Gün: Fevral 14, 2019

“Ermənistanla münasibətlərimizdə dəyişiklik olacağı gözlənilməsin” – Türkiyə səfiri ilə MÜSAHİBƏ

Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Ərkan Özoral Axar.az-a müsahibə verib. Müsahibəni təqdim edirik: – Cənab Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin 20-ci Zirehli Alay Komandanlığının generalı İsmayıl Haqqı Köseəli Türkiyənin Azərbaycandakı hərbi attaşesi təyin etdi. General Şanlı Urfadan, Suriya ilə sərhəddən göndərildi. Türkiyənin Azərbaycana belə bir adamı göndərməsi nə məna kəsb edir? […]

Azərbaycanda bu qidalar bazardan yığışdırılacaq

Azərbaycanda qida məhsullarında sağlamlıq üçün təhlükəli maddələr aşkar olunacağı təqdirdə, istehsalçılar həmin məhsulları bazardan geri çağırmalı olacaqlar. Turkustan.info-nun məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov deyib. O bildirib ki, bu cür təcrübə hazırda avtomobil istehsalçıları tərəfindən tətbiq olunur: “Azərbaycan üçün bu, yəqin ki, yenilik olacaq. Əsas […]

Mehriban Əliyeva: Gəncə ilə bağlı bütün məsələlər diqqət mərkəzimdədir

Yenidən Gəncədə olmağımdan çox şadam. Son dəfə beş il bundan əvvəl Gəncədə olmuşam. Gəncə qədim mədəniyyət mərkəzidir. Bütün dövrlərdə Gəncə incəsənət, mədəniyyət, memarlıq sənəti ilə tanınıb. Gəncə dahi Nizaminin yurdudur. Azərbaycan xalqının Gəncədə yaşayıb-yaradan görkəmli nümayəndələri bizim milli sərvətimizdir. Ona görə Gəncədə olmaq mənim üçün hər zaman çox xoşdur və […]

APA fəaliyyətini bərpa edir – Lent.az da qayıdır

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır. Turkustan.info bildirir ki, Online News Agency (ONA) adlanacaq agentlik artıq dövlət qeydiyyatından keçib. Bir neçə dildə fəaliyyət göstərəcək agentliyin video xidməti də olacaq. Agentliyin təsisçisi Vüsalə Mahirqızı, baş direktoru Nurşən Quliyevdir. Əldə etdiyimiz məlumata görə, agentlik əsasən ötən il fəaliyyətini dayandırmış APA-nın kollektivi əsasında […]

Mehriban Əliyeva Gəncədəki “Xan bağı”nda sakinlərlə görüşdü – FOTOLAR

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncənin görməli yerlərindən biri olan “Xan bağı” mədəniyyət və istirahət parkında sakinlərlə görüşüblər. Turkustan.info-nun məlumatına görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya “Xan bağı”nın simasının tamamilə dəyişdiyi barədə məlumat verilib. Qafqazın ən qədim parklarından biri, yaşı 200-dən çox […]

Mehriban Əliyeva Gəncədə “İmamzadə” dini kompleksi ziyarət edib – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədə “İmamzadə” dini kompleksini ziyarət ediblər. Turkustan.info AZƏRTAC-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov VIII əsrə aid tarixi memarlıq abidəsi olan və xalq arasında “Göy günbəz”, “Göy məscid”, yaxud “Göy İmam” kimi […]

Sahil Babayev: Martın 1-dən pensiya 38 faiz artır – VİDEO

Bu barədə nazir özü məlumat verib “Əmək pensiyasının minimum məbləği martın 1-dən 38,5 faiz artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılacaq”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına […]

İranda bir sutkada ikinci terror aktı – Ölənlər var

İranın Sistan və Bəlucistan əyalətində polislə naməlum şəxslər arasında silahlı qarşıdurma olub. Turkustan.info xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub. Əlavə edək ki, fevralın 13-də axşam saatlarında Sistan-Bəlucistan əyalətində daha bir silahlı olay yaşanıb. “Sepah”ın sərhəd qüvvələrini daşıyan avtobusa qarşı silahlı hücum nəticəsində 27 “Sepah”çı həlak olub, 13-ü […]

Azərbaycanda tələbələrin təqaüdləri artırıldı – Siyahı

Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, Sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının […]

