Gün: Fevral 15, 2019

Putin “vor zakon”lara qarşı Saakaşvili metodunu işə saldı

Dünən Rusiya prezidenti Vladimir Putin mütəşəkkil cinayətkar qrupların (MCQ) liderləri barəsində cəza tədbirlərinin sərtləşdirilməsi haqda qanunvericilik təkli ilə çıxış edib.Putinin təklifinə görə, belə qruplaşmaların lideri kimi tanınmış şəxslər 8 ildən 15 ilə kimi azadlıqdan məhrum edilməli və 5 milyon rubl həcmində cərimə olunmalıdırlar. Təklifin əsas mahiyyəti bundan ibarətdir ki,  “vor zakon” kimi tanınan şəxslərin bu statuslarını etiraf […]

Bakıda dəhşətli hadisə: 36 yaşlı kişi evdə yanaraq ÖLDÜ

Bakı şəhəri, Suraxanı rayonunda yanğın baş verib.  Turkustan.info FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 67 m² olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd çarpayı yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1983-cü il təvəllüdlü Kornaunov Vasiliy Dimitriyeviçin meyiti aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən […]

Alimlərdən xərçənglə mübarizədə inqilabi kəşf — Dərmanını tapdılar

ABŞ-ın Luisvil universitetinin araşdırma qrupu xərçəngin əmələ gəlməsənin qarşısını alan dərman hazırlayıblar. Turkustan.info xəbər verir ki, bu barədə “MedicalXpress” nəşri yazıb. Alimlərin siçovullar üzərində apardıqları sınaqlar zamanı məlum olub ki, SA-4-1BBL zülalı inkesiyadan 2 həftə sonra orqanizmi xərçəngin yaranmasından maksimum şəkildə müdafiə edir. Preparatın effekti 8 həftəyə qədər davam edir. […]

“Space TV”-nin varlığı iqtidarın özü üçün də faydalı deyil” – Milli Məclisin deputatı

“APA İnformasiya Agentliyinin başqa adla bərpa olunması sevindirici xəbərdir. Ardınca ANS televiziyasının da bərpa olunması doğru addım olardı”. Turkustan.info xəbər verir ki, söz açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib. F.Mustafa eyni zamanda “Space” kanalının fəaliyyətini tənqid edib: “Digər tərəfdən, “Space” kimi telekanalların varlığı əslində tamaşaçı zövqünü korlamaqla yanaşı […]

“Azərbaycan və çeçen xalqları arasındakı qardaşlıq əlaqələrinə xələl gələ bilməz”

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov fevralın 15-də Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidentlə bağlı AZƏRTAC-a açıqlama verib. Əli Həsənov bildirib ki, Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen […]

Pensiyaların iki aylıq artımla verilməsinə başlanılıb

Bakı şəhəri üzrə pensiyaların verilməsinə başlanılıb. Turkustan.info-nun məlumatına görə, pensiyalar yanvar və fevral ayları üzrə nəzərdə tutulan artımla birlikdə verilir. Ümumilikdə isə bir neçə gün ərzində ölkə üzrə pensiyaların verilməsi prosesi başa çatdırılacaq. Qeyd edək ki, Azərbaycanda əmək pensiyalarının minimum məbləği 160 manata qaldırılıb. Belə ki, yanvarın 1-nə olan məlumata […]

NATO-dan nüvə silahı ilə bağlı qorxunc – Xəbərdarlıq

Alyans Avropada nüvə silahı yerləşdirməyi planlaşdırmır. Turkustan.info xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq Münhendə çıxışı zamanı deyib. O, eyni zamanda bildirib ki, ittifaq Yaxın və Orta mənzilli raketlərlə bağlı müqavilənin gələcək taleyindən dolayı sadəlövhlük nümayiş etdirməyəcək: “Bu gün bütün nüvə silahlarına nəzarət edən rejimlər təhlükədədir”. Rusiya […]

SENSASİYA: Bakı və İrəvan məxfi Qarabağ danışıqları aparır – İllər sonra İLK ANLAŞMA

