Gün: Fevral 18, 2019

Binəli Yıldırım istefa verdi

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım istefa verib.  Bu barədə Anadolu Agentliyi məlumat yayıb. “Bu gün mən Türkiyə Böyük Millət Məclisində tutduğum vəzifədən istefa verirəm”,- deyə o bildirib. Qeyd edək ki, Binəli Yıldırım bu addımı İstanbulun bələdiyyə  başçısı postuna namizədliyini irəli sürmək üçün atıb.  Türkiyədə bələdiyyə seçkiləri bu il martın 31-də […]

Azərbaycan ilə Avstriyanın Dəmir Yollarının rəhbərləri görüşüb

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Avstriya Federal Dəmir Yolları” (ÖBB) SC-nin sədri Andreas Mattenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanda həyata keçirilən mütərəqqi islahatlar çərçivəsində qeyri-neft sektorunun prioritet sahələrindən biri olan dəmir yolu nəqliyyatı sisteminin daha da […]

Sabah Bakı vaxtıyla 13:07-də baş verəcək – Azərbaycanda 7 saat sonra…

Sabah Ay Yerə ən yaxın məsafədə olacaq və “Super ay” hadisəsi baş verəcək. Turkustan.info bildirir ki, Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu hadisə Bakı vaxtı ilə saat 13:07-də baş verəcək. Gündüz saatları olduğu üçün biz onu müşahidə edə bilməyəcəyik. Lakin axşam […]

Paşinyan 5 rayonu 12 təyyarəyə dəyişir

Erməni ekspert dairələrində ciddi çaxnaşma yaranıb Ermənistan müdafiə naziri David Tonoyan ölkəsinin Rusiyadan 12 ədəd Su-30SM qırıcısı almaq niyyətində olduğunu bildirib. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, nazir ilk 4 təyyarənin bu ilin sonlarında və ya gələn ilin əvvəllərində Ermənistana gətiriləcəyini vurğulaıb. “Biz növbəti Su-30SM partiyasının gətirilməsi barədə danışıqlar aparırıq. Hər […]

Sürücülərimizin əsas sıxıntılarından biri aradan qalxır

“Sürücülük vəsiqəsindəki məlumatların ingilis dilində təkrarlanması ilə problemlərin bir qismi həll edilmiş olacaq”  Azərbaycanda verilən sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılıb. Bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi Milli Məclisin fevralın 1-də keçirilən iclasında müzakirə olunub. Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri […]

Azərbaycanda əmək pensiyaları yenidən artacaq – Nazirdən anons: “250 manata…”

Azərbaycanda pensiyalar yenidən artacaq. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib. Nazir bildirib ki, yaxın aylarda indeksasiya nəticəsində orta aylıq əmək pensiyası 5% artacaq.  Bundan sonra orta aylıq pensiya məbləği 222 manatdan 228-229 manata, yaşa görə orta aylıq pensiya isə 240 manatdan 250 manata qalxacaq.  […]

Rusiyada Azərbaycana qarşı növbəti təxribat – Foto

25-28 fevral tarixlərində Moskvada “CPM – Collection Premiere Moscow” adlı irimiqyaslı sərgi keçiriləcək. Tədbirdə iştirak üçün təşkilatın saytında (pm-moscow.com) və ya birbaşa olaraq https://service.md-rus.ru/anketa.php saytında qeydiyyatdan keçmək lazımdır. Turkustan.info Media.az-a istinadən xəbər verir ki, saytda bilet sifariş vermək istəyən zaman əlaqə məlumatları bölməsində (ölkələrin göstərildiyi bənddə) “Dağlıq Qarabağ Respublikası” adı peyda […]

Bakı boşanmalara görə liderdir

Keçən il Azərbaycanda 62 484 nikah və 14 857 boşanma halları qeydə alınıb. Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə,  əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.   Nikahlar Kəlbəcər-Laçın (əhalinin hər min nəfərinə 6,8), Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran və Dağlıq Şirvan iqtisadi rayonlarında (6,7), Bakı şəhərində (6,6), boşanmalar […]

İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stressə salır – Əli Həsənovun YAZISI

Əli Həsənov Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Kərimli Azərbaycana Suriyanın “inqilab təcrübə”sini idxal etmək istəyir, Azərbaycan hakimiyyəti isə dünyaya ASAN xidmət inqilabının təcrübəsini yayır 1988-ci ildən bəri Azərbaycanın aktiv siyasi həyatındayam. 1993-cü ildənsə Prezident komandasında vətəndaş cəmiyyəti təsisatları – QHT-lər, KİV-lər və siyasi partiyalarla əlaqələrlə birbaşa məşğul oluram. Məsuliyyətlə […]

İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur

Milli Məclis Sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 19-dan 23-dək Avstriyanın Vyana şəhərində səfərdə olacaqdır. Bu haqda Milli Məclisin Mətbuat Xidməti məlumat yayıb.  Nümayəndə heyətinə Milli Məclisin deputatları Azay Quliyev, Tahir Mirkişili, Elşad […]

Sahil Babayevdən pensiya artımı ilə bağlı – AÇIQLAMA

Martın 1-dən Azərbaycanda əmək pensiyalarının minimum məbləği 160 manat təşkil edəcək. Turkustan.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ildə pensiyaların minimum məbləğinin artırılması ilə bağlı tədbirlərin görülməsi və pensiyaların indeksləşdirilməsinə əlavə olaraq 139 mln. manat yönəldəcək. Nazir Sahil Babayevin sözlərinə görə, əmək pensiyasının minimum məbləğinin 116 manatdan […]

“AZZA”dan alınmış tortun içərisindən görün nə çıxdı – FOTO

 “AZZA” şirniyyat evindən alınmış tortun içərisindən sellofan torba çıxıb. Turkustan.info bildirir ki, bu barədə “Report”a müraciət edən Bakı şəhər sakini Bayram Qubaxanlı məlumat verib. O bildirib ki, AZZA şirniyyat evinin paytaxtın Nəsimi rayonunda yerləşən filialından tort alıb. Amma tortu kəsən zaman içərisindən bükülmüş sellofan torba aşkarlanıb. O, rastlaşdığı xoşagəlməz hadisə […]

Buraxılış sinif şagirdlərinin ADAU ilə tanışlığı davam edir

ADAU-nun bu dəfəki qonaqları Gəncənin 3 və 40 nömrəli tam orta məktəbinin buraxılış sinif şagirdləri olub.  Onlar təhsil müəssisəsini gəzib, şəraitlə yaxından tanış olublar Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyət göstərən Aqrar İnkişaf Könüllülərinin  “Aqrar təhsilin təbliği” layihəsi çərçivəsində baş tutan tanışlıq əslində orta məktəblə ali təhsil müəssisəsi arasında ünsiyyət və […]

“Vəkiloğluları İstiqlal yolunda” adlı tədbir keçirilib – FOTO+VİDEO

Azərbaycan Cümhuriyyəti-100 15 fevral 2019-cu il tarixdə Səməd Vurğunun ev muzeyində Azərbaycan Cümhuriyyətinin yuzillik yubileyi tədbirləri çərçivəsində ev muzeyinin təşkilatçılığı ilə “Vəkiloğluları İstiqlal yolunda” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə müzeyin direktoru Nüşabə Vəkilova açdıqdan sonra Azərbaycan Respublikasının dövlət himini səsləndirilmişdir. Sonra isə mövzu ətrafında Cümhuriyyət irsinin araşdırıcıları tarix […]

Prezident bulvarda sakinlərlə söhbət etdi, selfi çəkdirdi – FOTOLAR

Prezident İlham Əliyev bu gün Sumqayıta səfəri çərçivəsində burada inşa edilən dənizkənarı bulvarda yaradılan şəraitlə tanış olub. Dənizkənarı bulvarda Sumqayıt sakinləri dövlət başçısına yaxınlaşaraq söhbət ediblər. Sakinlər: Xoş gəlmisiniz bizim Sumqayıta. Siz bizim prezidentlər içərisində seçilən Prezidentimizsiniz. Biz sizinlə fəxr edirik. Allah Sizə cansağlığı versin, bizə bu gözəl şəraiti Siz […]

Sahil Babayev: “İstənilən şəxs özəl pensiya sistemi yarada bilər”

“Özəl pensiya sistemlərinin yaradılması ilə bağlı qaunvericilikdə hər hansı məhdudiyyət yoxdur. Bununla əlaqədar istənilən şəxs müraciət edə bilər” Turkustan.info bildirir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, özəl pensiya sisteminin yaranması üçün onun kommersiya və mənfəətlik tərəfi olmalıdır: “Bu, birbaşa məşğulluq bazarına, […]