Okeanın o tayında sensasion plan

Müxalifət 24 saata Maduronu devirməyi planlaşdırıb Müxalifət Birləşmiş Ştatların dəstəyini əldə etdikdən sonra dərhal Nikolas Maduronu devirməyi planlaşdırıb. Turkustan.info Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri yüksək rütbəli amerikalı məmura istinadən xəbər verir. Nəşrin mənbəsi iddia edir ki, “Karakasdan olan insanlar” Vaşinqtona planı təqdim edərək söz […]

1000 ədəd siqaret üçün 20 manat vergi alınacaq

Cari il yanvarın 1-dən Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliklər çərçivəsində aksizli mallara vergi nəzarətini nəzərdə tutan müddəalar üzrə əlavə və dəyişikliklər aparılıb.  Turkustan.info bildirir ki, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Avropa.info-ya verilən məlumata görə, məcəllənin 190-cı maddəsi ilə müəyyənləşən aksizli malların siyahısına energetik içkilər, elektron siqaretlər üçün maye və […]

Paşinyanla Putin arasında məxfi razılaşma? – İnqilab lideri Ağ Evdən “qovulur”

Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində kəskin ritorikanın artması müşahidə olunur.  2016-cı ilin aprel döyüşlərindən sonra dayanmış danışıqlar prosesi ötən ilin sonlarından başlayaraq qismən bərpa olunsa da, Ermənistanın yeni rəhbərliyi müharibə əhval-ruhiyyəsinə köklənmiş bəyanatlar səsləndirir. Baş nazir Nikol Paşinyanın son bəyanatları Ermənistanın danışıqlar prosesində heç bir kompromisə getmək istəmədiyini göstərir. Hətta Paşinyan […]

Daha 200 nəfərin saxta əlilliyi ləğv edildi – Pulları geri qaytaracaqlar

Bu ilin yanvarında daha 200 əsassız əlillik ləğv edilib. Turkustan.info-nun məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ötən il Azərbaycanda 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktı aşkarlanıb: “Səhiyyə Nazirliyi ilə birgə yaradılan İşçi qrupu bu məsələ ilə ciddi məşğuldur. Araşdırma […]

Sumqayıtın 70 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info-nun məlumatına görə, 2019-cu ilin noyabr ayında Sumqayıtın şəhər statusu almasının 70 illiyi tamam olur. Sumqayıt yarandığı dövrdən etibarən müasir sənaye şəhərinə çevrilmək istiqamətində qazandığı uğurların miqyasını ildən-ilə genişləndirərək parlaq inkişaf yolu keçmişdir. Özünün iri müəssisələr şəbəkəsi […]

Samux məktəbliləri ADAU-dan böyük təəssüratla ayrılıb

ADAU ilə tanış olmaq, burdak şəraiti öz gözləri ilə görmək üçün bu dəfə Samux rayonunun yuxarı sinif şagirləri təhsil müəssisəsini gəziblər.  Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyət göstərən Aqrar İnkişaf Könüllülərinin  “Aqrar təhsilin təbliği” layihəsi çərçivəsində baş tutan tanışlıq şagirdlərdə böyük təəssürat yaradıb. Onlar bu cür inkişaf ömrü yaşayan universitetə heyranlıqları […]

Aİİ-də “Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş olunacaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında imzaladığı Sərəncama əsasən,Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ)18 fevral 2019-cu il tarixdə, saat 14:00-da tədbir keçiriləcək. Tədbirdə Xocalı soyqırımının 27-cı ildönümünə həsr edilmiş “Xocalıda məhv olmuş 8 ailə” filminin nümayişi təşkil olunacaq. Sənədli filmAzərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət […]

Gəncə Rayonlararası Ruhi-Əsəb Dispanserində səlahiyyət davası

Dispanserin psixoloq həkimindən baş həkimə qarşı ağır ittihamlar Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə Surəti: Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti Mehriban xanım Əliyevaya, Surəti:Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Zakir Qaralova, Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri Cənab Raml Usubova,, Surəti: Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Cənab Mədəd Quluyevə, Surəti: […]

Azərbaycanda vəzifəli şəxs dəhşətli qəzada vəfat etdi – QORXUNC FOTO+VİDEO (TƏFƏRRÜAT)

