaq üçün heyvanlar verib. Amma bir çox rayonlarda bu proqramın icrasında xoşagəlməz hallara rast gəlinir və bununla bağlı çoxsaylı müraciətlər daxil olur. Turkustan.info xəbər verir ki, bu dəfə […]

Gürcüstanda təhlükə davam edir – Yeni xəbərdarlıq

Gürcüstanın müvafiq qurumları qrip virusu ilə bağlı əhaliyə yenidən xəbərdarlıq edir. Turkustan.info xəbər verir ki, müvafiq strukturlar fevralın 2-ci yarısı və mart ayında ölkə ərazisində qrip virusunun yenidən baş qaldıracağını bildirirlər. Gürcüstanın İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze deyib ki, ölkə ərazisində yanvar ayında tüğyan edən qrip […]

Azərbaycanda növbəti zəlzələ: Ağsu titrədi

Ağsu rayonunda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkan yerli vaxtla saat 19:29-da Pirqulu stansiyasından 9 km qərbdə qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.    /Axar.az/ 172 Baxılıb

Prezident Zahid Orucu yüksək vəzifəyə təyin etdi – Sərəncam

Prezident İlham Əliyev deputat Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, sərəncama görə, Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib. Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi Prezidentin 8 fevral 2019-cu il Fərmanı ilə yaradılıb.  Sosial […]

“Heç şəm ilə ram olmaz pərvanələriz bizlər…” Paşa Əlioğlu Kərimov-60

      Hələ məktəb illərindən şeirlərini sevə-sevə oxuduğum, bir şeirini isə (“Qaytar ana borcunu” ) əzbərdən dönə-dönə söylədiyim şairin oğludur o. İllər öncə Əlyazmalar İnstitutunda  işə başlayanda  da  onu, əvvəlcə,  şair Əli Kərimin oğlu kimi tanıdım. Hətta bir neçə dəfə institutun dəhlizində hörmətlə salamlaşanda  bilmədən “salam, Əli müəllim” də demişəm  ona…  […]

Öz bloqunuza başlamaq və peşəkar bloqçuluq fəaliyyətini öyrənmək istəyənlər üçün!

Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundationun maliyyə dəstəyi ilə XI qrant müsabiqəsi çərçivəsində İsa Zeynalın “Bloqqerlər Akademiyası” layihəsi həyata keçiriləcəkdir. Layihənin məqsədi kontent yaradılması istiqamətində daha peşəkar bloqqerlərin formalaşdırılmasıdır. Layihə çərçivəsində ümumilikdə 6 təlim sessiyası bloqqerlik fəaliyyətinə başlayacaq şəxslərə lazım olan spesifik mövzuları və bu istiqamətdə qarşılaşa biləcəyi çətinlikləri […]

Saytlara maliyyə ayrılacaq – Bəzi qərarlar verildi

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Toplantını giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib. Turkustan.info xəbər verir ki, iclasda öncə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərin maliyyələşməsi üçün şərtləri […]

Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivinin Qobustan rayonunda konserti keçirilib

Sumqayıt  Pegional  Mədəniyyət  idarəsinin  Abşeron  rayon  Xırdalan  şəhər  11  illik  musiqi  məktəbinin  kollektivi  İsmayıllı  Regional  Mədəniyyət  idarəsinin Qobustan  rayon  Təklə  kənd  uşaq  musiqi  məktəbinin  qonağı  olaraq, maraqlı  konsert  proqramı  ilə  çıxış  edib.  Tədbirdən  öncə  Təklə  kənd  uşaq  musiqi  məktəbinin  direktoru  Gülağa  Cəbrayılov  və  Abşeron  rayon  Xırdalan  şəhər  11  illik  musiqi  […]

Kredit borclarına dair yenilik – Keçən il aprelin 1-dək borcu olanlara…

Maliyyə Bazarlarına Nəzarət Palatası “Kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası”nda dəyişikliklər edib.  Turkustan.info-nun məlumatına görə, bu Qayda kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi qaydasını müəyyən edir. Kredit tarixçəsi məlumatların saxlandığı üsul və formadan asılı olmayaraq […]

