Gün: Fevral 12, 2019

BDU-nun 18 yaşlı tələbəsi QƏTLƏ YETİRİLDİ

Şirvan rayonunda qətl hadisəsi törədilib. Turkustan.info-nun məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib. Belə ki, 2001-ci il təvəllüdlü Fətullayev Rəşad Rauf oğlu atasının çalışdığı mağazanın qarşısında 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu tərəfindən bıçaqlanıb. R.Fətullayev aldığı xəsarətdən hadisə yerində ölüb. Qətli törədən şəxs ərazidən qaçıb. Qeyd edək ki, […]

Hərbçilərimiz beynəlxalq təlimdə iştirak edirlər – VİDEO

Türkiyənin Qars şəhərində keçirilən məşqlərlə yanaşı, Kayseri şəhərində paraşütçü komandolarımız da ən çətin tapşırıqları praktiki yerinə yetirirlər Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyə Respublikasında keçirilən beynəlxalq “Qış təlimi – 2019” təlimində iştirak edirlər. Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təlimin ssenarisinə əsasən, hərbçilərimiz sərt iqlim və çətin relyef şəraitində […]

Paşinyan: “Qarabağda müharibəyə hazır olmalıyıq”

“İrəvan Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllini mümkün hesab edir, amma bu, o demək deyil ki, Ermənistan müharibəyə hazır olmamalıdır.” Turkustan.info erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin növbəti 5 ildəki fəaliyyət proqramını parlamentə təqdim edərkən deputatlar qarşısında çıxışında deyib. Bildirib ki, […]

Ərdoğandan Şəmistan Əlizamanlıya jest – VİDEO

Hərbi-vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının ifa etdiyi “Bismillah” mahnısı bu il martın 31-də Türkiyədə keçiriləcək seçkilərdə AKP-nin seçki mahnısı olaraq qəbul edilib. Turkustan.info xəbər verir ki, Şəmistan Əlizamanlının “Diriliş Ertuğrul” serialında məharətlə ifa etdiyi “Zəfər bismillah” mahnısı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçki musiqisi seçilib. Qaziler.az-ın məlumatına görə, musiqini […]

Qlobal iqtisadiyyat üçün 3 təhdid: Nə qədər realdır?

Dünya yeni qlobal böhran təhdidi ilə üz-üzədir.  Beynəlxalq reytinq agentliklərinin açıqladığı hesabatlar dünya iqtisadiyyatı üçün heç də ümidverici səslənmir. Bugünlərdə “Deutsche Bank Securities”in baş iqtisadçısı Piter Xuper bir hesabatında qlobal iqtisadiyyatı gözləyən 3 böyük təhdid haqqında fikirlərini bölüşüb. O, 3 mövzuda da ən pis ssenarinin reallaşması vəziyyətində dünya iqtisadiyyatının 10 […]

Qənirə Paşayevadan çağırış: Pis bələdiyyələrdən də yazın

Bələdiyyələrin büdcə gəlirlərinə müsbət təsir göstərən mexanizm və qaydaların yaradılması vacibdir. Turkustan.info xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva deyib. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ni dəstəkləyən millət vəkili bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsinin tərəfdarı olduğunu bildirib: “İllik məruzədə qeyd edilir […]

Saakaşvili açıqladı: Bu ölkə məhv ola bilər

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili hazırki Ukrayna lideri Pyotr Poroşenkonun seçkilərdə qələbəsi halında, onun bir dövlət kimi süquta uğrayacağını ehtimal edir. Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, o bu barədə Almaniya KİV-nə açıqlamasında deyib. “Poroşenko başqasına dəyişdirilməsə, Ukrayna dövlətini süqut gözləyir. Ölkə çox yerə parçalana bilər”. Saakaşvilinin fikrincə, bütün namizədlərin öz […]

NATO-dan Rusiya ilə bağlı vacib bəyanat

Rusiya ilə münasibətlərin korlanmasına imkan verilməməlidir. Bu, vacib və təxirəsalınmaz məsələdir. VG nəşrinin məlumatına görə, bunu Brüsseldə NATO baş katibi Yens Stoltenberq Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş öncəsi bəyan edib. Qeyd edək ki, Stoltenberqin Lavrovla görüşü yaxın günlərdə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq. Stoltenberq qeyd edib ki, Rusiya ilə konstruktiv dialoq […]

