Bakının mərkəzində DƏHŞƏT – Güllələnmiş meyit tapıldı

Bakıda dəhşətli hadisə baş verib.

Turkustan.info-nun Publika.az-a istinadən əldə etdiyi məlumata görə, Nəsimi rayonu Bakıxanov küçəsi ərazisində yerləşən binada 1955-ci il təvəllüdlü Məmmədbəyov Ramiz Azad oğlunun üzərində güllə xəsarətləri olan meyiti tapılıb.

İlkin araşdrmalar zamanı həmin şəxsin özünü güllələyərək intihar etdiyi məlum olub.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

R.Məmmədbəyovun hansı səbəbdən özünü öldürdüyü hələlik bəlli deyil.

1. 695 Baxılıb