Dünən Balakən rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Qasbinə kəndi ərazisində – Beşbulaq adlanan ərazidə Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü Başar Saminin idarə etdiyi TIR ilə toqquşan “Toyota RAV4” markalı minik avtomobilində vəfat edən 1985-ci il təvəllüdlü Alqayev Samir […]

Bakının mərkəzində DƏHŞƏT – Güllələnmiş meyit tapıldı

Bakıda dəhşətli hadisə baş verib. Turkustan.info-nun Publika.az-a istinadən əldə etdiyi məlumata görə, Nəsimi rayonu Bakıxanov küçəsi ərazisində yerləşən binada 1955-ci il təvəllüdlü Məmmədbəyov Ramiz Azad oğlunun üzərində güllə xəsarətləri olan meyiti tapılıb. İlkin araşdrmalar zamanı həmin şəxsin özünü güllələyərək intihar etdiyi məlum olub. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi […]

Qazaxıstanlı nazir azərbaycanlı şairi təltif etdi

Qazaxıstanın mədəniyyət və idman naziri A. Muxamedoğlu azərbaycanlı gənc şairi təltif edib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc şair Ruslan Dost Əli “Təşəkkürnamə” ilə təltif olunub. “Təşəkkürnamə”də qeyd bildirilir ki, Qazaxıstan Respublikası höküməti adından Qazax-Azərbaycan ədəbi əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Ruslan Dost Əliyə təşəkkür elan edilir. Ona işlərində […]

İlham Əliyevdən icra başçısı ilə bağlı – Sərəncam

Azərbaycan Respublikası Prezidenti Eyvaz Hüseynovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info sərəncamın mətnini təqdim edir. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eyvaz Mövsüm oğlu Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin. Qeyd edək ki, Eyvaz Hüseynov Xocavənd Rayon İcra Hakimiyyətinin […]

Pensiyalarla bağlı nazirlikdən açıqlama

Azərbaycanda əmək pensiyalarının ödənilməsi iki gün ərzində təmin ediləcək. Turkustan.info xəbər verir ki, bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib. F.Talıbov bildirib ki, Prezident İlham Əliyevin 7 fevral 2019-cu il tarixli sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət […]

Britaniyalı nazir: “Qarabağ münaqişənin həlli hər iki tərəfdən çətin qərarlar və güzəştlər tələb edəcək”

Böyük Britaniyanın Avropa və Amerika İşləri üzrə naziri, parlament üzvü Alan Dunkanın “Report”a müsahibəsi. – Böyük Britaniya və Azərbaycan arasındakı əlaqələrin hazırkı vəziyyətini necə xarakterizə edərdiniz? – Birləşmiş Krallıq və Azərbaycan arasında güclü siyasi və iqtisadi əlaqələr mövcuddur. Bu əlaqələr bizim üçün böyük əhəmiyyətə malikdir və bu daha da güclənməyə davam […]

“Hökumət sosial şəbəkədə təhqirlərin aradan qaldırılması üçün addımlar atmaq istəyir”

“Hökumət sosial medianın məhdudlaşdırılmasına yönəlik addımlar atmaq niyyətində deyil”. Turkustan.info bildirir ki, bu barədə bizimyol.info-ya bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. O, deyib ki, dünən Yeni Azərbaycan Partiyasının qərargahında qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüşdə sosial şəbəkələrin bağlanması məsələsi müzakirə olunmayıb. “Amma Baş nazir müavini Əli Əhmədov yekun […]

Qənirə Paşayeva gənclərlə görüşdə bir sıra çağırışlar səsləndirib

Millət vəkili Qənirə Paşayeva Avropa Gənclər Parlamenti Azərbaycan İctimai Birliyinin 5-ci Universitet Sessiyası çərçivəsində keçirilən Qadın Liderliyinin Gücləndirilməsi və Şəxsiyyətin Sosial İnkişafı mövzusuna həsr olunmuş tədbirlər çərçivəsində ADA universitetində gənclərlə görüşüb və onlar qarşısında geniş məruzə ilə çıxış edərək bir çox vacib məqamlara toxunub. Millət vəkili çıxışında bildirib ki, hansı […]