Özbəkistan prezidenti onu tərifləyən mahnılar oxumağı qadağan etdi

Özbəkistanda prezidenti tərifləyən mahnılar oxumaq olmaz. “Uzbekkonsert”in rəhbəri Odil Abdukahhorov ölkədə müğənniləri belə davranmamağa çağırıb. Turkustan.info xəbər verir ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev onun şəninə oxunan mahnıların əleyhinədir. “Uzbekkonsert”in rəhbəri də özbaşına danışmır. Ona konkret təlimat veriblər. Abdukahhorov deyir: “Prezident özü də şəninə tərif söylənilməsini xoşlamır. Sonra ləkə axtaran jurnalistlər […]

Prezidentin vəzifə verdiyi Həsənov kimdir – Ömür yolu+FOTO

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yüksək etimadına görə minnətdarlığımı bildirirəm. Bu etimadı doğultmaq üçün var gücümlə fəaliyyət göstərəcəyimə söz verirəm”. Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, bunu “Feysbuk” sosial şəbəkəsindəki hesabında Prezident İlham Əliyevin az öncə imzaladığı sərəncamla Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilən Rəvan Həsənov bildirib. Qeyd […]

“Bu açıqlamalar danışıqların irəli getməsinə xidmət etmir”

“Ermənistan baş nazirinin mətbuat katibi bir məqamı düzgün qeyd edir ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır” Turkustan.info bildirir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a müsahibə verib. Sputnik Azərbaycan həmin müsahibəni təqdim edir: – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar son dövrlərdə […]

Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi

Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb. Turkustan.info bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Abel Məhərrəmov ürək çatışmazlığı diaqnozu Mərkəzi Klinik Xəstəxanaya ilə daxil olub.  Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində […]

Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirildi -FOTOLAR

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə Millət vəkilinin tapşırığına əsasən mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri dinlənilir. Növbəti qəbul 12 Fevral 2019-cu il tarixində keçirildi. Qəbulu aparan Millət vəkilinin nümayəndəsi Həbib Misirov bildirib ki, müraciətlər əsasən iş və yaşayış yeri ilə […]

Azərbaycanda qrip virusu ilə bağlı SON VƏZİYYƏT AÇIQLANDI

“Azərbaycanda qrip virusu ilə bağlı vəziyyət sabitləşib”. Turkustan.info xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib. Onun sözlərinə görə, Azərbaycanda adi qrip virusu yayılıb və insanların vahiməyə düşməsinə heç bir əsas yoxdur: “Ölkədə bu günə qədər qripdən ölüm faktı qeydə alınmayıb. İndiki qrip virusu aparılan müalicə tədbirlərinə tabe […]

Moskva ƏMR VERDİ: Ermənistan ordusu müharibəyə girir

Ermənistan ordusu Suriyada hərbi əməliyyatlarda iştirak edə bilər. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan deyib. Tonoyan qeyd edib ki, Ermənistanın humanitar missiyası Suriya hökumətinin müraciətindən sonra bu ölkəyə göndərilib. “Bu missiya tam şəkildə qanuna uyğundur. Əgər hərbi əməliyyatlarda iştirak ehtiyacı yaranarsa, Ermənistan qanunauyğun formada […]

AZƏRBAYCANDA GÖRÜNMƏMİŞ HADİSƏ – 49 min dolları sahibinə qaytardılar

Balakən sakininin evindən 49 min ABŞ dollarını oğurlayan şəxs və yaxud şəxslər yarım aydan sonra oğurladıqları pulları geri qaytarıblar. Hadisə yanvar ayının 25-i rayonun Qullar kəndində baş verib. Belə ki, kənd sakini Sabir Teliyev yaşadığı evdən nəməlum şəxs və yaxud şəxslər tərəfindən 49 min ABŞ dollarının oğurlanması ilə bağlı Balakən […]

Bəşəriyyəti məhv edəcək real TƏHLÜKƏ: Düymələr basılarsa… – FOTO

Nüvə müharibəsi təhlükəsi hər kəsi qorxudan bir mövzudur. Nüvə və konvensional (adi, şərti) silahlar arasındakı xəttin qeyri-müəyyənliyi bu təhlükəni artırır. Nüvə və qeyri-nüvə silahları arasında heç bir zaman dəqiq bir fərq olmayıb. Məsələn, B-29 bombardman təyyarəsi konvensional bombalar üçün nəzərdə tutulmuşdu. Amma 6 avqust 1945-ci ildə Yaponiyanın Hiroşima şəhərinə atom […]

