“Space TV”-nin varlığı iqtidarın özü üçün də faydalı deyil” – Milli Məclisin deputatı

“APA İnformasiya Agentliyinin başqa adla bərpa olunması sevindirici xəbərdir. Ardınca ANS televiziyasının da bərpa olunması doğru addım olardı”.

Turkustan.info xəbər verir ki, söz açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib.

F.Mustafa eyni zamanda “Space” kanalının fəaliyyətini tənqid edib: “Digər tərəfdən, “Space” kimi telekanalların varlığı əslində tamaşaçı zövqünü korlamaqla yanaşı iqtidarın özü üçün nüfuz baxımından faydalı deyil. Cəmiyyətdə yaradıcılıq rəqabətinə imkan yaratmaq lazımdır. Sosial şəbəkələrdəki müzakirələrin daha səvviyəli formada teleməkana köçürülməsinə ehtiyac var. 21-ci əsrdə yaşayırıq, qadağaların genişlənməsi söyüş ədəbiyyatının önə keçməsinə daha çox yol açır”.