Hadi Rəcəbli: Bizim də ailəmiz var

Mən şəxsən heç vaxt sosial şəbəkələrin, “Facebook”un əleyhinə olmamışam. Amma yazırlar ki, Hadi Rəcəbli “Facebook”un, sosial şəbəkələrin əleyhinədir, onların qapadılmasını istəyir. Hamısı yalandır. Əvvəla, biz demokratik, hüquqi, söz və mətbuat azadlığının geniş şəkildə təmin olunduğu ölkədə yaşayırıq. Azərbaycan cəmiyyəti şəffaf cəmiyyətdir. İkincisi, heç kim demir ki, sosial şəbəkələr bağlansın, qapadılsın. Amma dünyanın […]

Mehriban Əliyeva Bakıda körpələr evində – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nəsimi rayonundakı 1 nömrəli körpələr evində olub. Turkustan.info xəbər verir ki, körpələr evinin baş həkimi əvəzi Simuzər Topçubaşova Birinci vitse-prezidentə məlumat verib. Bildirilib ki, hazırda burada 3 yaşadək 13 uşaq var. Birinci vitse-prezident Mehriban Əliyeva valideyn himayəsindən məhrum olan uşaqlara daim diqqətlə […]

Məktəblilərə siqareti təbliğ edən “Dədə Qorqud” – Dərslikdəki BİABIRÇI SƏHV

V sinif Azərbaycan tarixi dərsliyinin üz qabığında və içərisində Dədə Qorqudun siqar çəkdiyi əks olunan görüntüsü verilib. Dərsliklərdə yanlışlığa yol verilməsi zaman-zaman gündəmə gəlir. Hər dəfə texniki səhv, diqqətsizlik adı ilə bağlı açıqlama verilir. Lakin tarixi şəxsiyyətin əlində siqarla şəklinin dərslikdə verilməsi necə izah edilə bilər? Tütün vasitələrindən istifadənin reklamı […]

Gürcüstanda azərbaycanlıların “yaddaşının silinməsi” prosesi gedir

Gürcülər azərbaycanlıları asanlıqla “digərləri” qrupuna daxil ediblər Gürcüstanın azərbaycanlı icması ətrafındakı vəziyyəti anlamaq baxımından Avropanın Etnikliyin və Multikulturalizmin Tədqiqi Mərkəzinin yeni analizinə önəm vermək lazımdır. Turkustan.info bildirir ki, bunu Gürcüstan İnsan hüquqları üzrə Qafqaz Monitorinq Mərkəzinin rəhbəri Elbrus Məmmədov Sputnik Azərbaycan-a müsahibəsində deyib. O, qeyd edib ki, son tədqiqatlar Gürcüstanın azərbaycanlı […]

Saakaşvilinin sensasion Gürcüstan planı: “Təcili və kəskin dəyişiklik…”

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hələlik ölkəsinə geri qayıtmaq haqda düşünmür. Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, o bu barədə Belçikada keçirilən beynəlxalq konfansda çıxışı zamanı bildirib. Mixail Saakaşvili fikrini Gürcüstana qayıtmaq üçün şərtlərin uyğun olmaması ilə əsaslandırıb: “Bu gün evə qayıtmaq üçün vəziyyət əlverişli deyil. Qarşıdakı həftələrdə və aylarda bu […]

Azərbaycanda xəstəyə süni ürək köçürüldü

Azərbaycanda ilk dəfə xəstəyə süni ürək köçürülüb. Turkustan.info bildirir ki, Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycanda və bir sıra xarici ölkələrdə dəfələrlə müalicə alan və ağır vəziyyətdə olan 55 yaşlı xəstə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib. Kardioloqlar Abbasəli Abbasəliyev və Şahin Xəlilov tərəfindən maksimal tibbi müayinə aparıldıqdan sonra xəstəyə […]

Mübariz İbrahimovun portreti Ermənistan Səfirliyindən asıldı – VİDEO

Gürcüstanda yaşayan soydaşlarımız bu ölkədə Xocalı soyqırımının iştirakçısı, Qarabağda mülki əhalini qətlə yetirən erməni terrorçu Mixail Avaqyanın büstünün qoyulmasına Mübariz İbrahimovun adı ilə cavab veriblər. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, soydaşlarımız Milli Qəhrəman Mübariz İbrahimovun böyük plakatlarını Tiflis şəhərindəki məşhur Sülh körpüsünün üstündən asıblar. Həmçinin, Tiflisdəki Ermənistan səfirliyinin hasarına […]

Rusiyadakı “dərin dövlət” kimdir? – “Putinin gedişinə hazırlaşın”

