Azərbaycanda əmək pensiyaları yenidən artacaq – Nazirdən anons: “250 manata…”

Azərbaycanda pensiyalar yenidən artacaq.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.

Nazir bildirib ki, yaxın aylarda indeksasiya nəticəsində orta aylıq əmək pensiyası 5% artacaq. 

Bundan sonra orta aylıq pensiya məbləği 222 manatdan 228-229 manata, yaşa görə orta aylıq pensiya isə 240 manatdan 250 manata qalxacaq.   /Cebhe.info/