Göygöl rayonunda Dədə Şəmşirin anım mərasimi keçirilib – FOTOLAR

XX əsr Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin vəfatının 39-cu ildönümü münasibətilə Göygöl rayonunda ustad sənətkarın büstü önündə anım tədbiri keçirilib. Anım mərasimində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin üzvləri, Kəlbəcər rayon Mədəniyyət Evinin kollektivi, Göygöl rayon Aşıq Şamşir adına müsiqi maktabinin kollektivi va ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə ustad sənətkarın büstü önünə əklillər düzülüb, ruhuna dualar edilib. Çıxış edən ictimaiyyət nümayəndələri bildiriblər ki, ötən il Dədə Şəmşirin 125 illik yubileyi ölkə miqyasında qeyd edilib, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2 aprel 2018-ci il tarixində sərəncam imzalayıb. Bu sərəncamı Dədə Şəmşirə, bütünlükdə saz-söz sənətinə verilən yüksək qiymət kimi dəyərləndirən ziyalılar bildiriblər ki, Ulu öndər Heydər Əliyev də ustad sənətkarın ədəbi-bədii irsinə yüksək qiymət vermiş, hələ 1973-cü ildə böyük sənətkarın 80 illik yubileyinin keçirilməsi ilə bağlı qərar vermişdir. 2003-cü il iyul ayının 5-də isə Heydər Əliyev “Aşıq Şəmşirin 110 illik yubileyinin keçirilməsi haqqqında” sərəncam imzalamışdır. Sərəncama əsasən, Aşıq Şəmşirin 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilib, Göygöl rayonundakı 7 illik uşaq musiqi məktəbinə Aşıq Şəmşirin adı verilib və büstü ucaldılıb.
Qeyd edilib ki, görkəmli sənətkar 39 il bundan öncə 87 yaşında vəfat etmiş, özünün vəsiyyətinə əsasən doğma Ağdaban kəndindəki “Yeddi qardaş dağı” deyilən yerdə dəfn edilmişdir. Təəssüf hissi ilə qeyd edilib ki, bu gün görkəmli sənətkarın məzarı doğma Kəlbəcərdə erməni girovluğundadır. Erməni vandalları onun məzarını dağıtmaqla yanaşı Dədə Şəmşirin və atası Ağdabanlı Şair Qurbanın külliyatını da yandırmışlar. Eyni zamanda çıxış edənlər əminliklərini bildiriblər ki, möhtərəm prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində işğal olunmuş bütün torpalarımız kimi Dədə Şəmşirin yurdu Kəlbəcər, Ağdaban düşmən tapdağından azad ediləcək və Dədə Şəmşirin növbəti anım günləri və eləcə də yubileyləri böyük sənətkarın doğma yurunda qeyd olunacaq.

113 Baxılıb