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağın taleyi haqqında gizli danışıqlar başlandı. Turkustan.info xəbər verir ki, bu barədə Rusiyanın “lenta.ru” saytı yazıb. Məqalədə bildirilir ki, münaqişə ətrafında vəziyyət dəyişib, tərəflər hərbi bəyanatlardan nisbi sakitliyə keçiblər: “Mümkündür ki, tərəflərdən birində inandırıcı arqumentlər var, yaxud kimsə güzəştə getməyə qərara gəlib. Bəlkə də bu münaqişənin […]

Yüzlərlə etirazçı Yerevan-Tbilisi dəmiryolunu bağladı – VİDEO

Ermənistanın şimal-şərqindəki Alaverdi şəhərində yerləşən Mis emalı zavodunun yüzlərlə işçisi bu gün yenə etiraz aksiyası keçirərək, dövlət əhəmiyyətli Yerevan-Tbilisi dəmiryolunu bağlayıblar. Turkustan.info xəbər verir ki, etirazçılar baş nazir Nikol Paşinyan, yaxud onun birinci müavini Tiqran Avinyan ilə görüş tələb edirlər. Alaverdi şəhərinin yüzlərlə sakininin aksiyaya qoşulması ilə etirazlar kütləvi xarakter alıb. Zavod […]

Şamaxıda yenidən vulkan püskürdü

Bu, son günlər baş verən növbəti təbii hadisədir Şamaxıda yenidən vulkan püskürüb. Turkustan.info-nun Report-a istinadənxəbərinə görə, təbiət hadisəsi rayonun Kiçik Xınıslı kəndində baş verib. Qeyd edək ki, bu, son günlər baş verən növbəti təbii hadisədir. Belə ki, fevralın 13-də də Şamaxı rayonunda vulkan püskürüb. Təbii hadisə rayonun Quşçu kəndində qeydə alınmışdı.   249 Baxılıb

Azərbaycan vətəndaşları Türkiyədə şəxsiyyət vəsiqəsi ala biləcək

Türkiyədə yaşayan Azərbaycan vətəndaşları “ASAN Xidmət” vasitəsilə şəxsiyyət vəsiqələri ala bilər. Turkustan.info Trend-ə istinadən bildirir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Komitə ilə “ASAN xidmət” arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimində çıxış edərkən deyib. F.Muradov bildirib ki, hazırda Türkiyədə yaşayan və müxtəlif sənədlərin alınmasına ehtiyacı olan Azərbaycan […]

Şəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbə mediatur keçirilib

Fevralın 15-də Bakı şəhəri Şəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbə mediatur keçirilib.  Turkustan.info xəbər verir ki,mediaturun məqsədi məktəblərdə keçirilən təhsil robotları məşğələləri haqqında media nümayəndələrini məlumatlandırmaq olub.  Mediaturda bildirilib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın uğurla həyata keçirilməsi nəticəsində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına xüsusi […]

Azərbaycanın daha beş rayonunda “ASAN Xidmət” mərkəzləri açılacaq

Bu ilin sonunadək Azərbaycanda daha beş “ASAN Xidmət” mərkəzi açılacaq. Turkustan.info bildirir ki, bunu “Trend”ə  Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri Ülvi Mehdiyev deyib. Ü.Mehdiyevin sözlərinə görə, mərkəzlər Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndə açılacaq: “Beləliklə, mərkəzlərin sayı 20-yə çatacaq və ölkənin böyük hissəsini əhatə […]

Vəba təhlükəsi: Türkiyədən gətirilən bu məhsullarda…

Türkiyədən və Almaniyadan Rusiyaya daxil olan meyvə və tərəvəzlərdə (portağal, Naringi, qreypfrut, armud, limon, xiyar, alma və s.) parazitlik edən “Apocephalus paraponerae” növünə aid olan çoxzəhərli qozbel milçəklər aşkar edilir. Belə xəbərdarlıqla Rusiyada kənd təsərrüfatı məhsullarına nəzarəti həyata keçirən “Rosselxoznadzor” çıxış edib. Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, adı çəkilən […]