Rusiya prezidentinin köməkçisi Vladislav Surkovun “Nezavisimaya qazeta”da “Putinin gələcək üçün qurduğu əbədi sistem” adlı geniş həcmli yazısı yayınlanıb.  Turkustan.info xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu onun yazısını təhlil edib.  Politoloq bildirib ki, bu, Rusiya prezidenti Vladimir Putinin beynəlxalq aləmə göndərdiyi mesajdır: “Yazıda xeyli pafos var. Ancaq […]

“Təbiətin keşiyində” adlı düşərgəyə start verilib

Azərbaycan Respublikasının Gənclər Fondu, İDEA İctimai Birliyi (IDEA Campaign) və Azərbaycan Skautlar Assosiasiyasının (Azərbaycan Skautlar Assosiasiyası – Association of Scouts of Azerbaijan) maliyyə dəstəyi ilə təşkil olunan “Təbiətin keşiyində” adlı növbəti düşərgəyə start verilib. Düşərgədə Odlar Yurdu Gənclər İctimai Birliyinin könüllüləri Orxan Məmmədov və Fuad Cəfərlidə iştirak edib. IDEA-nın eko-skaut […]

Ərdoğanı təhqir edən 75 yaşlı kişiyə GÖRÜNMƏMİŞ CƏZA – FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi iddia olunan 75 yaşlı Əli Şahin haqqında istintaq əməliyyatları başladılıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, vətəndaş sorğuya çəkilib və bu zaman haqqında qaldırılan iddiaları təkzib edib. Lakin prokurorluq ona olduqca qəribə və nadir bir cəza verib. Belə ki, Əli Şahin bədii kitablar oxuyacaq […]

Plastik tullantılardan qurtulmağın yolu tapıldı – VİDEO

Yer planetinin ekoloji baxımdan əsas problemlərindən biri gündən-günə çoxalan plastik tullantılardır. Ekoloqların hesablamalarına görə, okean və zibilliklərdə hazırda beş milyard tona yaxın plastik tullantı var: onların çoxu heyvan və insanların məskənlərinə təhlükə yaradan toksik maddələr yayır. Bu barədə “Hi-News” məlumat yayıb. Alimlər uzun müddətdir ki, bu problemin həlli üzərində “baş sındırır”: kimi ekoloji […]

“Əgər vasitəçi Lavrovdursa…” – Qarabağ yenə dalanda – Şərh

“Bu həftə Almaniyanın Münhen şəhərində ənənəvi təhlükəsizlik konfransı keçiriləcək. Dünya iqtisadiyyatında Davos forumunun rolu nədirsə, dünya təhlükəsizlik məsələrinin müzakirəsində Münhen konfransı o qədər əhəmiyyətlidir”. Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Almaniyada keçiriləcək təbdirə 500 qonaq dəvət olunub: “Dünyanın diqqəti 3 gün Münhenə yönələcək. […]

Milli Məclis 32 məsələyə görə iclas çağırdı

Sabah- fevralın 12-də Milli Məclisin yaz sessiyasının növbəti iclası keçiriləcək. Turkustan.info-nunməlumatına görə, iclasın gündəliyinə 32 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında.  2. “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq […]

Bakıda “999” nömrəli “Mercedes”lə tutulan Sunay kimdir?

Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü barəsində yeni məlumatlar ortaya çıxıb. Turkustan.info-nun “Qafqazinfo”ya istinadla verdiyi məlumata görə, qəzanı törədən S.Vəliyev “Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. O, bahalı maşın kolleksiyalarını sosial şəbəkələrdə yaymaqla tanınıb. Qeyd edək ki, Məsud Vəliyev 2015-ci ildə dünyasını dəyişib. Xətai rayonunun polis və prokurorluq əməkdaşları […]

“Mən sadəcə qurban kimi seçilmişəm”- 25 nəfərin öldüyü yanğına görə həbs edilən şəxs

25 xəstənin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı məhkəmə davam edir. Turkustan.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, […]

İlahiyyatçı prezidentə müraciət etdi

İlahiyyatçı Elşad Miri “İslamda yoxdur…” adlı kitabının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qadağan edilməsi ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb.  Turkustan.info xəbər verir ki, o öz müraciətində kitabının əsassız olaraq qadağan edilməsindən, məzhəbpərəst ekspertin verdiyi qərəzli rəyindən bəhs edib. E. Miri kitabında 7 mövzunun əks olunduğunu […]