Avtobusda siqaret çəkən sürücülər CƏRİMƏLƏNƏCƏK

Bakı Nəqliyyat Agentliyi “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn bəzi məsələlərin icrası ilə bağlı layihəyə başlayıb. Turkustan.info bildirir ki, agentlikdən BakuPost-a verilən məlumata görə, layihəyə əsasən Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrut xətti üzrə sərnişin avtobuslarından istifadə edən sərnişinlər sükan arxasında tütün məmulatından istifadə edən sürücünün […]

Kiminlə sevgili olmazdınız? – SORĞU

Bu gün 14 fevral sevgililər günüdür. Bu günü sevgililərin, ürəyi sevgi üçün döyünənlərin “bayramı” da adlandıra bilərik. Sevgi hər bir insanda fərqli şəkildə özünü göstərir. Oxu.Az bu günü nəzərə alaraq, şəhər sakinləri arasında sorğu keçirib. Görəsən, sevgi onlar üçün nə ifadə edir və necə biri ilə sevgili olmazdılar?   173 Baxılıb

Amerikanın ürəyi mərhəmətlə dolu azərbaycanlı rəssamı

Əbu Turxanın gözəl bir deyimi var:- “Zahiri parıltı göz qamaşdırır, daxili parıltı gözləri açır.” Həmin parıltını onda da gördüm. Elə bir böyük xeyirxahlıq edib ki, bu xanım barəsində sevə-sevə danışmaq istəyirəm… …Cəmilə adlı bir ürək dostu olub. Ailəsi dağılandan bir neçə vaxt sonra qəflətən vəfat edib. Mərcan adlı bir qızı […]

ABŞ-Ermənistan gərginliyi ciddiləşdi: İrəvandan etiraz

Ermənistan Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin Suriyadakı erməni hərbi missiyası ilə bağlı bəyanatına cavab verib. Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan Dövlət Departamentinin müvafiq bəyanatına münasibət bildirib. XİN rəsmisi Ermənistanın Suriyaya göndərdiyi hərbi missiyanın humanitar məqsədli olduğunu deyib: “Bu missiya yalnız humanitar xarakter daşıyır […]

Üç rayon, bir şəhərə rəis təyin edildi – Usubovun əmri

Daxili işlər orqanlarında yeni təyinatlar olub. Turkustan.info-nun məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Qax rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyev tutduğu vəzifədən azad edilərək Yevlax rayon Polis Şöbəsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə şöbəsinin rəisi Vidadi Qurbanov tutduğu vəzifədən […]

Vəzifəsini itirənlər sağlamlıqlarını da itirir – SƏBƏBLƏR

Mütəxəssislər uzun illər vəzifədə olan şəxslərin işdən azad edildikdən sonra keçirdikləri sarsıntıların səbəblərini izah edir. Vəzifəsini itirən məmurların xəstələnməsi, yatağa düşməsi Azərbaycanda tez-tez rast gəlinən haldı. İşdən çıxarılan nazirlərin, başqa yüksək rütbəli məmurların müalicə üçün xarici ölkələrə, ya da elə yerli xəstəxanalara müraciət etməsi halları geniş yayılıb. İlkin rəylər belədir […]

Putin, Ərdoğan və Ruhani Soçidə görüşəcək – Müzakirə mövzusu açıqlandı

Rusiya, Türkiyə və İran prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani cümə axşamı Soçidə Suriya probleminin nizamlanması üzrə növbəti üçtərəfli sammiti keçirəcəklər. Turkustan.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. “Danışıqlar zamanı Suriya Ərəb Respublikasındakı vəziyyətin uzun müddət normallaşdırılması məqsədi ilə gələcəkdə birgə addımların atılmasının […]

Həsən Ruhani: Terror aktının bütün səbəbkarları cəzalandırılacaq

Ötən gecə İranın cənub-qərbində yerləşən Sistan və Bəluçistan vilayətində baş verən terror aktının bütün səbəbkarları cəzalandırılacaq. Turkustan.info-nun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani öz müraciətində bildirib. Həsən Ruhani terror aktı ilə bağlı İran xalqı, xüsusilə də həlak olanların ailələrinə başsağlığı verib. Qeyd edək ki, ötən gecə İranın Sistan və […]

Keşiş Valentinin “Sevgililər günü” – Bizlərə nə aidiyyatı var?