Dənizlə dağ arasında cənnət Astaram… Fəridə Ağazadə yazır

Fəridə Ağazadə “Astara” qəzetinin baş redaktoru  Hələ orta məktəbdə oxuyarkən yaşadığım Astara rayonunun gözəlliklərini düşünüb xəyala dalardım. Budur illər boyu arzuladığım xəyallar artıq gerçəkləşib və doğma Astaram daha da gözəlləşib. Sahil boyu uzanan Park-bulvar, bir-birindən yaraşıqlı binalar, təmiz küçələr, rahat yollar, prospektlər istər burada yaşayanları istərsə də turistləri heyran edir.  […]

“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə XI qrant müsabiqəsinin qalibi Fatimə Məsimlinin “Strateji Menecment Məktəbi” adlı fərdi layihəsinin təlimləri başa çatıb. Həmçinin, layihənin təşkilati tərəfdaşı qismində “İrəli” İctimai Birliyi çıxış edir. Layihənin əsas məqsədi ölkəmizdə gənclərin biznes, iqtisadiyyat, xüsusən də idarəçilik sahəsində inkişaf etməsi və gənclərin bu sahə ilə bağlı […]

Müəllimim Akif Aşırlı

“Müəllim” deyə xitab etdiyim çox adamlar var. Hamısı da yaxşı adamlardı. Məni tanıyanlar bilir heç kimə məcburam diyə üzgörənlik etmirəm. Kimi isə özümə böyük ya da dost sayıramsa o adam mənim şəxsiyyətimə hörmət edən adamdı. Və beləcə qarşılıqlı hörmətlə salam verib, salam alıram “müəllim” dediyim kəslərdən. Həm də illərdi ki, […]

Ermənistan prezidentindən Qarabağ açıqlaması: “Müharibə hər kəs üçün dağıdıcı olacaq”

“Dağlıq Qarabağdakı dondurulmuş münaqişə hələ də tənzimlənməyib və düzgün idarə edilmədiyi təqdirdə çox təhlükəli ola bilər”. Bu sözləri Ermənistan prezidenti Armen Sarkisyan Almaniyanın Heidelberg Universitetinə səfəri zamanı deyib. Onun sözlərinə görə, dondurulmuş münaqişə tənzimlənməyib və düzgün idarə edilmədiyi təqdirdə çox təhlükəli ola bilər. “Mənim üçün münaqişənin sülh yolu ilə həll […]

İlham Əliyev 4 sərəncam imzaladı – 33,3 milyon ayrıldı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 2006-cı il 16 fevral tarixli 1320 nömrəli, “Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft […]

Sumqayıt Dövlət Rəsm Qalereyasında “Uğur Əngəl Tanımır!” layihəsi çərçivəsində sərgi-müsabiqə keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsi Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar tədbirlərə start verib. Belə ki, Sumqayıt Dövlət Rəsm Qalereyasında Azərbaycan Respublikasının Gənclər Fondunun və Sumqayıt Regional Mədəniyyət idarəsinin birgə dəstəyi ilə “Uğur Əngəl Tanımır!” layihəsi  çərçivəsində sərgi-müsabiqə keçirilib. Layihənin məqsədi Sumqayıt şəhərində yaşayan fiziki məhdudiyyətli və əlilliyi olan uşaqların […]

Azərbaycan himni ilə bağlı YENİ TƏLƏBLƏR

Azərbaycanın dövlət himninin mütləq ifa edildiyi hallar və həmin hallarda ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər konkretləşib. Turkustan.info xəbər verir ki, bu, yeni hazırlanan “Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihəsində əksini tapıb. Qanuna əsasən, Azərbaycan Prezidenti seçilən şəxsin andiçmə mərasimində (Prezident and içdikdən sonra), Prezidentin Milli […]

Mikayıl Cabbarovdan kütləvi ixtisar – 58 nəfəri işdən çıxardı

Vergilər naziri Mikayıl Cabbarovun əmri ilə 58 nəfər vergi orqanları əməkdaşları tutduğu vəzifələrdən azad edilib.  İxtisarlar nazirin apardığı vergi islahatları çərçivəsində olub. Yeni nazir sahibkarları incidən vergi əməkdaşlarından xilas olmaq üçün qeyd edilən addımı atıb. Mikayıl Cabbarovun əmri ilə işdən azad olunanların arasında keçmiş nazir Fazil Məmmədova yaxınlığı ilə tanınan […]