Almaniya Qarabağ separatçılarına silah satıb? – FOTO

Azərbaycan ərazilərində qanunsuz olaraq yerləşən Ermənistan ordusunun hərbi hissələri Almaniyaya məxsus snayper tüfəngləri ilə təchiz olunub. Turkustan.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolarda Qarabağ ərazisindəki erməni hərbi birləşmələrinin mövqelərində Almaniyanın “Heckler and Koch” şirkətinin istehsalı olan Koch HK G28 yarımavtomatik snayperlərinin olduğu görünür.  Bu snayper tüfənglərinin işğal altındakı ərazilərdə sayı […]

Aİİ rektoru tədris və elmi tədqiqat təcrübəsinə yollanantələbələrlə görüşüb

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov 18 fevral 2019-cu il tarixdə tədris və elmi tədqiqat təcrübəsinə yollanan tələbələrlə görüşüb. İnstitut rəhbəritədris və elmi tədqiqat təcrübələrinin tələbələrin həyatında mühüm və məsuliyyətli bir mərhələ olduğunu bildirib.Tələbələrə uğurlar arzulayan rektor onlaraöz tövsiyələrini bildirib, təcrübə müddətində məsuliyyətli olmağa və yaradılan şəraitdən səmərəli faydalanmağa […]

Türkiyədə azərbaycanlı qızların “seks köləsi” olduğu evdən görüntülər – VİDEO

Türkiyənin Kayseri şəhərində fahişəliklə mübarizə çərçivəsində əməliyyat keçirilib. Turkustan.info baku.ws-ə istinadən xəbər verir ki, keçirilən əməliyyat nəticəsində biri Türkiyə vətəndaşı, 9-u əcnəbi olmaqla 10 qadın saxlanılıb. Əməliyyat zamanı bu qadınları fahişəliyə cəlb edən beş nəfər – S.A. Ş.Ö. adlı qadınlar və E.Y. M.T. ve R.T. kişi barəsində cinayət işi başlanıb. Onlar […]

Aİİ-də “Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş etdirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 18 fevral 2019-cu il tarixdə  Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyi tərəfindən lentə alınan “Xocalıda məhv olmuş 8 ailə” filminin nümayişi keçirilib. Tədbirdə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru,“Azərbaycan Respublikasının Dağlıq […]

Anar Rüstəm İbrahimbəyovun məclisində iştirakına aydınlıq gətirdi

“Rüstəm İbrahimbəyov illərdir ki, mənim dostumdur, görkəmli yazıçıdır. Yubileyini qeyd edib, məni də dəvət edib, getmişəm, təbrik etmişəm, sağlığına tost demişəm”.  Turkustan.info xəbər verir ki, bu sözləri Bizimyol.İnfo-ya AYB sədri sədri Anar Rzayev dünən Bakıda İbrahimbəyovun şərəfinə təşkil olunan məclislə bağlı suala cavab verərkən deyib. Anar qeyd edib ki, İbrahimbəyov […]

APA-nın davamı deyilmiş… Vüsalə Mahirqızından irad

“Biz yeni agentlik təsis etmişik, tamamilə yeni ad, yeni nəfəslə işə başlamaq istəyirik. Yeni agentlik Online News Agency (ONA) adlanır”. Bunu Real-a açıqlamasında agentliyin təsisçisi Vüsalə Mahirqızı deyib.  V. Mahirqızı bildirib ki, ONA yeni brenddir: “Bu qurum heç bir başqa qurumun davamçısı deyil. Tamamilə yeni media strukturu, yeni kollektivi, yeni […]

Lotu Qulinin killerləri belə yaxalandı: Rusiyada müharibə başladı – VİDEO

Rusiya Daxili İşlər Nazirliyi Moskvanın Novoyasenevski prospektində yerləşən otellərdən birində adamöldürməyə cəhd və qanunsuz silah saxlamaqda şübhəli bilinən iki Azərbaycan vətəndaşının yaxalandığı anın görüntülərini dərc edib. Turkustan.info bildirir ki, Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, söhbət 2019-cu il yanvarın 28-də kriminal avtoritet Taleh Əliyevə sui-qəsd edən killerlərdən gedir. Daxili İşlər […]

“Prezident Administrasiyasından zəng gəldi və dedilər ki…” – Rüstəm İbrahimbəyov hər şeyi danışdı

