Ca. İyn 27th, 2019

Paşinyan Bakıya görə Suriyaya əsgər göndərdi – Şok detal

Ermənistanın Suriyaya humanitar missiya göndərməsinin detalları bəlli olub.

Turkustan.info xəbər verir ki, bu məlumatı “Fakt” qəzeti yayıb. Məlumata görə, Paşinyan bu addımı Rusiyanı razı salmaq və Azərbaycanın KTMT-yə üzvlüyünün qarşısını almaq üçün atıb:

“Mənbəmiz deyir ki, Paşinyanın baş nazir seçilməsindən sonra bu məsələni onun qarşısında Rusiya Prezidenti Vladimir Putin Moskvada qaldırıb. Putin bununla eyham vurub ki, o, Azərbaycanı KTMT-də görməyə qarşı deyil və alternativ variant kimi Suriyada aktivlik göstərilməsini təklif edib”.  /Axar.az/