Gün: Fevral 17, 2019

Gürcü, yoxsa… – Saakaşvili etnik mənsubiyyətindən danışdı

M.Saakaşvilinin Gürcüstanın prezidenti olduğu illərdə bəzi ictimaiyyət nümayəndələri və siyasətçilər onun erməni olması ilə bağlı iddialar səsləndiriblər “Müasir tarixdə Gürcüstanda etnik azlıqların yaşadığı müxtəlif bölgələrin inkişafı və inteqrasiyası üçün mənim hökumətimdən çox iş görən olmayıb”. Turkustan.info “Report”a istinadla xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili özünün “Facebook” səhifəsində yazıb. […]

Saakaşvili: “Azərbaycanlılara nifrət edənlər üçün azərbaycanlıyam”

“Müasir tarixdə Gürcüstanda etnik azlıqların yaşadığı müxtəlif bölgələrin inkişafı və inteqrasiyası üçün mənim hökumətimdən çox iş görən olmayıb”. Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili özünün “Facebook” səhifəsində yazıb. O, etnik azərbaycanlı və ermənilər arasında lideri olduğu müxalif Vahid Milli Hərəkat Partiyasına dayanıqlı dəstəyin olmasını belə […]

Bakıdakı final oyununa 100 gün qaldı

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakıda keçiriləcək final qarşılaşmasına 100 gün qalıb. UEFA Avropa Liqasının həlledici oyununa vəsiqə qazanan iki komanda yüz gün sonra Bakı Olimpiya Stadionunda (BOS) üz-üzə gələcək. Turkustan.info xəbər verir ki, final oyununa hazırlıq kampaniyası çərçivəsində növbəti 100 gün ərzində bir sıra tədbirlərin təşkili planlaşdırılır. UEFA Avropa […]

Xəbərdarlıq: Azərbaycanda vulkan püskürəcək – VİDEO

Ölkənin ən təhlükəli vulkanlarından biri olan Bozdağ-Qobu vulkanı bu il ərzində püskürə bilər. Turkustan.info xəbər verir ki, bu barədə Xəzər Xəbər-ə Geologiya və Geofizika institutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri Adil Əliyev deyib. O bildirib ki, vulkan püskürərsə yaxınlıqda yaşayan sakinlər üçün təhlükə yaranabilər. Elə buna görədə bəzi sakinlər indidən mənzillərini satışa […]

Moskvadakı olaylara görə islam bloqeri həbs edildi

Azərbaycan və Çeçenistan vətəndaşları arasında Moskvadakı “Neolit” kafesində fevralın 14-də baş verən kütləvi dava işi üzrə məşhur islam bloqeri Əlibəy Mirzəxanov saxlanılıb. Turkustan.info-nun Virtualaz.org-a istinadən məlumatına görə, onun İnstaqram səhifəsinin 100 mindən çox abunəçisi var.   Ə.Mirzəxanovun qardaşı bildirib ki, təxminən 20 polis əməkdaşı Əlibəyin yaşadığı mənzilə girib və onu yerə uzadaraq […]

Tanınmış alimdən ŞOK SÖZLƏR – İnsanlara donuz orqanları köçürülə bilər

Heyvanlardan insanlara orqan nəqlinin həyata keçirilməsi üzrə tədqiqatlar aparılır. Bu məqsədlə genetikası dəyişdirilmiş donuzlar ən ideal seçimdir. Çünki onların orqanları insan orqanlarına çox bənzəyir. Daha əvvəl donuzun qara ciyərinin köçürülməsi həyata keçirilib, lakin müsbət nəticə əldə edilməyib. Bu istiqamətdə tədqiqatlarımız davam edir. Növbəti beş ildə donuzdan insana qara ciyər köçürülməsinə […]

Rüstəm İbrahimbəyov Bakıda: Məclisinə kimləri topladı? – FOTOLAR

Tanınmış kino – drammaturq Rüstəm İbrahimbəyov Bakıya gəlib. Musavat.com xəbər verir ki, bu iddia ilə ilk çıxış edən BakuPost saytının redaktoru Elçin Zahiroğlu olub. O, özünün Feysbuk səhifəsində gördüyünüz fotonu paylaşıb və yazıb ki, İbrahimbəyov Bakıdadır. Fotodakı şəxslərdən biri, professor Qulu Məhərrəmli bu iddianı musavat.com -a təsdiqləyib. Strateq.az saytı isə xəbər […]

Qan qrupu – Bəxti gətirənlər və gətirməyənlər

Qan qrupunuzdan asılı olaraq: I (O), II (A), III (V) və ya IV (AV) – ürək işinin pozulması, xərçəng və digər xəstəliklərə meylli ola bilərsiniz  Biz öz həyat tərzimizi istənilən tərəfə dəyişə bilərik, lakin valideynlərimizdən bizə qalan, mikroskopik maddələrin təyin etdiyi qan qrupumuzu dəyişmək mümkün deyil. Turkustan.info e-tibb.az-a istinadla xəbər verir ki, […]