Çeçenlərlə azərbaycanlılar arasındakı kütləvi davanın təfərrüatı ortaya çıxıb

Polis “Neolit” kafesində baş verən hadisə ilə bağlı 25 nəfərin şəxsiyyətini müəyyənləşdirməyə çalışır Moskvada azərbaycanlıların iştirakı ilə baş vermiş kütləvi davanın bəzi detallarrı məlum olub. Turkustan.info Rusiya mətbuatına istinadla xəbər verir ki, Peçatniki rayonunun Kuryanova küçəsi, ev 28 ünvanında, azərbaycanlılara məxsus “Neolit” kafesində baş verən hadisə ilə bağlı polis 25 nəfərin şəxsiyyətini müəyyənləşdirməyə çalışır. […]

Regionlarda Mənim Peşəm layihəsi keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə XI qrant müsabiqəsi çərçivəsində qalib olan Əmirov Azərin “Mənim Peşəm” adlı fərdi layihəsi həyata keçirilib. Layihənin əsas məqsədi peşə sahələrinin gənclər arasında təbliği, gənclərə düzgün ixtisas seçimində təlimlər vasitəsi ilə yardımçı olmaqdır. Əsas istiqaməti yuxarı sinif şagirdlərinə peşə […]

Bu banklar niyə müflis olublar? – EKSPERT AÇIQLAYIR

Azərbaycanda korrupsiyanın daha çox qeydə alındığı sahələr açıqlanıb.  Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərovun sözlərinə görə, bank sektorunda  korrupsiya daha çox müşahidə olunur: “Korrupsiya hər bir ölkədə olduğu kimi, Azərbaycanda da var. Dövlət də bununla bağlı mütəmadi tədbirlər görür”. Bank üzrə mütəxəssis Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, […]

Paşinyan Bakıya görə Suriyaya əsgər göndərdi – Şok detal

Ermənistanın Suriyaya humanitar missiya göndərməsinin detalları bəlli olub. Turkustan.info xəbər verir ki, bu məlumatı “Fakt” qəzeti yayıb. Məlumata görə, Paşinyan bu addımı Rusiyanı razı salmaq və Azərbaycanın KTMT-yə üzvlüyünün qarşısını almaq üçün atıb: “Mənbəmiz deyir ki, Paşinyanın baş nazir seçilməsindən sonra bu məsələni onun qarşısında Rusiya Prezidenti Vladimir Putin Moskvada qaldırıb. […]

Bakıda baş vermiş faciəvi yol qəzasının videogörüntüləri yayımlandı – VIDEO

Dünən səhər saatlarında Bakı şəhərində dəhşətli yol qəzası baş verib. Turkustan.info Avtosfer.az-a istinadən saytı xəbər verir ki, Babək prospektindən Y.Səfərov küçəsini keçməklə Heydər Əliyev prospektinə tərəf hərəkət edən “KİA” markalı avtomobilin sürücüsü yüksək sürətlə “BakuBus” markalı avtobusa çırpılıb. Nəticədə, minik avtomobilinin sürücüsü yerindəcə ölüb. Videodan göründüyü kimi, qəza törətmiş avtomobillə […]

Qar, güclü yağış yağacaq – YENİ XƏBƏRDARLIQ

Küləyin də arabir güclənəcəyi gözənilir Şənbə günü ölkə ərazisində yağaışlı və küləkli hava gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 16-da Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.  Havanın temperaturu Bakıda və Abşeron […]

Bəxtiyar Vahabzadəyə həsr olunan “Ustada sayğı gecəsi” adlı tədbir keçirilib

Fevralın 13-də Azərbaycan Yazıçılar Birliyində Xalq şairi, ədəbiyyatşünas alim Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə əlaqədar “Ustada sayğı gecəsi” adlı tədbir keçirilib. Tədbir Bakı Yunus Əmrə İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə reallaşıb. AYB-in sədri, Xalq yazıçısı Anar tədbiri açaraq bənzərsiz […]