Milli Aviasiya Akademiyasının tələbələrinə sertifikatlar verildi

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında artıq 3-cü ildir ki, vikipediya üzrə təlimlər keçirilir. Bu dövr ərzində vili-könüllülərdən ibarət 40-dan artıq qrup ödənişsiz əsaslarla təlimlərdə iştirak edib, maariflənmə imkanından bəhrələnib. Sevindirici haldır ki, Mərkəzi Elmi Kitabxananın təşkil etdiyi təlimlərin günü-gündən səmərəsi artır. Kitabxananın “Vikipediya Metodik Mərkəzi” tərəfindən keçirilmiş təlimlərin bu dəfəki iştirakçıları […]

Meriya “Qarabağa azadlıq” mitinqinə icazə vermədi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin (QK) fevralın 16-a təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib. Turkustan.info xəbər verir ki, BŞİH-də müraciətə baxılıb və Qarabağ Komitəsinin fevralın 16-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilməyib. BŞİH aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib. Bununla bağlı təşkilatçılara […]

“Vətəndaşlarımızı könüllülər hərəkatında yaxından iştirak etməyə çağırırıq” – Əli Həsənov

Könüllülük fəaliyyəti Azərbaycan gənclərinin potensialının üzə çıxarılması və səmərəli istifadə olunması üçün əlverişli imkanlar yaradır. Turkustan.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov “Facebook” səhifəsində yazıb. Ə.Həsənov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif toplantılarda və ictimaiyyətlə görüşlərində könüllülük fəaliyyətinin cəmiyyət […]

“Agentlik bunların qarşısını almırsa, deməli, rüşvət alır” – Deputat

“Bakıda köşklər əsasən universitetlərin yaxınlığında yerləşdirilib. Həmin köşklərin şüşəsinə siqaretlər düzülür. Bu, reklam deyil?”  Turkustan.info Azvision.az-a istinadənxəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, Bakıda siqaretlər açıq şəkildə reklam olunsa da, bunun qarşısı […]

“Pul uğrunda amansız mübarizə gedir” – Qüdrət Həsənquliyev

“Ölkədə prezident tərəfindən keçirilən sosial-iqtisadi islahatlar əhali tərəfindən rəğbətlə qarşılanır. Fikrimcə, bu islahatlar bələdiyyələri də əhatə etməlidir. Siyavuş Novruzov qeyd etdi ki, xaos müxalifəti aparılan islahatları öz adına çıxmaq istəyir, guya onların təzyiqi ilə bu islahatlar aparılır. Əslində demokratik qüvvələr bundan pərişan olmamalıdır. Onlar belə şantajla aparılan islahatların dayandırılmasını istəyirlər. […]

“Ermənistana ən yeni və yüksək dəqiqlikli silahlar ona görə veriləcək ki…”

“Nezavisimaya qazeta” Ermənistanın müdafiə naziri David Tonoyanın ötən həftə Moskvada apardığı danışıqlara dair siyasi baxımdan anqajə olunmuş və sifarişli xarakterli məqalə dərc edib. Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, məqalədə Rusiyanın Ermənistanı “ən yeni və yüksək dəqiqlikli silahlarla”, o cümlədən SU-30SM qırıcıları ilə silahlandıraraq “rəqib üzərində üstünlüyünü təmin etməyə” imkan […]

“Aqrar təhsilin təbliği” layihəsi davam edir

Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyət göstərən Aqrar İnkişaf Könüllüləri “Aqrar təhsilin təbliği” layihəsi çərçivəsində Gəncə məktəblilərinin Azərbaycan Dövlət Aqrar Universiteti ilə  tanışlığını  davam etdirir. Turkustan.info xəbər verir ki, Gəncə məktəbliləri ölkənin yeganə aqrar təhsil müəssisənin ilbəil inkişafını, maddi-texniki bazasının gücləndirilməsini, yeni laboratoriyaların qurulmasını, tədrisdə şəffaflığı, tələbələrin sosial durumlarına qayğını, tədrislə […]

Deputat dini ədəbiyyata qadağaya etiraz etdi

“Bu gün Azərbaycanda ən vacib məsələrdən biri kitab və mətbəə məhsulları üzərindən Əlavə Dəyər Vergisinin tamamilə ortadan qaldırılmasıdır. Ən yüksək ƏDV bizdədir, yəni 18%. Halbuki Türkiyədə bu rəqəm 8% olmasına rağmən bunu çox hesab edərək tamamilə ortadan qaldırırlar”. Turkustan.info-nun məlumatına görə, bunu deputat Fazil Mustafa Milli Məclisin iclasında deyib: “Qonşu […]