26 ölkə gəzən azərbaycanlı velo-səyahətçinin kitabı təqdim olundu – FOTOLAR

Fevralın 16-da “Azərkitab” Evində azərbaycanlı velo-səyahətçi Tural Abbasovun “Mənim dünya səyahətim” adlı (azərbaycan və rus dillərində) kitabının təqdimat və imza günü keçirilib.  Təqdimatda çıxış edən Tural Abbasov səyahətə marağı haqqında danışıb. Bildirib ki, təbiətə bağlılığı onu dünyanı gəzməyə, dünyanın gəzməli-görməli yerlərini canlı olaraq görməyə sövq edib: “1981-ci ildə Bakıda anadan […]

Aqil Acalov: “Azərbaycan və çeçen xalqlarının əlaqələri tarixlə sınanmışdır”

Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti, ictimai xadim Aqil Acalov Moskvada yaşayan çeçen və azərbaycanlıların arasında yaranmış münaqişə ilə əlaqədar öz fikrini bildirib. “Əziz və dəyərli azərbaycanlı və çeçen müsəlman dostlar, qardaş və bacılar! Azərbaycan və Çeçenistanı bir-birinə tarixi, uzunmüddətli və daimi dostluq və əməkdaşlıq əlaqələri bağlayır. Moskvada baş vermiş insident, […]

Erməni məkri başladı: Çeçen-azərbaycanlı insidenti

Ermənilər sosial şəbəkələrdə Moskvada azərbaycanlılar və ermənilər arasında baş vermiş insidenti gərginləşdirməyə səsləyirlər. Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, erməni sosial şəbəkə istifadəçiləri həmyerlilərini “maksimum dərəcədə” bu vəziyyətdən faydalanmağa çağırırlar. Arman Abovyan adlı istifadəçi yazıb: “Deməli, uşaqlar, sizin əlbəttə ki, bizim üçün xoş hadisədən xəbəriniz var, mən Moskvada azərbaycanlılar və çeçenlər […]

Çeçenistan RƏSMİ MÖVQEYİNİ açıqlandı: “Bu narazılığın yeganə çıxış yolu…”

“Hər hansı bir cinayət hadisəsini, xuliqanlığı sosial şəbəkələrdə hansı formada şərh edilməsindən asılı olmayaraq yaymaq istəyənlər çeçen və Azərbaycan xalqlarının əlaqələrini, dostluq və qardaşlıq münasibətlərini poza bilməz. Bu, qeyri mümkündür. Bu əlaqələr yüzilliklərə söykənir”. Turkustan.info xəbər verir ki, bu fikirləri Çeçenistanın mətbuat və informasiya naziri Cambulat Umarov bildirib. O deyib: “Qardaş […]

Allahverdi Dərd “Milli Ordu -100” Xatirə medalı ilə təltif edilib

AVMVİB sədri Füzuli Rzaquliyevin əmri ilə AVMVİB-in fəxri üzvü, şəhid atası, tanınmış yazıçı, Ağdərə və Kəlbəcər döyüşlərinin iştirakçısı Allahverdi Dərdi (Əliyev) “Milli Ordu -100” Xatirə medalı ilə təltif edib. AVMVİB sədri Füzuli Rzaquliyev Allahverdi Dərdi təbrik edərək, onu, həm döyüşçü, həm də qəhrəman bir şəhidimizin atası kimi hər birimizin əzizi […]

Dünya Türkləri İttifaqı Abbas Lisani ilə bağlı bəyanat yayıb – MƏTN

Dünya Türkləri İttifaqının bəyanatı Güney Azərbaycanda təbii haqlarının davasını aparan milli fəallara qarşı təzyiq və təqiblər çoxdan ənənə halını alıb. İnsanlar həbs edilir, işgəncələr verilir, ölkədən qaçmaq məcburiyyətində qalırlar və s. Hal-hazırda bu təzyiqlə üz üzə qalanlardan biri də, Azərbaycanın milli haqları uğrunda mübarizə aparan ictimai fəal Abbas Lisanidir. Abbas […]

Hava şəraiti dəyişəcək, sulu qar yağacaq

Fevralın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.  Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz […]

Ramil Usubovdan kadr dəyişikliyi ilə bağlı – ƏMR

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub. Turkustan.info-nun məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Şəki Şəhər Rayon Polis şöbəsinin şəxsi heyət işləri üzrə rəis köməkçisi polis polkovnik leytenantı Natiq Əliyev vəzifəsindən azad edilib. O, Nəsimi rayon Polis İdarəsində eyni vəzifəyə gətirilib.  /Oxu.Az/ 501 Baxılıb

