C. İyl 19th, 2019

BDU-nun 18 yaşlı tələbəsi QƏTLƏ YETİRİLDİ

Şirvan rayonunda qətl hadisəsi törədilib.

Turkustan.info-nun məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Fətullayev Rəşad Rauf oğlu atasının çalışdığı mağazanın qarşısında 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu tərəfindən bıçaqlanıb. R.Fətullayev aldığı xəsarətdən hadisə yerində ölüb. Qətli törədən şəxs ərazidən qaçıb.

Qeyd edək ki, R.Fətullayev BDU-nun tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.  /Report/