Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivinin Qobustan rayonunda konserti keçirilib

Sumqayıt  Pegional  Mədəniyyət  idarəsinin  Abşeron  rayon  Xırdalan  şəhər  11  illik  musiqi  məktəbinin  kollektivi  İsmayıllı  Regional  Mədəniyyət  idarəsinin Qobustan  rayon  Təklə  kənd  uşaq  musiqi  məktəbinin  qonağı  olaraq, maraqlı  konsert  proqramı  ilə  çıxış  edib.  Tədbirdən  öncə  Təklə  kənd  uşaq  musiqi  məktəbinin  direktoru  Gülağa  Cəbrayılov  və  Abşeron  rayon  Xırdalan  şəhər  11  illik  musiqi  məktəbinin  tədris  işləri  üzrə  direktor  müavini  Nəzakət  Vəliyeva, öz  çıxışlarında  belə  tədbirlərin  keçirilməsinin,  musiqi  məktəbləri  ilə  sıx  əməkdaşlıq  əlaqələrinin qurulmasının,  onların  inkişafı,  təhsil  alan  şagirdlərin  mənəvi – estetik  zövqünün  formalaşması  üçün  böyük  əhəmiyyət  kəsb  etdiyini  xüsusi  vurğulayıb.

Sonra  Təklə  kənd  uşaq  musiqi  məktəbi  şagirdlərinin  də  bir  neçə  musiqi  nömrəsi  ilə  qatıldığı  konsertdə,  Xırdalan  şəhər  11  illik  musiqi  məktəbinin  nağaraçalanlar  ansamblı  (rəhbərləri  Sarvan  Şirinov, Elşən  Hüseynov) ,  xalq  çalğı  alətləri  ansamblı  ( rəhbəri   Samir  Əhmədov)  xanəndəlik  sinfinin  şagirdləri  Sabir  Ağayev, İlqar  Məmmədov,  Səknə  Qasımova, Rəşad  İbrahimov, Hüybət  Qayıbalıyevin  ifaları  alqışlarla  qarşılanıb. 

Sumqayıt  Pegional  Mədəniyyət  idarəsinin 

Mətbuat xidməti

134 Baxılıb