“Bakıya gəlişim hakimiyyətə iki dəfə yazılı müraciətimdən sonra baş tutdu. Müraciətlərimdə mən şəxsi xarakterli məsələlər qoymurdum. Söhbət ölkənin Kinematoqrafçılar İttifaqından, onun üzvlərindən, əmlakından və bu yaradıcılıq birliyinin sənədlərindən gedirdi”. Turkustan.info xəbər verir ki. bunu “Turan” agentliyinə müsahibəsində məşhur kinodramaturq, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov deyib. R.İbrahimbəyov öz müraciətlərində vurğulayıb […]

Çörək bahalaşacaq? – Nazirdən AÇIQLAMA

Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin süni şəkildə artırılması müşahidə olunmur. Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Ölkədə çörəyin bahalaşıb-bahalaşmayacağı barədə danışan nazir vurğulayıb ki, çörəyin qiymətinin dəyişməsi gözlənilmir. Ş.Mustafayev xatırladıb ki, Azərbaycanda çörək istehsalı üçün istifadə olunan taxılın bir hissəsi idxal olunur: “Taxıl idxal etdiyimiz […]

Bu toyuğun yumurtası 66 AZN-ə satılır – VİDEO

Türkiyənin Antalya şəhərində yetişdirilən bu toyuqların yumurtası 66 AZN-ə satılır. Turkustan.info Türkiyə KİV-nə istinadən bildirir ki, Antalyada yaşayan Müslüm İlbeyli 2 cüt “Balck Mottled” cinsi toyuq və xoruz yetişdirdiyini bildirir. İlbeyli bu cins toyuqdan alınan yumurtanın da çox dəyərli olduğunu bildirib: “”Black Mottled” cins toyuğun yumurtası 50-66 AZN-dən satılır. Bu yumurtanı […]

Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir

Tarix üzrə fəlsəfə doktoru Bütün dövrlərdə, həm daxildən, həm də xaricdən xalqımızın milli qəhrəmanlarına, tarixi şəxsiyyətlərinə hücumlar olub. Orta əsrlərin ərəb mənbələrinə diqqət yetirsək , onlarda nəinki Babəkin özü haqqında, həmçinin valideyinləri haqqında da xoşagəlməz fikirlərə rast gələrik. Eləcə də bəzi tarixi mənbələrdə nəhəng imperiya qurmuş Şah İsmayıla, parçalanmış əraziləri […]

Vətənə tən daş…

Əgər məndən soruşsalar ki, Elçin Şıxlınski kimdir, düşünmədən deyərəm, keçmişdən miras qalmış ən yaxşı dəyərləri içində gələcəyə daşıyan kişilərdən biri… Deyir ki,- “Mənə vəzifə təklif olunmayıb. Bircə məsələni qeyd edə bilərəm ki, Ayaz Mütəllibovun zamanında atam gəlib dedi ki, “oğul, sənin Mərkəzi Komitədə şöbələrin birinə təyin olunmağınla bağlı vəzifə təklif […]

Ermənilər Qarabağda sülhə etiraz etdilər – Səfirliyimiz önündə

Ermənilər Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Turkustan.info xəbər verir ki, aksiyanın təşkilatçısı Erməni Gənclər Federasiyası olub. Etirazçılar guya 1988-1992-ci illərdə Sumqayıt, Gəncə, Bakı və Marağada ermənilərə qarşı hücumlarınıtəşkil edildiyini və baş verənlərə ədalət istədiklərini bildiriblər. Ermənilər həmçinin Ermənistana Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasını nəzərdə tutan Madrid prinsipləriylə bağlı təzyiqlərin […]

Sosial yardım alma qaydası dəyişir – RƏSMİ

Nazir: “Kimsə gedib “iPhone” almaq üçün kredit götürürsə…” Azərbaycanda aztəminatlı əhalinin ünvanlı yardım alması ilə bağlı kriteriyalara dəyişiklik ediləcək. Bu barədə nazir Sahil Babayev məlumat verib. Onun sözlərinə görə, artıq nazirlik bununla bağlı təkliflərini hazırlayaraq təqdim edib. Əsas dəyişikliklərdən biri krediti olan vətəndaşlara sosial yardım qadağasının aradan qaldırılmasıdır. Nazirin sözlərinə […]

Güclü külək, qar, şaxta: Sabahın havası

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 19-da yağışın sulu qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-3 dərəcə isti olacaq, gecəyə doğru 0-yə yaxınlaşacaq. Atmosfer […]

Parlament rəhbərliyində müxalifətin təmsilçiliyi mümkündürmü?