““Formula 1” müqaviləsinin uzadılması Azərbaycanın qələbəsidir” – Deputat Aydın Mirzəzadə

“Bu günlərdə məşhur “Formula 1” avtomobil yarışının Bakıda keçirilməsi ilə bağlı müqavilənin 2023-cü ilədək uzadılmasını Azərbaycanın, ilk növbədə Prezident cənab İlham Əliyevin apardığı xarici siyasətin növbəti qələbəsi kimi qiymətləndirmək olar”. Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə  sosial şəbəkədə bildirib. Deputatın […]

Azərbaycanda zəlzələnin afterşokları hələ də davam edir – Rəsmi açıqlama

“Hazırda ölkə ərazisində zəlzələnin afterşokları davam edir. Bundan sonra da afterşokların davam edəcəyi gözlənilir”. Turkustan.info bildirir ki, bunu report-a açıqlmasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Mətbuat katibi Vüsalə Rafiqqızı deyib. O bildirib ki, zəlzələ ocağı sönənə qədər aftrşoklar davam edəcək: “Fevralın 9-da axşam saatlarında […]

Dövlətə xəyanət edən şəxs ələ keçdi – DTX-dan əməliyyat

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən istintaq-əməliyyat tədbirləri zamanı Azərbaycan vətəndaşı, Mingəçevir şəhər sakini Ələkbərov Anar Vaqif oğlu dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb. Turkustan.info DTX-nın İctimai əlaqələr şöbəsinə istinadla bildirir ki, Anar Ələkbərovun 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq […]

İran-Azərbaycan sərhədində İNSİDENT – Sərhəd pozucusu güllələndi

2019-cu ilin 11 fevral tarixində saat 00:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Buravar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası əra­zisindən Azərbaycan Respublikası istiqa­mətində hərəkət edən 1 nə­fər naməlum şəxs müşahidə olunub. Turkustan.info bildirir ki,  Dövlət Sərhəd Xidmətindən Modern.az-a verilən […]

Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

Daxili İşlər naziri Ramil Usubov rəis müavininin yerini dəyişib. Turkustan.info-nun Unikal.org-a istinadən əldə etdiyi məlumata görə, general-polkovnik Ramil Usubovun əmri ilə, Xəzər rayon polis idarəsinin rəis müavini polis polkovnik-leytenantı Nizami Paşayev Şəki rayon polis şöbəsinə xidmət üzrə rəis müavini təyin edilib. Xəbəri Şəki rayon polis şöbəsindən Unikal.org-a təsdiqləyiblər. 188 Baxılıb

İcra başçısı təyin edilən gənc – Tərcümeyi-hal

5 fevral tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamla Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elşən Rövşən oğlu Salahovun tərcümeyi-halı məlum olub. Turkustan.info xəbər verir ki, Salahov Elşən Rövşən oğlu 1977-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı şəhəri 237 saylı orta məktəbi, 2000-ci ildə Xəzər Universitetini, 2005-ci […]

Bu sahələr üzrə çalışan işçilərin əməkhaqqı artacaq – SİYAHI

Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamı ilə cari il martın 1-dən minimum əməkhaqqının 38,5 faiz (50 manat) artırılaraq, 180 manata çatdırılması dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda çalışan azı 600 min işçinin əməkhaqqının artmasına imkan verəcək. Turkustan.info bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Oxu.Az-a verilən […]

Ukraynada azərbaycanlıya yüksək vəzifə verildi

Ukrayna dövləti Karpat bölgəsinin ekologiya və təbii ehtiyatlar sferasını azərbaycanlıya həvalə edib. Turkustan.info xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) İvano-Frankovsk vilayəti üzrə sədri Mətləb Nəcəfovun Report-a istinadən xəbər verir ki, əslən Azərbaycanın Masallı rayondan olan,1970-ci il təvəllüdlü Riyafət Sadiq oğlu Qasımov Ukraynanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin I […]

Azərbaycanda qadın yol polisi postunda uşaq dünyaya gətirdi – VİDEO

Ötən gün saat 20:00 radələrində Bakı-Mingəçevir xətti ilə hərəkət edən sərnişin avtobusu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının xidməti ərazisi olan “Nəvai” postunda dayanıb. Sürücü postda xidmət aparan YPX əməkdaşlarına yaxınlaşaraq onlardan kömək istəyib. Bildirib ki, sərnişinlərdən biri hamilədir və özünü pis hiss edir. Sərnişin […]

