“Aqrar təhsilin təbliği” layihəsi davam edir

Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyət göstərən Aqrar İnkişaf Könüllüləri “Aqrar təhsilin təbliği” layihəsi çərçivəsində Gəncə məktəblilərinin Azərbaycan Dövlət Aqrar Universiteti ilə  tanışlığını  davam etdirir.

Turkustan.info xəbər verir ki, Gəncə məktəbliləri ölkənin yeganə aqrar təhsil müəssisənin ilbəil inkişafını, maddi-texniki bazasının gücləndirilməsini, yeni laboratoriyaların qurulmasını, tədrisdə şəffaflığı, tələbələrin sosial durumlarına qayğını, tədrislə təcrübənin əlaqəli aparılmasını görür, tədris prosesi ilə ilə yaxından tanış olurlar. Bu da orta məktəb və universitet arasında əməkdaşlığa daha real əsaslar üzərindən geniş imkanlar açır.

“Aqrar təhsilin təbliği” layihəsi çərçivəsində ADAU-nun növbəti qonağı  şəhər 1 saylı məktəbin şagirdləri olub, peşəyönümü və ölkəmizdə aqrar sahəyə marağın artırılması məqsədilə tədris korpuslarına baxıb, universitet haqqında geniş məlumat əldə ediblər.

Aqrar İnkişaf Könüllüləri onlara Universitetin tarixi,Tələbə evi, mövcud ixtisaslar, texniki təchizat, quşçuluq, balıqçılıq laboratoriyaları, bildirçin bəsləmə mərkəzi haqqında ətraflı məlumat veriblər.

Şagirdlər “John Deere” auditoriyası, anatomiya və patoloji anatomiya muzeylərinə daha böyük maraq göstəriblər. ADAU-nun Tələbə evlərindən başlanan ekskursiya zamanı Universitetdə keyfiyyətli təhsil üçün yaradılan müasir şərait şagirdlərin böyük marağına səbəb olub.

198 Baxılıb