Rusiya ölüm peyki yaradıb – ABŞ NARAHATDIR

ABŞ Rusiyanı başqa ölkələrə məxsus kosmik aparatları sıradan çıxara biləcək cihaz hazırlamaqda ittiham edib.

Turkustan.info xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin tədqiqat idarəsinin hazırladığı hesabatda bildirilir. Məlumata görə, Rusiyaya məxsus kosmik təftiş aparatlar ikili xarakter daşıyır. Belə ki, bu aparatlar başqa ölkələrə məxsus aparatlar sıradan çıxarmaq üçün də istifadə edilə bilər.

Amerikalı hərbçilərin hesablamalarına görə, bu aparatlar başqa ölkələrə məxsus kosmik cihazlara təhlükəli məsafədə yaxınlaşa bilər. Onları sıradan çıxarmaq üçün də hər cür imkana malikdir.

Rusiya sözügedən aparatın sınağını 2017-ci ildə keçirib.    /Cebhe.info/

 

216 Baxılıb