“Türk dünyasının mədəniyyət paytaxtı”nın tədbirlər planı hazırlanıb

TÜRKSOY təşkilatı tərəfindən 2019-cu ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Qırğızıstanın Oş şəhərində bu münasibətlə geniş tədbirlər planı tərtib edilib. Ölkənin ikinci böyük şəhərində “paytaxt ili”nin rəsmi açılış mərasimi aprel ayına nəzərdə tutulub. Oş Şəhər Bələdiyyəsindən verilən məlumata görə, bu çərçivədə “İpək Yolu üzərində Oş şəhəri: dünəni, bu günü, […]

Xərçəngdən qorunmaq istəyənlər buğda cücərtisi yesinlər – Tanınmış HƏKİM

“İstənilən dənli bitkiləri cücərtmək olur. Buğda, arpa, qarğıdalı, mərci, lobya, noxud, küncüt, balqabaq toxumu, günəbaxan toxumu, kətan toxumu, çia toxumu, güldəfnə toxumu, hətta qozu da cücərtmək olur”. Turkustan.info xəbər verir ki, bunu tanınmış həkim fitoterapevt Sadıq Salami dənli bitki cücərtmələrinin insanlara faydasından danışarkən deyib: “İstənilən toxumu əvvəlcə təmiz yuyuruq, sonra, üzərinə çıxana kimi […]

Təqaüdlər nə qədər artdı? – Nazir açıqladı

Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncama əsasən bütün təhsil pillələri və təhsil səviyyələrində nəzərdə tutulmuş təqaüdün məbləği əhəmiyyətli şəkildə artırılır. Turkustan.info xəbər verir ki, bu sözləri təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara dair mətbuat konfransında deyib. O, […]

Dudayevin Azərbaycana münasibəti: Türk olduğumu desəm…

Bu gün Çeçenistanın ilk prezidenti Cövhər Dudayevin doğum günüdür. Turkustan.info Axar.az-a istinadən xatırladır ki, o, 1944-cü ilin 15 fevralı ÇeçenistanınYalho kəndində doğulub. Dudayev Çeçenistanın ilk aviasiya generalı idi. O, 1990-cı ildə Çeçenistanın da Rusiyanın tərkibindən çıxaraq öz müstəqilliyini elan edəcəyini bildirmişdi. Dudayev 1994-cü ilin 31 dekabrında rus qoşunlarının şəhərə uğursuz hücumunu […]

Azərbaycan ilə Rusiya arasında hərbi əməkdaşlıq müzakirə edildi

Qüvvələrinin hərbi attaşesi polkovnik İqor Lobastov ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin regionda təhlükəsizliyin təmin edilməsi üçün vacibliyi, ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bundan əlavə, görüşdə Rusiya […]

Transplantoloq: İnsanlar orqanları marketlərdən ala biləcəklər

Bu gün dünyada iki məsələ aktualdır: biri insanlardan orqan köçürülməsi, digəri isə heyvanlardan. Turkustan.info bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının müdiri, transplantoloq Nuru Bayramov deyib. O bildirib ki, yaxın gələcəkdə orqan marketlərinin yaradılması planlaşdırılır: “Bu gün ilk növbədə ölkədə böyrək, qaraciyər transplantasiyasına ehtiyac duyan xəstələrin sayı çoxdur. […]

Çay sakinlərin gözü önündə yox oldu!..- “Qiyamətin başlanğıcıdır?!.”-VİDEO

Üç gün öncə İndoneziyada Babadan kəndinin sakinləri çayın görünməmiş sürətlə yerin altına axmağa başladığını müşahidə ediblər və  guya çay bir neçə saat ərzində həmin quyuya axaraq yox olub. Turkustan.info bu haqda xarici İslam saytlarına istinadla xəbər verir. Məlumata görə, fevralın əvvəlində çayın altında bir çüxur meydana gəldiyi görünüb və o, tədricən […]