Parlamentdə fraksiya yaratmaq üçün tələb olunan rəqəm dəyişdirilə bilməz. Fraksiya yaratmaq üçün 25 millət vəkili tələb olunur və bu, belə də qalmalıdır, ən optimal variantdır. Turkustan.info bildirir ki, bunu Oxu.Az-a açıqlamasında  Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentdə təmsil olunan müxalifyönlü  və bəzi iqtidaryönlü partiyaların fraksiya […]

Rüstəm İbrahimbəyov Bakını tərk etdi

Bu yaxınlarda (fevralın 5-də) 80 yaşını qeyd edən tanınmış kinorejissor Rüstəm İbrahimbəyovun uzun müddətdən sonra Bakıya gəlməsi barədə məlumat vermişdik. Turkustan.info bildirir ki, Modern.az saytı tanınmış kinorejissorun Bakı təəssüratları barədə informasiya əldə etməyə çalışsa da, bu, mümkün olmayıb. Belə ki, Rüstəm İbrahimbəyovun dostları Modern.az-a açıqlamasında onun artıq Azərbaycanı tərk etdiyini söyləyiblər. […]

“Bağışlamaq səlahiyyəti uca Allaha və prezidentə məxsusdur”-Siyavuş Novruzov

“Xaricdə Azərbaycan əleyhinə fəaliyyət göstərənlərin hamısının bu hadisədən nümunə götürmələri lazımdır”. Bu fikirləri Yenicag.az-a açıqlamasında yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun ötən həftəsonu Bakıya gəlişinə münasibət bildirən hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib. Siyavuş Novruzovun sözlərinə görə, Azərbaycan hakimiyyəti öz fəaliyyətində hər zaman humanizm prinsiplərini […]

Kalaşnikov pilotsuz uçuş aparatlarını təqdim etdi – Video

Rusiyanın dünyaca məşhur silah markası olan Kalaşnikov firması pilotsuz uçuş aparatları (PUA) istehsal edib. Silah firması pilotsuz uçuş aparatlarını Abu Dabidə təşkil olunan “IDEX-2019” Hərbi Ekipmanlar Sərgisində nümaiş etdirib. Kalaşnikov bu aparatlardan intihar hücumları kimi istifadə edilə biləcəyini bildirib. Əvvəlkilərdən kiçikliyi ilə fəqlənən PUA-ların ölçülərinin 1210x950x165 mm olduğu açıqlanıb. İkinci […]

“Onlar 230 milyon manatı vergidən yayındırmışdılar” – Mikayıl Cabbarov açıqladı

Bakıda “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçirilir. Forumda hökumət nümayəndələri, xarici təşkilatların təmsilçiləri və iş adamları iştirak edir. Vergilər naziri Mikayıl Cabbarov tədbirdəki çıxışında bildirib ki, 2018-ci ildə aparılan nəzarət tədbirləri nəticəsində bəzi sahələrin böyük məbləğdə vəsaitləri vergidən yayındırdığı aşkarlanıb. Belə ki, təkcə ötən il klinikaların  230 milyon manat, şəbəkə marketlərinin […]

Prezident Sumqayıtda yeni zavodu işə saldı

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Sumqayıtda “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirak edib. Turkustan.info Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət  başçısına zavodun fəaliyyəti barədə məlumat verilib. Prezident İlham Əliyev müəssisəni işə salıbı. Sonra dövlət başçısı zavodun kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.  /Modern.az/ 260 Baxılıb

Qansızın biridir, amma haqq-ədalətdən dəm vurur…

Seymur Verdizadə Gediş-gəlişin az olduğu, maşınların arabir gözə dəydiyi bu küçə dostumun iş yerinə yaxın olduğu üçün heç vaxt görüş yerini dəyişmirik. Maşınların zəhlətökən siqnalından uzaq olduğumuza görə rahat söhbət edir, günün yorğunluğunu üstümüzdən birtəhər ata bilirik. Amma bəzən kənar müdaxilələr söhbətimizi yarımçıq qoyur, dəxilsiz adamlar istirahətimizə mane olurlar… Redaktoru […]

Yüzdən çox Azərbaycanlı Gürcüstana buraxılmadı – SƏBƏB

Yanvar ayında 124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb. Turkustan.info ” Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin aylıq hesabatında bildirilib. Yanvarda qonşu ölkəyə ümumilikdə 1587 xarici vətəndaşın girişinə qadağa qoyulub. Gürcüstana buraxılmayan xarici vətəndaşlar arasında İran vətəndaşları 576 nəfərlə birinci yeri tutub. İkinci yerdə isə Hindistan vətəndaşlarıdır. […]

