Ərdoğan Azərbaycana yeni hərbi attaşe təyin etdi

Türkiyənin Azərbaycanda yeni hərbi attaşesi təyin edilib. 

Resmi Gazetenin məlumatına görə, müvafiq qərar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.

Bu vəzifəyə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının İnspeksiya və qiymətləndirmə bölməsinin rəis müavini, general İsmayıl Hakkı Köseali təyin olunub.

Bundan başqa, Türkiyə SQ hərbi bölmələrinə də bir sıra komandanlar – general və admirallar təyin edilib.

350 Baxılıb