““Formula 1” müqaviləsinin uzadılması Azərbaycanın qələbəsidir” – Deputat Aydın Mirzəzadə

“Bu günlərdə məşhur “Formula 1” avtomobil yarışının Bakıda keçirilməsi ilə bağlı müqavilənin 2023-cü ilədək uzadılmasını Azərbaycanın, ilk növbədə Prezident cənab İlham Əliyevin apardığı xarici siyasətin növbəti qələbəsi kimi qiymətləndirmək olar”.

Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə  sosial şəbəkədə bildirib.

Deputatın sözlərinə görə, ötən dörd il ərzində yarışın Bakıda yüksək səviyyədə təşkil edilməsi, yarışa gələn xarici turistlərin sayının artması və yarışın aparıcı telekanallarla nümayiş etdirilməsi Azərbaycanın cəlbedici və perspektivli ölkə olması anlamına gətirib:

“Həmçinin, ölkənin sürətlə inkişafı, turistlərdə Bakının qədim tarixi qorunmaqla müasir görkəmi haqda fikirlərin formalaşması yarışın gözəlliyini daha da artırır. Heç bir şübhə ola bilməz ki, prezidetin apardığı uğurlu siyasəti ilə Azərbaycanın qələbələri daha da artacaqdır”.  /Modern.az/

312 Baxılıb