Azərbaycanda daha bir QANUN – Yaşı 35-dən çox olmayanlar…

Azərbaycanda “gənc alim və tədqiqatçı” anlayışı dəqiqləşdirilib. Turkustan.info-nun məlumatına görə, bununla bağlı “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklər edilir. Dəyişikliklərə əsasən, qanuna “gənc alim və tədqiqatçı” anlayışı əlavə edilir. Gənc alim və tədqiqatçılar yaşı 35-dən çox olmayan alim və tədqiqatçılar hesab olunacaqlar. Onların elmi fəaliyyətinin dəstəklənməsi dövlətin gənclərin siyasətinin həyata keçirilməsi […]

DTX-dən əməliyyat – Dövlətə xəyanət edən şəxs TUTULDU

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən istintaq-əməliyyat tədbirləri zamanı Azərbaycan vətəndaşı, Mingəçevir şəhər sakini Ələkbərov Anar Vaqif oğlu dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb. Turkustan.info bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, müəyyən olunub ki, Anar Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici […]

ABŞ-da yaşayan azərbaycanlı ekoloq xanım

Həssas, düyğusal, çox mehriban xanımdır. Eyni zamanda çətinliklərdən qorxmayan, əzmkar, iradəli, cəfakeş anadır. Azərbaycandan Amerikayadək uzun yol gəlib… Haqqında söhbət açdığım Nailə Əliyeva Bakıda anadan olub. 1982-ci ildə orta təhsilini başa vuraraq, Bakı Dövlət Universitetinə qəbul olunub. 1987-ci ildək oranın biologiya fakultəsində ali təhsilə yiyələnib. Bir müddət işləməyib, övladlarını böyüdüb. […]

Nazirin dərslik rüsvayçılığı: Şəhid Mübarizə təhqiri 5-ci sinif kitabına kim salıb?

Təhsil naziri Ceyhun Bayramov dərsliklərdəki biabırçılıqlara nəzarət eləmir. Eləsəydi, rüsvayçı nağıllar, axırı təhqirlə bitən hekayələr ortaya çıxmazdı Turkustan.info xəbər verir ki, nazirlik dərsliklərdəki rəzalətlərlə bağlı nə tədbir görür, nə nizamlayır.  Bunun nəticəsidir ki, yazıçı İbrahim Vahabovun “Qisas” hekayəsi 5-ci sinif “Ədəbiyyat” kitabında çap olunub və mətndə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun […]

“Xəstədən rüşvət almaq çox nalayiq hərəkətdir” – Neftçilər Xəstəxanasının baş direktoru

2018-ci ilin oktyabr ayından səhiyyə nazirinin əmri ilə Mərkəzi Neftçilər xəstəxanasına yeni baş direktor təyin olundu. O, invaziv kardioloq cərrah Ülvi Mirzoyevdir. Turkustan.info disput.az-a istinadən yeni direktorun son aylar ərzində xəstəxanada hansı dəyişikliklər etməsi barədə suallara cavablarını təqdim edir. Tibbi təhsilini xaricdə alan , magistraturanı Ankarada bitirmiş Ülvi Mirzoyev artıq 10 […]

YAP-çı gənclərə… 

Neçə gün idi “Heydər Əliyev və Türk dünyası” adlı tədbirə dəvətli idim. İlk andan bir az tərəddüd etsəm də, bu dəfə təkcə araşdırmaçı Sərxan Carçı olaraq deyil, Dünya Türklərinin İttifaqının üzvü olaraq dəvət edilmişdim deyə tədbirə qatıldım. Peşman da deyiləm, bir çox şeylər öyrəndim. Eyni zamanda düşündüyüm tənqidi sualları da […]

Özbekistan’da Türk Dili ve Kültürü Merkezi açıldı

Özbekistan’daki Alişir Nevai Özbek Dili ve Edebiyatı Üniversitesinde Türkiye’nin Taşkent Büyükelçiliği tarafından donatılan Türk Dili ve Kültürü Merkezi açıldı. Taşkent Büyükelçisi Mehmet Süreyya Er, TİKA Taşkent Program Koordinatörü Ali İhsan Çağlar, büyükelçilik mensupları, üniversite öğrencileri ve öğretim görevlileri ile çok sayıda davetlinin katıldığı törende, Taşkent Büyükelçiliği tarafından mobilya ve diğer […]