Paşinyan yeni inqilabın başladığını elan etdi

Ermənistanda ümumxalq iqtisadi inqilabı başlanılıb. “Sputnik-Armeniya”nın yaydığı məlumata görə, bu bəyanatı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentə hökumət proqramını təqdim edən zaman səsləndirib. Paşinyan bildirib ki, Ermənistan bir daha kriminal-oliqarx idarəçilik sisteminə qayıtmayacaq.   “Yaxın zamanda, vətəni kriminal-oliqarx və korrupsiyaçı idarəetmə sisteminin sonuncu batsillərindən (çöpşəkilli mikrob – red.) təmizləməliyik”, – Paşinyan […]

Dünya tikan üstündədir: ABŞ Tehrana hücum edərsə, İran Təl-Əvivi yer üzündən siləcək

İsrailin baş naziri Benyamin Netanyahu İrandan gələn “ABŞ bizə hücum edərsə, biz də Təl-Əviv və Hayfanı yer üzündən silərik” açıqlamasına reaksiya verib. Turkustan.info xəbər verir ki, baş nazir bu təhdidə elə təhdidlə cavab verib. Netanyahu bildirib ki, İran buna cəhd edərsə, bu, onların qeyd etdiyi son inqilab bayramı ola bilər: “İrandan […]

Azərbaycanda dağıdıcı zəlzələlər… – Seysmoloji Xidmət

Azərbaycanda hər hansı güclü və dağıdıcı zəlzələlər gözlənilmir. Turkustan.info-nun məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, fevralın 5-də Ağsu və Şamaxı rayonlarında baş verən zəlzələlərdən sonra ərazidə afterşokların qeydə alınması davam edir: “AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi […]

Ali məktəblərin bakalavriat pilləsi üzrə yeni ixtisaslar yaradılıb – SİYAHI

“Bakalavriat səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb, bir çox ixtisaslar ləğv olunub”. Modern.az-ın məlumatına görə, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib. O qeyd edib ki, 15 yanvarda DİM-in çap etdiyi “Abituriyent” jurnalında  balakavr pilləsi üzrə 174 ixtisas olsa da, bu gün Nazirlər Kabinetinin təstiq etdiyi “Ali təhsilin bakalavriat (əsas (baza […]

Yəhudi müğənni Tofiq Quliyevin mahnısını ABŞ Senatında oxudu -VİDEO

Buxara yəhudi konqresinin 20 illiyi münasibətilə ABŞ Senatında təşkil olunan şam yeməyində buxaralı müğənni Rəşid Rubinov məşhur Azərbaycan mahnısı “Yalqızam, yalqız”ı ana dilimizdə ifa edib. Turkustan.info xəbər verir ki, bu ifa həmin məclisdə qonaq kimi iştirak edən, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovu o dərəcədə məmnun edib ki, o yəhudi ifaçıya […]

Keçmiş nazirin sürücüsü maşını ilə yoxa çıxdı: ”Düşünürəm ki, onları oğurlayıb…”

Ağstafada olan keçmiş daxili işlər naziri İsgəndər Həmidovun sürücüsü və maşını yoxa çıxıb. Turkustan.info bildirir ki, bu barədə Yenicag.az-a danışan eks nazir bildirib ki, onlar Ağstafadan Qazaxa taksi ilə gediblər. Geri qayıdarkən isə nə maşını, nə də sürücünü tapmayıblar. İsgəndər Həmidovun sözlərinə görə, sürücüsü və maşını yoxa çıxıb Sürücüyə zəng […]

Məhkəmələrdə dollar kreditləri ilə bağlı 200 minə yaxın iş var – Vahid Əhmədov

Deputat Vahid Əhmədov Milli Məclisin iclasında problemli kreditlərlə bağlı məsələ qaldırıb. Turkustan.info-nunməlumatına görə, o bildirib ki, narahatedici məsələlərdən biri də dollar krediti ilə bağlıdır: “İnsanların bu sahədə çox ciddi problemləri olduğu üçün Prezident İlham Əliyevdən xahiş edərdik ki, bu məsələyə də baxsın”-deyə V.Əhmədov söyləyib. O bildirib ki, hazırda bu məsələlərlə bağlı […]