Oqtay Şirəliyev iki xəstəxanaya yeni baş həkim TƏYİN ETDİ

Gəncə şəhərində 1 və 3 nömrəli xəstəxanaların baş həkimləri dəyişib. Turkustan.info Report-a istinadən xəbər verir ki, müvafiq əmrlə Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Azad Quliyev tutduğu vəzifədən azad edilib. O, Gəncə şəhər 1 nömrəli Abbas Səhhət adına Xəstəxananın baş həkimi təyin olunub. Gəncə şəhər 3 […]

Suya düşən telefon və noutbuku NECƏ XİLAS ETMƏLİ?

Telefonsuz nəinki bir günümüz, bir saatımız belə keçmədiyi üçün hər kəsin həyatında onu bir dəfə də olsa suya salma və ya islatma halı qaçılmazdır. Telefonunuz əlinizdən çıxıb suya düşərsə dərhal sudan çıxarın. Suyun bütün detallara hopması üçün 20 saniyə kifayətdir. Nə qədər cəld hərəkət etsəniz, telefonu xilas etmək ehtimalınız bir […]

Tramp FTB-yə etibar etmədi: “Mənim vecimə belə deyil. Putinə inanıram”

ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın ballistik raketlərinin imkanları barədə kəşfiyyat orqanlarının verdiyi məlumatlara etibar etməyib. Turkustan.info xəbər verir ki, bu barədə eks FTB rəsmisi Endryu Makkeyb danışıb. Onun sözlərinə görə, Trampın kəşfiyyata inanmamasına səbəb Putinlə söhbəti olub. Putin Trampı Şimali Koreyanın ABŞ sahillərini vura biləcək silaha sahib olmadığına əmin edib. […]

NASA Ayda yaşamaq üçün baza tikməyə hazırlaşır

NASA yenidən insanaları Aya göndərməyi planlayır. Lakin bu dəfə planların uzunmüddətli olacağı bildirilir. Bundan əlavə Aya yalnızca kosmonavtlar deyil, sıradan insanlar da səyahət edə biləcəklər. Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, kosmik agentliyin direktoru, eləcə də ABŞ Konqresinin respublikaçı üzvü Jim Bridenstine bu məsələ ilə bağlı birbaşa Donald Trampdan təlimat […]

Xərçəngi tez aşkarlamaq üçün nə etməli?

Hamıya məlumdur ki, xərçəng xəstəliyi erkən mərhələdə aşkarlandıqda müalicə olana bilər. Buna görə də, xərçəngin əlamətlərini bilmək vacibdir. Turkustan.info Medicina.az-a istinadən bu əlamətləri təqdim edir: Bir vacib məqam var ki, xərçəng şişi digər orqanlara metastaz vermədən üzə çıxarılıb, müalicə olunduqda müsbət nəticə əldə etmək mümkündür. Birincisi bu zaman tətbiq edilən prosedurlar […]

Bakıda ev qiymətinə qarajlar satılır – VİDEO

Bakıda yeni tikilən binalarda mənzil qiymətinə qarajlar satışa çıxarılır. MTK-lar qaraj üçün 10 kvadrat metrlik sahəni təxminən 60 min manata satırlar. Bu barədə “Xəzər” TV-də yayımlanan süjetdə deyilir. Ekspertlər hesab edirlər ki, qiymətlərin belə yüksək olması tələbatın çox olması ilə bağlıdır. Avtomobili olan sakinlər ya birdəfəlik ödənişlə qaraj almağa məcbur olurlar, ya […]

Amerikada “Azərbaycan Mərkəzi”nə rəhbərlik edən xanım…

Amerikadakı azərbaycanlıların təsis etdiyi təşkilatların həyata keçirdiyi tədbirlərin mahiyyəti ilə yaxından tanış olduqca, bir məsələnin şahidi oluram. Bu qrumların əksəriyyəti icma, bir neçəsi isə formalaşmış təşkilat kimi fəaliyyət göstərir. Sanki icmaya bənzəyənləri yalnız daxili auditoriyaya hesablanıb. Yəni azərbaycanlıları bir araya gətirmək, milli, rəsmi bayramlarımızı birlikdə qeyd etmək, müxtəlif dərnəklər açıb […]