Qənirə Paşayeva Bakı Anadolu Türk Liseyində gənclərlə görüşüb

Millət vəkili Qənirə Paşayeva Bakı Anadolu Türk Liseyinin dəvətilə gənclərlə görüşüb. Bu tədbiri təşkil edənlərə belə bir görüş üçün təşəkkürünü bildirən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş […]

Azay Quliyevin “söyüş müxalifəti” ilə bağlı çağırışına dəstək

Siyasilər, ziyalılar, ictimai xadimlər deputatın təşəbbüsünə qoşulmağın vacibliyini bildirdilər  Xeyli vaxtdır müəyyən radikal və missioner qruplar “söyüş terroru” ilə məşğuldur. Əlbəttə, məqsəd heç də gizli deyil, plan insanların heysiyyatına toxunmaq və ölkədə qarışıqlıq yaratmaqdan ibarətdir. Missioner qruplar bu çirkin qaydalarla öz maraqlarına nail ola bilməsələr də, söyüş və təhqir cəmiyyətimizdə […]

Uşağın cinsini açıqlamaq qadağan ediləcək, amma necə – Çıxılmaz vəziyyət yaxınlaşır

Aborta görə övladının cinsini öyrənməkdə maraqlı olan ailə həkimdən şikayət edəcəkmi?  Bu il Milli Məclisin yaz sessiyasında “Reproduktiv sağlamlıq haqqında” Qanun qəbul olunacaq. Bununla da ultrasəs müayinə zamanı (USM) uşağın cinsinin açıqlanması qadağan olunacaq. Bu qanunun işlənmə mexanizmi, ona nəzarətin necə həyata keçirilməsi isə, sual doğurur. Bu haqda Milli Məclisin […]

Zahid Oruc yeni vəzifəsindən danışdı – Nə iş görəcək?

Deputat Zahid Oruc prezidentin sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsindən danışıb. “Minval.info” xəbər verir ki, bu barədə sosial şəbəkədə açıqlama yayan deputat şəxsinə göstərdiyi etimada görə ölkə prezidenti İlham Əliyevə təşəkkür edib: “Ötən günlər ərzində müxtəlif kommunikasiya vasitələrilə bizi arayıb öz ürək sözlərini söyləyən hər kəsə […]

ANS də açılır?-Vahid Mustafayevdən açıqlama: “Fəaliyyətə tam hazırıq”

Bir müddət əvvəl fəaliyyəti qadağan edilən APA-nın başqa bir adla yenidən qayıdışı ANS telekanalı ilə bağlı da məsələni gündəmə gətirib. Belə ki, son zamanlar hakimiyyətin daxili siyasətdə yumşalma meyillərini şərh edən ekspertlər istər media, istərsə də insan hüquqlarına münasibətin dəyişəcəyini proqnozlaşdırır. Artıq bir sıra ictimai xadimlər sosial şəbəkələrdə hakimiyyətin ANS-in […]

Bakıdan namusu üstə gedən sənətkar – “Mixaylo”…

“Bakı həyatımı, kino yaradıcılığımı məhəbbətimə qurban verməli oldum”  “Sərt Mixaylo siması heç vaxt dönüb lirik Məcnun ola bilməz”, – dedilər. Rejissor inadından dönmədi, çünki seçdiyi aktyorun potensialını duyurdu. Söhbətin mövzusu nə Sovet İttifaqı Qəhrəmanıdır, nə lirik qəhrəman. Bu dəfə özüdür – Nodar Şaşıqoğlu. Əslən türk olan ata Şaşıqoğlu Batuminin Türkiyə […]

Bakıda xanım polis kapitanı qəzaya düşdü – Video

Bu gün səhər Bakının Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindəki “Karl Marks” dairəsində qəza olub. Turkustan.info xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan 99 BA 273 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil, xanım polis kapitanın idarə etdiyi 99 LR 515 dövlət nömrə nişanlı “KİA Sportage” markalı maşınla toqquşub. […]

ADAU-nun əməkdaşları “Sahibkarlığın tədrisi və innovativ təlim üsulları” təlimində iştirak ediblər