14 fevral tarixi xristian ölkələrində Müqəddəs Valentin günü – “Sevgililər günü” kimi qeyd olunur. Xristianlara məxsus bu bayram son illər milli-mənəvi dəyərlərdən uzaq olan bir qrup qüvvə tərəfindən Azərbaycan cəmiyyətinə də təlqin olunur. Bizə yad olanı bizə sırımağa çalışanlar sırasında təəssüf ki, telekanallarımız da fəallıq göstərir. Elə bunun nəticəsidir Azərbaycan gəncləri […]

Paşinyan Qarabağı qaytarmaq istəyir, amma… – Markovdan şok

Paşinyan Qarabağ nümayəndələrinin danışıqlar masasında iştirakını ona görə istəyir ki, ərazilərin qaytarılması məsələsində məsuliyyəti onlarla bölsün. Turkustan.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Strateji Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib. Politoloq qeyd edib ki, Paşinyan necə hərəkət edəcəyini bilmir. “Bir tərəfdən o güzəştlərə hazırdır, digər tərəfdən məsuliyyəti öz […]

Mehriban Əliyeva onlarla bağlı tapşırıq verdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kimsəsiz, Bərdə rayonunda azyaşlı oğlu ilə birgə çətin şəraitdə yaşayan, Hepatit B və onkoloji xəstəliklərdən əziyyət çəkən Nazilə Musayevanın müalicəsi üzrə müvafiq tapşırıq verib. Turkustan.info-nun məlumatına görə, hazırda Bakıda xəstəxanaya yerləşdirilən N.Musayevanın əməliyyatı və gələcək müalicəsi ilə bağlı bütün xərclər […]

Sərkisyanın Azərbaycanda şok cinayətləri – İngilis müəllif yazdı

Britaniyalı araşdırmaçı müəllif Harrold Keyn şok cinayət faktlarının yer aldığı “Dağlıq Qarabağ” kitabını yayımlayıb. Kitabda Ermənistanda Köçəryan-Sərkisyan qruplaşmasının Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirdikləri qeyri-qanuni silah ticarəti və qaçaqmalçılığı, narkotik və insan alveri, qadınların əxlaqsızlığa məcbur edilməsi kimi faktlar yer alır. Turkustan.info bildirir ki, bu barədə məlumatı Axar.az-a Prezident yanında İdarəçilik […]

Dollar kreditləri ilə bağlı YENİ XƏBƏR – “Vətəndaşlara dəymiş ziyanı…” – VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin plenar iclasında deputat Vahid Əhmədov Prezident İlham Əliyevdən əhalinin dollarla kredit borclarına diqqət yetirməsini xahiş edib. Bununla da problemli kreditlərlə bağlı məsələ bir daha gündəmə gəlib. Turkustan.info bildirir ki, mövzu ilə bağlı müraciət etdiyimiz iqtisadçı ekspert Nazim Bəydəmirli Yenicag.az-a dollarla kredit borclarından əziyyət çəkən […]

Azərbaycan İlahiyyat İnstitutunda “Unibook”TəhsilİnformasiyaİdarəetməSisteminin tətbiqinə başlanıldı

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) iləölkənin qabaqcıl informasiya texnologiya şirkəti –“Neuron Technologies” arasında müqavilə imzalanıb. Azərbaycan İlahiyyat İnstitutu “Unibook” Təhsilİnformasiya İdarəetmə Sistemini “bulud platforması”nda istifadə etməklə,bu mütərəqqi dünya texnologiyalarına əsaslanan proqramın tətbiqinə start verəcəkdir. Aİİ-nin rektoru Ceyhun Məmmədov təhsil müəssisəsi fəaliyyətə başladığı gündən elektron təhsil sisteminə keçidlə bağlı tədbirlərin həyata keçirildiyini […]

Ermənistan XİN ABŞ-ı qəzəbləndirən məsələyə reaksiya verdi

Ermənistan Xarici İşlər Nazirliyi ABŞ Dövlət departamentinə cavab verib.  “Sputnik Armenia” agentliyinin məlumatına görə, Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan Vaşinqtonun Ermənistanın Suriyadakı humanitar missiyası ilə bağlı iradına cavab olaraq Yerevanın ABŞ-ın müvafiq bəyanatını nəzərə aldığını bildirib.  Bununla yanaşı o qeyd edib ki, Ermənistan Suriyada etnik və dini azlıqlarla bağlı vəziyyəti nəzərə […]