Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdü: “Biz qardaşıq” – VİDEO

Fevralın 14-də Moskvada azərbaycanlılarla çeçenlər arasında yaranmış insidentdən sonra hər iki tərəfin nümayəndələri toplaşıb.
Turkustan.info xəbər verir ki, onlar azərbaycanlılarla çeçenlər arasında heç bir problemin olmadığını bəyan ediblər.
Çeçenlərin nümayəndəsi törədilən hadisələri təxribat adlandırıb və hər iki tərəfi bu təxribata uymamağa çağırıb: “Moskvada minlərlə çeçen və azərbaycanlı yaşayır. Onların arasında güclü dostluq münasibətləti var. Biz birlikdə işləyir, birlikdə yaşayırıq. Bütün azərbaycanlılara bildirmək istəyirəm ki, narahat olmasınlar. Ola bilər ki, aramızda hansısa problem olub. Həmin məsələni hansısa dələduz sosial şəbəkədə paylaşıb və məsələ şişirdilib. Bunu sadəcə təxribat adlandıra bilərik.
Çeçen və azərbaycanlılar qardaşdırlar. Heç kəs bizim azərbaycanlı qardaşlarımızı təhqir edə bilməz və buna haqları yoxdur. 
Həmçinin həmin insidentdə iştirak edən azərbaycanlılara səslənirəm. Hansısa çeçeni videoya çəkib, yaymaq provakasiya yaratmaqdır. Biz bir yerdə çörək kəsirik. Buna hörmət etməliyik. Kimlərinsə şəxsi münasibətlərinə görə azərbaycanlılarla çeçenlər arasında qalmaqal yaratmaq olmaz. Bu məsələləri öz aralarında həll etməlidirlər.
“Biz çeçenlər azərbaycanlıları təhqir edən həmin şəxsi və həmin çeçenin videosunu yayan şəxsi də qınayırıq”, – deyə o, bildirib.

/BakuPost/

22. 711 Baxılıb