Deputat qiymət artımına etiraz etdi

“Prezident seçkilərindən sonra Azərbaycanda struktur islahatlarının yeni mərhələsi başlayıb”. Turkustanş.info-nun məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Əli Məsimli bildirib. O qeyd edib ki, islahatlar xalq tərəfindən dəstəklənir. Deputat Prezidentin minimum əmək haqqının 130 manatdan 180 manata qaldırılması ilə bağlı sərəncamını da dəstəkləyib. Ə.Məsimli ölkədəki qiymət artımından da danışıb. “Cənab Prezidentin […]

DTX İkram Rəhimovla bağlı səs yazıları yaydı

Ötən illər ərzində ayrı-ayrı şəxslər barəsində böhtan xarakterli və rüsvayedici məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olan müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırılıb, ölkə ərazisində “reket” nəşrlər […]

Azərbaycan İlahiyyat İnstitutunun kataloqu çap olunub

Azərbaycan İlahiyyat İnstitutunun(Aİİ) yaranma tarixini, missiyasını, məqsədini və digər fəaliyyət sahələriniəks etdirən kataloq çap olunub.Azərbaycan dilində çapdan çıxmış 77 səhifəlik kataloqda İnstitut haqqında ətraflı məlumat və ali təhsil müəssisəsinin həyatını əks etdirən fotolar yer alıb. Kataloq “Nə üçün Aİİ?”, “Tariximiz”, “Missiyamız”, “Məqsədimiz”, “Əsas dəyərlərimiz”, “Akademik təqvim”, “Akademik siyasət”, “İxtisas proqramları”, […]

Qənirə Paşayeva sakinlərlə görüşdü: Araşdıracağıq…

Millət vəkili Qənirə Paşayeva Tovuzun Qovlar şəhərində sakinlərlə görüş keçirib. Turkustan.info xəbər verir ki, deputat görüşdə sakinlərin müraciətlərini dinləyib və onların həlli istiqamətində müvafiq qurumlara müraciət edib. Bir çox xəstələri ziyarət edən millət vəkili onların bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda […]

Kamal Abdulla qalmaqallı dekanı işdən çıxardı

Azərbaycan Dillər Universitetinin filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli vəzifəsindən azad olunub. Turkustan.info bildirir ki, bu barədə Oxu.Az-a universitetdən məlumat verilib. Universitetin rektoru, akademik Kamal Abdulla Vüsalə Ağabəylinin 0.5 ştat üzrə baş müəllim vəzifəsində saxlanılmaqla dekan vəzifəsindən azad olunması haqqında əmr imzalayıb. ADU-dan qeyd edilib ki, aparılmış müvafiq araşdırma zamanı […]

Ərdoğan Azərbaycana yeni hərbi attaşe təyin etdi

Türkiyənin Azərbaycanda yeni hərbi attaşesi təyin edilib.  “Resmi Gazete”nin məlumatına görə, müvafiq qərar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib. Bu vəzifəyə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının İnspeksiya və qiymətləndirmə bölməsinin rəis müavini, general İsmayıl Hakkı Köseali təyin olunub. Bundan başqa, Türkiyə SQ hərbi bölmələrinə də bir sıra komandanlar – […]

Şagirdlərimizin növbəti uğurları

Sumqayıt Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri növbəti uğurları ilə bizi sevindirib. Belə ki, Abşeron rayon Ceyranbatan uşaq incəsənət məktəbinin 4-cü sinif şagirdi Nuray Allahverdiyeva və Qubadlı rayon Mahmudlu kənd uşaq musiqi məktəbinin şagirdləri Məhəmmədəmin Nəsirli və Əminə Nəsirli Türkiyədə keçirilən “Uluslararası Sanat Yarışmaları […]

Azərbaycana kəskin soyuqlar gəlir – XƏBƏRDARLIQ

“Bu il fevral ayının birinci ongünlüyü nisbətən mülayim keçdi. Şimaldan arktik hava kütlələrinin müdaxiləsi, demək olar ki baş vermədi. Nəticədə havanın orta temperaturu çoxillik norma göstəricilərindən 2,8 dərəcə yüksək oldu. Lakin ikinci ongünlükdə hava şəraiti dəyişəcək”. Turkustan.info bildirir ki, bu sözləri publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya […]

ABŞ-da intalya oyma üsulunu yaşadan azərbaycanlı rəssam

Üzeyir Hacıbəyovun- “Səsi ürəkləri fəth edən qadın”, deyə ictimaiyyətə təqdim etdiyi Azərbaycanın məşhur opera ifaçısı Sona Aslanovanı yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır. Bu gün sizə onun nəvəsi Lalə xanımdan söhbət açacağam. O, Kaliforniya ştatının Los Anceles şəhərində yaşayır… Lalə Rəhimov(a) Moskvada dünyaya gəlib. Orta təhsilini orada başa vurub… 2000-ci […]

Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzində bu işləri görəcək…

Prezident İlham Əliyev Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında fərman imzalayıb. Mərkəzin yaradılmasında əsas məqsəd ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirməkdir. Fərmana əsasən, Sosial […]

Rusiya ölüm peyki yaradıb – ABŞ NARAHATDIR

ABŞ Rusiyanı başqa ölkələrə məxsus kosmik aparatları sıradan çıxara biləcək cihaz hazırlamaqda ittiham edib. Turkustan.info xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin tədqiqat idarəsinin hazırladığı hesabatda bildirilir. Məlumata görə, Rusiyaya məxsus kosmik təftiş aparatlar ikili xarakter daşıyır. Belə ki, bu aparatlar başqa ölkələrə məxsus aparatlar sıradan çıxarmaq üçün də istifadə […]

İran inqilabını sonuncu dəfə qeyd etdi – Netanyahu

İsrail İranın Təl-Əviv və Hayfanı dağıdacağı ilə bağlı təhdidlərindən qorxmur. Turkustan.info xəbər verir ki, bu bəyanatı İsrail Baş naziri Benyamin Netanyahu yayıb. “Mən İran rejimi tərəfindən təhdidləri nəzərə alıram, amma onlar məni qorxuda bilməzlər. Əgər bu rejim dəhşətli səhvə yol verib, Təl-Əvivlə Hayfanı dağıtmağa cəhd etsə, hədəfinə nail ola bilməyəcək. […]

Bu kişi 5000 insanı çətənə yağı ilə ölümdən xilas edib

Mühəndis-mexanik və həvəskar həkim olan Rik Simpsonda 2002-ci ildə dəri xərçəngi aşkarlanıb. O özünü çətənə yağı ilə müalicə etmək qərarına gəlib. Hazırda o, dünyada bu yağın istifadəsinin leqallaşmasını tələb edən fəallardan biri kimi tanınır. Simpson bu yağ vasitəsilə 5000 insanı ölümcül xəstəlikdən sağaldıb.  Turkustan.info-nun Medicina.az-a istinadən xəbərinə gröə, Rik Simpson Belqradda […]

Milli Məclis toplanır – 32 məsələyə baxılacaq

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. İclasda əvvəlcə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək. Daha sonra iclasda “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi, “Xəzəryanı dövlətlərin hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi, Əmək Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, […]

“Aqrar təhsilin təbliği” layihəsi davam edir

Gəncə məktəbliləri ölkənin yeganə aqrar təhsil müəssisənin ilbəil inkişafı, maddi-texniki bazasının gücləndirilməsi, yeni laboratoriyaların qurulması, tədrisdə şəffaflıq, tələbələrin sosial durumlarına qayğı, tədrislə təcrübənin əlaqəli aparılması ilə yaxından tanış olurlar.Bu da orta məktəb və universitet arasında əməkdaşlığa daha real əsaslar üzərindən geniş imkanlar açır. “Aqrar təhsilin təbliği” layihəsi çərçivəsində ADAU-nun növbəti […]

Azərbaycanda daha iki bank bağlanır

Azərbaycanda daha iki bank bağlanmaq təhlükəsilə üz-üzədir. Maliyyə bazarlarındakı mənbənin Modern.az-a verdiyi məlumata görə, yaxın vaxtlarda Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı qərarını açıqlayacaq. Mənbə qeyd edir ki, artıq hər iki bankın rəhbərliyinə rəsmi məktub da göndərilib. Bankların rəsmi olaraq bağlanması elan olunmasa da, artıq əmanətçilər öz əmanətlərini geri çəkmək istəyir. […]

Türkiyə milli pilotsuz uçuş aparatını təqdim edəcək – VİDEO

Türkiyə Aviasiya və Kosmik Sənaye Qapalı Səhmdar Cəmiyyəti ANKA pilotsuz uçuş aparatı layihəsini tamamlayıb. Bu barədə Haberturk.com məlumat yayıb. ANKA-nın son sınaqları həyata keçirilir və aparat martda Türkiyədə təqdim ediləcək. Aparat kəşfiyyat, müşahidə və döyüş vəzifələrini həyata keçirəcək. 750 kiloqramdan artıq yük daşıya bilən PUA 6100-7600 metr məsafəni qət edə və 24 saat […]