C. İyl 19th, 2019

Ukraynada “Lotu Quli”nin adamlarına qarşı əməliyyat – POLİS BASQINI

Soyğun faktını araşdıran Ukraynanın Odessa üzrə Milli Polis Baş İdarəsinin əməkdaşları etnik mütəşəkkil cinayətkar dəstənin üç üzvünü ələ keçirib.
Turkustan.info xəbər verir ki, onlar ötən ilin iş adamı Nikolay D.-yə sui-qəsd təşkil etməkdə ittiham olunurlar. Boz rəngli Latviya seriyalı Mercedes markalı avtomobildə olan iş adamına yaxınlaşan 4 şəxs atəş açaraq, ona məxsus 700 min qrivna və 23 min dollar pulunu aparıblar.
Zərərçəkən isə budundan aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib.Onun özü də saxta pul saxlamaq, istehsal etmək və satmaqda ittiham olunur. 
Hüquq mühafizə orqanlarının əməkdaşları biznesmenin evinə baxış keçirərkən 20 min dollar dəyərində olan saxta 100 dollarlar tapıblar.
Həmin gün polis hadisə yerinin yaxınlığında iş adamına hücum edən şəxslərin avtomobilini tapıb. Aparılan istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.
Həmçinin kriminal dəstə üzvlərinin 8 məkanına basqın edilib. Oradan 2 ədəd avtomat, 1 ədəd səsboğucusu olan tapança, 2 ədəd vinçestr silahı, saiqa karbini, müxtəlif çaplı patronlar, kommunikasiya avadanlıqları və İsrail, Türkiyə, Özbəkistan, ABŞ, Rusiya və Moldovaya aid 300-dən çox xarici pasport ələ keçirilib.
Saxlanılan şəxslərin Nadir Səlifovun klanının üzvləri olduğu bildirilir.  /BakuPost/