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) İngiltərənin Newcastle Universiteti ilə birlikdə Britaniya Şurasının dəstəyi ilə “Yaradıcı Qığılcım (Creative Spark)” layihəsini icra edir. Cari layihə çərçivəsində ingilis dilində təşkil olunmuş üç günlük “Sahibkarlığın tədrisi və innovativ təlim üsulları” mövzusunda təlimdə Azərbaycan Dövlət Aqrar Universitetindən müsabiqə yolu ilə seçilmiş […]

Zahid Oruc tanınmış iqtisadçıları işə dəvət etdi

İlk növbədə şəxsimə göstərdiyi etimada görə ölkə Prezidenti cənab İlham Əliyevə səmimi təşəkkürlərimi bildirir, Azərbaycan dövlətinə xidmət naminə on minlərlə insana, o cümlədən, bizə verdiyi rəsmi imkana görə ona dərin hörmət və ehtiramımı ifadə etmək istəyirəm! Turkustan.info xəbər verir ki, bu sözləri millət vəkili, yeni yaradılan Sosial Tədqiqat Mərkəzinin İdarə […]

ABŞ-da xərçəng xəstəliyinin aşkarlanması üçün biopsiya hazırlayan şirkətin azərbaycanlı vitse prezidenti…

İsrail ordusunda tətbiq olunan, idmanın “Krav Maqa” döyüş növündə bir sıra uğurlara nail olan bu xanım, yaşıl kəmər uğrunda məşqlərə başlayıb. Təkcə özü deyil, demək olar ki, ailəsində hamı boş vaxtlarında idmanın bu növü ilə məşğul olur. Ömür-gün yoldaşı Rza Fazel əslən İran İslam Respublikasındandır. İki övladı var. Oğlu Ziya […]

ADAU əməkdaşları aqrar sahibkarlar üçün təlimlərə başlayıb

Aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərlə əlaqələrin genişləndirilməsi, təhsil və elmi-tədqiqat sahələrində əldə olunan nəticələrin istehsalatda tətbiqi, kənd təsərrüfatında texnoloji proseslərin elmi əsaslarla idarə olunmasına dair fermerlərə təlimlərin keçirilməsi Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müvafiq kafedralarının iş planlarına daxil edilərək əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. Təlimlərin təşkilində […]

Moskvada daha bir silahlı insident – Azərbaycanlı qətlə yetirildi

Rusiyanın paytaxtı Moskvada Azərbaycan vətəndaşını güllələyərək qətlə yetiriblər. Turkustan.info  xəbər verir ki, hadisə bu gecə baş verib. Belə ki, naməlum şəxslər Səmərqənd bulvarı küçəsi, məhəllə 1, ev 6 ünvanında “BMW X6” markalı avtomobildən odlu silahla atəş açıblar. Nəticədə təqribən 45 yaşlı azərbaycanlı hadisə yerində keçinib. Hüquq-mühafizə orqanları hazırda qatillərin gizləndiyi avtomobili […]

Moskvada azərbaycanlılarla çeçenlər arasında kütləvi dava – VİDEO

Moskvadakı kafelərdən birində azərbaycanlılarla çeçenlər arasında kütləvi dava baş verib.  Bu barədə 5-tv.ru portalı məlumat yayıb. Hadisəyə çeçen gəncin mübahisə zamanı azərbaycanlını təhqir etməsi səbəb olub. Daha sonra azərbaycanlının dostları həmin şəxsi taparaq, döyüblər. Şahidlərdən birinin sözlərinə görə, kütləvi dava da bu hadisənin davamı olub.  O bildirib ki, 100 nəfərdən ibarət çeçen […]

Azərbaycanda 360 adda mal və xidmət bahalaşıb

2018-ci ildə Azərbaycanda orta illik baza inflyasiya 1,8% təşkil edib, halbuki 2017-ci ildə bu göstərici 13,2% idi.  Turkustan.info xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötən il orta illik inflyasiya 2,3% olub. Ərzaq malları üzrə 1,7%, qeyri-ərzaq malları üzrə 2,6%, xidmətlər üzrə 2,7% inflyasiya qeydə alınıb. 2018-ci ildə inflyasiyanın hesablanması üçün istifadə […]