Ukraynada “Lotu Quli”nin adamlarına qarşı əməliyyat – POLİS BASQINI

Soyğun faktını araşdıran Ukraynanın Odessa üzrə Milli Polis Baş İdarəsinin əməkdaşları etnik mütəşəkkil cinayətkar dəstənin üç üzvünü ələ keçirib. Turkustan.info xəbər verir ki, onlar ötən ilin iş adamı Nikolay D.-yə sui-qəsd təşkil etməkdə ittiham olunurlar. Boz rəngli Latviya seriyalı Mercedes markalı avtomobildə olan iş adamına yaxınlaşan 4 şəxs atəş açaraq, […]

Donbasda döyüşən azərbaycanlı əsir düşdü – Foto

Donbas separatçılarının tərəfində döyüşən Elvin Seyidov adlı Azərbaycan vətəndaşı əsir düşüb. Turkustan.info xəbər verir ki, bu barədə UA_NATO_USA Tvitter səhifəsi məlumat yayıb. Seyidov dindirilmə zamanı Donbasda nə üçün döyüşdüyünü açıqlayıb. Azərbaycanlının sözlərinə görə, ona Rusiya pasportu söz veriblər. Çünki o, Rusiyaya tez-tez işləməyə gedib və ona pasportsuz çox çətin idi. Seyidov […]

Şeirlərinə mahnılar bəstələnmiş Amerikadakı azərbaycanlı xanım

İman haqqında çox deyilib, çox yazılıb, amma insan zəkasının onun qarşısında aciz olduğunu az adam dilə gətirib… Dərin bilikli, güclü mühakimə yürütməyi bacaran, mütaliəni sevən və müxtəlif mövzularda maraqlı həmsöhbət ola bilən bu xanım uşaq yaşlarından anasız qalıb, evin bütün məişət problemləri onun üzərinə düşüb. İmanından güc alıb, bütün çətinliklərə […]

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

“Zəncəfil və sarıkök qanda sululuğu artırdığı üçün qanamanın kəsilməsinə mane olur” – Mütəxəssis xəbərdarlıq edir Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. Turkustan.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə […]

Milli Şura yeni mitinqin gününü təyin etdi

Müxalifətçi Milli Şura yeni mitinq keçirmək niyyətində olduğunu bildirib. Turkustan.info “Virtualaz”a istinadən xəbər verir ki, AXCP-nin mətbuat xidmətindən verilən məlumata görə, yeni mitinqin fevralın 23-də “Məhsul” stadionunda keçirilməsi nəzərdə tutulub.  Xatırladaq ki, daha öncə Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın yanvarın 26-da mitinq keçirmək istəyinə rədd cavabı vermişdi. İH qərarını bununla […]

Ölüm saçan qidaların adları açıqlandı

Qənd və şəkər tozu ən ziyanlı maddələr siyahısında liderdir Siqaretin insan orqanizmi üçün zərərli olduğunu hamı bilir. Amma heç kim bilmir ki, siqaret qədər zərərli olan başqa qidalar da var. Turkustan.info Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, siqaret qədər zərərli olan konservant qidalar da var ki, bunlardan uzaq olmaq lazımdır. […]

Çeçenistan müxalifətinin lideri Azərbaycana müraciət etdi: “Çeçenləri təxribata çəkirlər…”

“Mən çeçen və Azərbaycan xalqlarını təxribatlara uymamağa və iki qardaş xalq arasında nifaq toxumları səpməyə imkan verməməyə çağırıram”. Bunu özünün “Facebook” sэhifəsində canlı yayımda Çeçenistan İçkeriya Respublikasının keçmiş rabitə naziri və müxalifət liderlərindən biri Səid Emin İbrahimov bildirib. Məşhur çeçen ictimai xadimin sözlərinə görə, azərbaycanlılarla çeçenləri çəkmək istədikləri təxribat cidd-cəhdlə […]

Qaradağlı qətliamından 27 il keçir

Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 27 il ötür. Turkustan.info xəbər verir ki, erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum ediblər. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran […]

Şok: “Gülən həbs edildi, sabah Türkiyəyə gətirilir” – İddia

FETÖ lideri Fətullah Gülən saxlanılıb və yaxın zamanda Türkiyəyə ekstradisiya ediləcək. Turkustan.info xəbər verir ki, bu sözləri türkiyəli jurnalist Əli Tarakçı Akit TV-də yayımlanan “Tərs qütblər” verilişində deyib. O iddia edib ki, ABŞ Güləni nəzarətdə saxlayır: “Prezident Rəcəb Tayyib Ərdoğanın ötəngünkü açıqlamasında vacib sözlər var idi. Baxarsınız, Gülən qəti olaraq […]

Onu siz də tanıyırsız…

Xaqani Şirvaninin bir deyimi var:- “Nə pis adamlardan yaxşılıq gözlə, nə də yaxşı adamlardan pislik”… Yaxşılıq içdən gəlir, onu təcrübəylə qazanmaq olmur. Dünya yaranandan çox insanlar gəlib-gedib, amma nə pislik tükənib, nə də yaxşılıq. Onun da taleyinə yaxşılıq düşüb. Bəlkə də bu xislət ona dünyaya gəldiyi Laçın rayonunun təmiz havasından, […]